Elektrik enerjisi 1-ci, pomidor 2-ci, fındıq 3-cü olub - İXRAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac icmalı”nın may sayına əsasən, 2023-cü ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ümumi ixracı 12,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 1,2 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,2% artıb. 2023-cü ilin yanvar-aprel ayları ərzində yeyinti məhsulları üzrə ixrac 236,2 milyon ABŞ dollarına bərabər olub.
2023-cü ilin yanvar-aprel ayları ərzində spirtli və spirtsiz içkilərin ixracı 6,4 dəfə, şəkər ixracı 37,6% artıb.
2023-cü ilin yanvar-aprel ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 9,1% artaraq 248,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,8% artaraq 74,7 milyon ABŞ dolları təşkil edib.
2023-cü ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (313,7 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (54,2 milyon ABŞ dolları) ikinci, meşə fındığı (47,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2023-ci ilin yanvar-aprel ayları ərzində Türkiyəyə 405,4 milyon ABŞ dolları, Rusiya Federasiyasına 285,2 milyon ABŞ dolları, Gürcüstana 142,6 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 49,2 milyon ABŞ dolları, Qazaxıstana isə 34,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Bu ilin aprel ayının qeyri-neft ixracı 275 milyon ABŞ dolları təşkil edib. 2023-cü ilin aprel ayı ərzində yeyinti məhsulları üzrə ixrac 66,3 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 208,7 milyon ABŞ dollarına bərabər olub.
2023-cü ilin aprel ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (84,5 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (65,5 milyon ABŞ dolları) ikinci və Gürcüstan (33,4 milyon ABŞ dolları) üçüncü olub.
2023-cü ilin aprel ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (32,6 milyon ABŞ dolları) birinci, pomidor (tomat) (23 milyon ABŞ dolları) ikinci və qızıl (18,9 milyon ABŞ dolları) üçüncü olub.
“İxrac icmalı”nda göstərilib ki, 2023-cü ilin may ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilmiş qeyri-neft ixracının dəyəri 9,7 milyon ABŞ dolları olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
8 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
15 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
15 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
16 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















