Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Hədəfimiz Azərbaycan e-ticarətinə yenilik gətirərək, bazarda lider olmaqdır” - MÜSAHİBƏ

"Biznesmenlər onlayn satışa başlamaq istəsələr də, bununla bağlı onları çəkindirən bəzi məqamlar var. Belə məqamlara misal olaraq, ilk növbədə, Azərbaycanda onlayn satışın alınmayacağı barədə onlarda formalaşmış düşüncədir. Axı niyə alınmasın? Biz, yəni "Odero” brendi bu düşüncəni aradan qaldıracağıq. Bu məqsədlə onlayn satış sahəsində şirkətimizin nəzdində qurduğumuz “Odero” akademiyasında sertifikatlı tədris proqramına start veririk. ”Odero” akademiyasında verəcəyimiz onlayn satış dərslərində iştirak edərək, həm yuxarıda qeyd etdiyimiz mənfi düşüncədən uzaqlaşın, həm də cəmi 3 addımda e-ticarətə başlayın".
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Hədəfimiz Azərbaycan e-ticarətinə yenilik gətirərək, bazarda lider olmaqdır” - MÜSAHİBƏ

“Koç Holding”in Odero brendinin rəhbəri Raşit Kartal ilə müsahibə.

-“Odero”nun tarixi nə vaxt və necə başladı? 

 -  "Odero" brendi "Koç Holding" şirkətlər qrupunun üzvü, Türkiyənin lider ödəniş xidməti  provayderi olan "Token Finansal Teknolojiler A.Ş” şirkətinin elektron ticarət sahəsindəki markasıdır. Şirkətimiz kiçik və orta sahibkarlıq subyektlərinə ödəniş texnologiyaları təqdim etmək, maliyyə xidmətlərini demokratikləşdirmək və hamı üçün əlçatan etmək məqsədi ilə 2020-ci ildə təsis edilmişdir. 

- Hansı xidmətləri təklif edirsiniz? Niyə Azərbaycanı seçdiniz?

- Türkiyənin lider ödəniş xidməti provayderi olaraq biz, yüksək gəlirli və səmərəli iş fəaliyyətini təmin edən ödəniş sistemləri və əlavə dəyəri yüksək xidmətləri yaradıb inkişaf etdiririk. Miqyasından asılı olmayaraq bütün sahibkarlara eyni şərtlərlə yanaşır, onların böyümələrinə təkan verə biləcək xidmətlər təklif edirik.  

Şirkətimizin beynəlxalq bazara çıxışı 2021-ci ildə Rumıniyada ilk ofisimizin açılışı ilə başlamışdır. Türk dövlətlərinə çıxış üçün ən düzgün variantın qardaş ölkə Azərbaycan olduğu qərarına gəlmişik. İqtisadi əsaslandırma sahəsində apardığımız tədqiqatlar və müvafiq iqtisadi göstəricilər bizə bunu göstərir ki, pandemiyadan sonra Azərbaycan bazarı sürətlə böyüyür, xüsusilə də elektron ticarət bazarının həcmi hər il 2 dəfə artır. Bu göstəriciləri nəzərə alaraq həm Azərbaycanın iqtisadiyyatına öz töhfəmizi vermək, həm də dünyada çox geniş yayılmış e-ticarəti bir vərdişə çevirmək üçün Azərbaycana investisiya qoyduq.

- Bu xidmətlərin özəlliyi nədir? Sizi digərlərindən fərqləndirən nədir?

- Bizim bütün etdiklərimiz və inandığımız hər şey Azərbaycanın bazarına müxtəlif yeniliklər gətirərək burada lider olmaqdır. Çünki bizim düşüncə tərzimiz fərqlidir. Göstərdiyimiz xidmətin gözəl layihələndirilməsinin və istifadəçi dostu olmasının səbəbi mövcud vəziyyətə fərqli baxış bucağında baxmağımızdır.   

Biz, hər kəsin "müştəri" adlandırdığına "tərəfdaş" deyirik. Şirkətimizin əsas məqsədi onlarla birlikdə böyümək, məhsullarımızı onlarla birlikdə işləyib hazırlamaqdır.

“Odero”, birinci növbədə, onlayn satışlarla heç məşğul olmamış və ya onlayn satışa başlamaqdan çəkinən kiçik və orta sahibkarlıq subyektlərinə veb-sayt platforması və veb-sayta inteqrasiya edilmiş ödəniş servisi kimi xidmətlərlə kompleks (ing. “end-to end”) həllər təklif edir.

Bizim əsl işimiz "Odero" veb-platformasını satdıqdan sonra başlayır. Tərəfdaşlarımıza "Odero" veb-sayt platformasından və eləcə də, onun satış və marketinqlə bağlı xüsusiyyətlərindən səmərəli şəkildə istifadə etməyi öyrədirik. Onlayn satışlarda uğur qazanmaları üçün onlarla birlikdə işləyirik.

Bank inteqrasiyalarımızın çoxluğu və beynəlxalq təhlükəsizlik sertifikatına (PCI-DSS) malik olmağımız sayəsində tərəfdaşlarımız ödənişləri təhlükəsiz qaydada qəbul edə bilir.

Özünün veb-saytı olan, ancaq həmin saytda ödəniş xidmətləri göstərə bilməyən tərəflər üçün də  ödəniş funksiyasının sayta inteqrasiyasını həyata keçirərək, onlar üçün ödənişlərin rahat və təhlükəsiz qaydada olmasını təmin edirik. 

Ödəniş platformamız olan "Oderopay"in qabaqcıl xüsusiyyətlərinə linklə ödəniş, abunə ödənişi, kartın yadda saxlanması, qaydalara və süni intellektə əsaslanan dələduzluq əleyhinə alqoritm (ing. “Rule Base and AI Base Anti Fraud”), ödənişlər üzrə hesabatlar, ödənişlərin qismən qaytarılması kimi funksiyalar daxildir.

"Odero"nun şüarı inamdır. Tərəfdaşlarınızla uzunmüddətli münasibətlər qurmaq istəyirsinizsə, qarşılıqlı inam mütləqdir. Məhsullarımızda çatışmazlıqlar olduqda bunu tərəfdaşlarımıza şəffaf şəkildə bildirməkdən çəkinmirik. Hətta belə deyək ki, məhsullarımızla əlaqədar tərəfdaşlarımızın bizə bildirəcəyi bütün müsbət və mənfi rəylər bizim üçün çox qiymətlidir. Bu qarşılıqlı etimad, göstərdiyimiz xidmətlərin daha da keyfiyyətli olmasını təmin edəcəkdir. Biz, "Odero" brendi olaraq buna inanırıq.

- Elektron ticarətin Azərbaycan bazarında önəmi nədir?

- Elektron ticarət (e-ticarət) bu gün dünya miqyasında getdikcə daha geniş yayılan, daha çox üstünlük verilən alış-veriş üsuludur. Azərbaycanda da son illər  e-ticarət sektoru sürətlə böyüyür. Onun ölkə iqtisadiyyatına mühüm töhfələr verdiyi müşahidə olunur.

Azərbaycan hökuməti e-ticarət sektorunu dəstəkləyir. Xüsusilə də pandemiya dövründə hökumət onlayn ticarətin genişlənməsi üçün təşviq xarakterli tədbirlər həyata keçirmiş, bu sahədə xidmət göstərən firmaların işini asanlaşdırmaq üçün addımlar atmışdır. Bundan başqa, ölkə miqyasında internetə çıxış imkanlarının artırılması, e-ticarət infrastrukturunun inkişaf etdirilməsi istiqamətində iş görülür.

E-ticarət Azərbaycanın iqtisadiyyatında mühüm yer tutur. Bu sektorun inkişafının gələcəkdə də davam edəcəyi gözlənilir. Buna görə də təsərrüfat subyektlərinin öz e-ticarət infrastrukturunu gücləndirməsi və bu sahədə fəaliyyət göstərməsi onlara rəqabət baxımından üstünlük qazandırmaqla yanaşı, ölkənin iqtisadiyyatına da öz töhfəsini verəcəkdir.  

Biz də "Odero" brendi olaraq Azərbaycan iqtisadiyyatının e-ticarət sektorunun inkişafına öz töhfəmizi verdiyimizə görə xoşbəxtlik hissi keçiririk.

- Elektron ticarət bazarında “Odero” biznesmenlərə hansı faydaları vəd edir?

- Azərbaycan Respublikası Mərkəzi Bankının təqdim etdiyi məlumatlara görə, Azərbaycanda onlayn satışların həcmi hər il 2 dəfə artır.  Biznesmenlər onlayn satışa başlamaq istəsələr də, bununla bağlı onları çəkindirən bəzi məqamlar var. Belə məqamlara misal olaraq, ilk növbədə, Azərbaycanda onlayn satışın alınmayacağı barədə onlarda formalaşmış düşüncədir. Axı niyə alınmasın? Biz, yəni "Odero” brendi bu düşüncəni aradan qaldıracağıq. Bu məqsədlə onlayn satış sahəsində şirkətimizin nəzdində qurduğumuz “Odero” akademiyasında sertifikatlı tədris proqramına start veririk. ”Odero” akademiyasında verəcəyimiz onlayn satış dərslərində iştirak edərək, həm yuxarıda qeyd etdiyimiz mənfi düşüncədən uzaqlaşın, həm də cəmi 3 addımda e-ticarətə başlayın. Bu, ticarətə necə başlayacağı ilə əlaqədar məsələlərə aydınlıq gətirmək istəyən gənc sahibkar dostlarımız üçün də böyük fürsətdir. “Odero” öz qapılarını bu fürsətdən istifadə etmək istəyən bütün biznesmenlərin, qadın sahibkarların, gənc sahibkarların üzünə açır.

- Elektron ticarətdə dünyada hal-hazırda hansı tendensiyalar var və bizləri hansı yeniliklər gözləyir? Bu yeniliklərlə bağlı “Odero”nun gələcəkdəki planları nələrdir?

- Bu gün e-ticarət dünya miqyasında fasiləsiz olaraq dəyişən və inkişaf edən sahədir. Bu günün tendensiyalarına baxdıqda:

Mobil cihazların istifadəsinin masaüstü kompüterlərdən daha geniş yayıldığını görə bilərik. Bu, elektron ticarət saytlarının da mobil texnologiyalara uyğunlaşdırılmasını zəruri edir. Xüsusilə də, sosial şəbəkə platformaları (məsələn, Instagram, Facebook) vasitəsilə satışla məşğul olanlar üçün arada heç bir vasitəçi olmadan alqı-satqı aparmaq imkanı əldə edir. “Odero” bunu e-ticarətə başlamaq istəyənlərə mobil tətbiq xidmətləri göstərməklə təmin edir.

Süni zəka texnologiyalarından müştəri təəssüratının yaxşılaşdırılmasında və satışların artırılmasında getdikcə daha geniş şəkildə istifadə olunur. Məsələn, çat-botlar müştərinin əvvəlki sifarişləri əsasında təklif edilən məhsulların göstərilməsini, seçilmiş ödəniş üsulunun davam etdirilməsi kimi əməliyyatları asanlaşdırır. Bu da növbəti müştəriyə fərqli məhsul variantlarını təklif etmək imkanı yaradaraq satışlarınızın çoxalmasını təmin edir. Tərəfdaşlarımız bizim "Odero" veb-platformasında çat-bot funksiyasının ən yeni versiyası sayəsində bu təcrübəni yaşaya bilir. 

Digər tərəfdən, e-ticarət saytları müştərilərin mütəmadi olaraq bu və ya digər məhsuldan və yaxud xidmətdən faydalanması üçün abunəlik əsaslı modellər təklif edir. Bundan müştəri loyallığını gücləndirmək və təkrarlanan satışları təşviq etmək üçün istifadə olunur. "Odero" ödəniş platformasının kart yadda saxlama xidməti vasitəsilə tərəfdaşlarımız abunəlik xidmətlərindən faydalanmaq imkanı əldə edir.

Həmin tendensiyalar elektron ticarət sektorunun növbəti mərhələdəki inkişafını formaşdıracaq. Bu həm də şirkətlərin öz müştərilərinə daha yaxşı xidmət göstərmələri üçün texnologiyalarını və strategiyalarını yeniləməli olduqlarını göstərir. 

Sonunda qeyd edək ki,  yuxarıda sadaladığımız tendensiyaların ən vacib olanı davamlılıqdır. Bu çox mühüm məqamdır. Bunun üçün şirkətlər çox güclü kapital strukturu formalaşdırmalıdır. Buna isə əlavə dəyəri yüksək olan xidmətlərlə və bazarın tələblərinə uyğun modellərin işlənib hazırlanması yolu ilə nail olmaq mümkündür. 

“Odero” bütün bu tendensiyaları izləyir və öz məhsullarına inteqrasiya edir.  Yol xəritəmizdə əlavə dəyəri yüksək olan yeni məhsullar göstərilir. Hazırda həmin məhsulların üzərində işləyirik. Onları əvvəlcə Azərbaycanın, sonra da digər türk dövlətlərinin bazarına çıxarmağı planlaşdırırıq.

- Müsahibəyə görə, təşəkkür edirik.

Əlaqə üçün: 012 310 57 10

www.odero.az 

Koç Holding Odero Raşit Kartal e-ticarət Oderopay ödəniş xidmətlər onlayn satışlar biznesmenlər
07.05.2023 21:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ