Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

1000 dollar ilə maksimum 30 min dollarlıq əməliyyata icazə veriləcək - YENİ QAYDALAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
1000 dollar ilə maksimum 30 min dollarlıq əməliyyata icazə veriləcək - YENİ QAYDALAR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəbər verdiymiz kimi, Maliyyə Bazarlarına Nəzarət Paltası “Marja ticarətinə dair Qaydalar”ın təsdiq edib. Azərbaycanda marja ticarətinə daha çox foreks (forex) əməliyyatları deyilir.

 

“Marja”nın məlumatına görə, qaydalarda  ilk dəfə fərq müqavilələri ilə marja ticarəti üzrə maksimum hədlər müəyyən edilib.

 

 1:100 NİSBƏTİNƏ SON, MAKSİMUM 1:30

 

Qaydalarda qeyd edilib ki, müştəri hesabının açılması üçün lazım olan vəsaitin minimum məbləği (ilkin marja, ilkin sərmayə) investisiya şirkəti tərəfindən müəyyən edilir.

 

İnvestisiya şirkətinin fərq müqaviləsi üzrə müştərilərinə təqdim etdiyi kredit həddinin maksimum həcmi 1:30 nisbəti ilə müəyyən edilir. İnstitutsional investorlara və peşəkar investorlara investisiya şirkəti tərəfindən 1:50 nisbətinə kimi kredit həddi müəyyən edilə bilər. Qeyd edək ki, indiyədək kredit həddində məhdudiyyət yox idi, investorlar daha çox 1:100 nisbətindən istifadə edirdilər.

 

DAHA ÇOX HƏDD İSTƏYİRSƏNSƏ 2 İL TƏCRÜBƏN VƏ 100 MİN MANATIN OLSUN

 

İnstitusional investorlar – investisiya şirkətləri, investisiya fondları, kredit təşkilatları, sığortaçılar, mərkəzi banklar və s.-dır. Peşəkar investorlar isə marja ticarəti üzrə ən azı 2 il təcrübəsi olan və müştəri hesabında 100 min manat və ya onun ekvivalentində xarici valyutada pul vəsaiti olan şəxslərdir. 

 

Maliyyə Bazarlarına Nəzarət Paltası bildirib ki, yüksək kredit həddindən istifadə zamanı investor vəsaitini çox kiçik volatillik (qiymət dəyişikliyi) halında itirir. Bu səbəbdən, investisiya şirkətləri tərəfindən investorlara ayrılan kredit çiyni məhdudlaşdırılıb.

 

HƏMÇİNİN OXU:Azərbaycanda foreks əməliyyatları üzrə yeni qaydalar qüvvəyə minib

 

KREDİT HƏDDİ NƏDİR?

 

Kredit həddi (kredit çiyni, kredit dəstəyi) sərmayəçinin (investorun) daha az sərmayə ilə daha böyük həcmli əməliyyatlar aparmasına imkan təmin edən sistemdir.

 

1:30 KREDİT HƏDDİ NECƏ BAŞA DÜŞÜLÜR?

 

Foreks əməliyyatları üçüm maksimum 1:30 kredit həddi nisbəti bu mənanı verməkdədir: Müştəri sərmayəsindən 30 dəfə çox həcmdə əməliyyat apara, yəni mövqe aça bilər. Tutaq ki, 1000 dollar ilə maksimum 30 min dollarlıq əməliyyat aparıla bilər. Mənfəət/zərər əməliyyat həcmi üzərindən hesablanır. Burada 1000 dollar müştərinin sərmayəsi (ilkin marja və ya təminat), 29 min dollar isə investisiya şirkətindən alınan borcdur. Açılan əməliyyatda zərər yaranan zaman müştərinin sərmayəsindən çıxılır. Müştəri hesabına qoyduğu pul vəsaiti qədər zərərə məruz qala bilər. Zərər yaranan zaman, müştəri öz hesabına əlavə pul vəsaiti mədaxil edə və ya açıq mövqelərini bağlamaqla risklərini idarə edə bilər. Müştərinin balansı 0-a düşdükdə yatırılan sərmayə itirilmiş hesab edilir. Açılan əməliyyat gəlir gətirən zaman mənfəət müştərinin vəsaitinin üzərinə əlavə edilir.

 

KREDİT DƏSTƏYİ İLƏ AVRO/DOLLAR (EUR/USD) ALƏTİNDƏ ƏMƏLİYYAT NÜMUNƏSİ

 

Tutaq ki, avronun dollar qarşısında dəyər itirəcəyini fərz edərək EUR/USD cütlüyündə 1 lot satış mövqeyi açmaq istəyirsiniz (avronu satıb dollar alırsınız). Dollar və Avro alətlərində 1 Lot = 100.000 vahiddir. Hazırda EUR/USD məzənnəsi 1.1080 səviyyəsindədir.

 

Qaydalardakı maksimum 1:30 həddinə və hazırkı məzənnəyə görə, EUR/USD alətində 1 lot satış mövqeyi açmağınız üçün hesabınızda təxminən 3670 dollarınız (ən azı 3693,4 dollar) olmalıdır. Bu vəziyyətdə 1:30 kredit həddindən faydalanaraq 3670 dollar sərmayə ilə maksimum 110800 dollar həcmində mövqe aça bilərsiniz (sərmayənizin 30 qatı qədər).

 

İndiyədək (1:100 həddinə icazə verilən zaman) 110 800 dollar həcmində əməliyyat açmaq üçün investorun hesabında 1180 dollar olması kifayət edirdi.

 

DAHA BÖYÜK SƏRMAYƏ ÜÇÜN, HESABA DAHA ÇOX PUL QOYULACAQ

 

Beləliklə, kredit həddinin aşağı salınması az sərmayəsi olan investorların böyük həcmdə əməliyyatlar aparmasını məhdudlaşdırır. Daha yüksək həcmdə əməliyyat aparmaq istəyənlər hesabındakı öz sərmayəsini artırmalı olacaqlar.

 

Əsaən kredit çiyni sistemi ilə işləyən bir bazar olan Forex-də həm mənfəətin, həm də zərərin məbləği kredit həddindən asılıdır. Bəs avro dollar qarşısında dəyər itirməsə, tərsinə 1% bahalaşarsa? Əgər əməliyyatı öz sərmayəniz həcmində açsanız, bizim misalımızda 3670 dollar ilə elə 3670 dollar aldığınız zaman 36 dollar itirəcəksiniz. İnvestisiya şirkətinin 1:30 kredit çiynindən istifadə edərək 110 800 dollar alsanız zərəriniz 1108 dollar olacaqdır. Yəni, sərmayənizi tam itirməyəcəksiniz, 2590 dollar hesabınızda qalacaqdır. 1:100 kredit həddinə icazə verilən zaman hesabında cəmi 1080 dollar olan müştəri 1 lot avro satdığı və avronun bahalaşdığı zaman sərmayəsini tamamilə itirirdi.

 

BAZARA NECƏ TƏSİR EDƏ BİLƏR?

 

1:30 həddinidə qazanc az olduğundan bu nisbət bir sıra investorlar üçün sərfəli olmaya bilər. Bu sərmayəçilər yüksək kredit həddi nisbəti ilə xidmət gıstərən xaricdəki foreks firmalarını seçə bilərlər. Belə olduğu halda, Azərbaycanın investisiya şirkətləri müştəri itirə bilərlər və  marja ticarəti xidmətinin göstərilməsindən gəlirləri də azala bilər.

 

Apardığımız sorğuya görə, Azərbaycanda müştərilərin çoxu 1500 dollaradək sərmayə ilə foreksə qoşulurlar. Daha böyük qazanc vəd etmək üçün, müştərinin daha böyük sərmayəsi olmalıdır. Böyük məbləğdə sərmayə tələbi ilə investorların marja ticarətinə cəlbi investisiya şirkətləri üçün çətin ola bilər. Digər tərəfdən, müştərilərin daha yüksək məbləğdə sərmayələr ilə marja ticarətinə başlamaları zərər edənlərin sayının azalmasına və bu sahəyə inamın artması ilə nəticələnə bilər. Eyni zamanda, kiçik sərmayələr ilə böyük əməliyyatların qarşısının alınması da zərər edənlərin azalmasına gətirib çıxara bilər.  Foreksə ciddi yanaşmaq və bu sahəni öyrənərk əməliyyatlara başlamaq gəlir əldə etmək üçün başlıca şərtlərdir. Foreks qumar deyil, bir investisiyadır.

 

HƏMÇİNİN OXU:Palatadan investorlar üçün “Risk məlumatlandırma sənədi”- TANIŞ OLUB İMZALAYACAQLAR

 

Hesaba yatırılan pulun itirilməsinə açılan mövqelərin sayı və seçilən alətlər də təsir edə bilir. Yeni başlayanların volatil (qiyməti tez-tez kəskin dəyişən) məzənnə və əmtələrdən uzaq durmaları tövsiyə olunur. Yeni investorlara öz  sərmayəsinin 20%-ədək hissəsi qədər riskə getmək məsləhət görülür. 

 

Yeni qaydalar ilə ətraflı buradan tanış ola bilərsiniz.

28.10.2019 11:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ