"Təklifin azalması neft qiymətlərini yüksəldəcək"
Beynəlxalq Enerji Agentliyinin (İEA) prezidenti Fatih Birol OPEC+-ın hasilatı azaltmaq qərarının qiymətləri artıracağını bildirib.Beynəlxalq Enerji Agentliyinin (İEA) prezidenti Fatih Birol OPEC+-ın hasilatı azaltmaq barədə qərarının bir sıra iqtisadiyyatlar üçün pis sürpriz olduğunu və ilin ikinci yarısında tədarükün (təklifin) azalması ilə qiymətlərin artacağını proqnozlaşdırır.
Marja-nın məlumatına görə, Birol əlavə edib ki, qlobal yanacaq istehlakı 2023-cü ilin ikinci yarısında yüksək səviyyələrə çata bilər.
Qeyd edək ki, digər tərəfdən ABŞ-ın kommersiya xam neft ehtiyatları keçən həftə əvvəlki həftəyə nisbətən 600 min barel artıb.
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya xam neft ehtiyatlarının keçən həftə təxminən 600 min barrel artaraq 470 milyon 500 min barrelə çatdığını açıqlayıb. Bazar gözləntisi, ehtiyatların 1 milyon 300 min barrel azalacağı idi.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları 1 milyon 600 min barrel azalaraq 369 milyon 600 min barelə düşüb.
Sözügedən dövrdə ABŞ-ın benzin ehtiyatları 300 min barrel azalaraq 222 milyon 200 min barel olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
13 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
14 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























