Birjalarda son vəziyyət
Qlobal birjalarda, aparıcı mərkəzi bankların pul-kredit siyasətinə dair qərarlarının açıqlandığı və sıx məlumat gündəminin olduğu həftəni ümumilikdə yüksək risk isştahı ilə yekunlaşdırdı.
FED, Avropa Mərkəzi Bankı (AMB) və Yaponiya Bankının (BoJ) monetar siyasətə dair qərarlarının yaxından təqib edildiyi həftədə bütün qərarlar proqnozlara uyğun olaraq verildi.
Bir müddətdir dünya iqtisadiyyatlarının əsas problemi olan inflyasiya məhdud dərəcədə də olsa, azalsa da, Mərkəzi Bankların monetar siyasətlə bağlı qeyri-müəyyənliklər davam edir..
Analitiklər, xüsusilə ABŞ və Avrozonada makroiqtisadi məlumatlardan gələn qarışıq siqnalların pul-kredit siyasəti ilə bağlı qeyri-müəyyənlikləri artırdığını bildiriblər.
ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot faiz dərəcəsini 5.00-5.25% səviyyəsində saxlayıb.
Çərşənbə günündən etibarən FED 10 iclasdır davam edən faiz artımını dayandırıb. FED-in verdiyi açıqlamada, son göstəricilərin iqtisadi fəallığın orta templə böyüməyə davam etdiyinə işarə etdiyi bildirilib.
FED sədri Jerom Pavel iclasdan sonra etdiyi çıxışda, demək olar ki, bütün FED rəsmilərinin bu il əlavə faiz artımlarının inflyasiyanın zamanla 2%-ə endirilməsi üçün uyğun olacağını düşündüyünü bildirib.
İqtisadiyyatla bağlı proqnozlarını açıqlayan FED, federal fondların faiz dərəcəsi ilə bağlı proqnozunu bu ilin sonu üçün 5.1%-dən 5.6%-ə yüksəldib.
Bankın inflyasiya proqnozları bu il 3.3%-dən 32%-ə endirilib, 2024-cü il üçün 2.5%, 2025-ci il üçün isə 2.1% səviyyəsində saxlanılıb.
Analitiklər, FED-in siyasət faizini dəyişməz saxlamasından sonra bazarlarda volatilliyin artdığını və sərtləşdirmə siyasətinin sona yaxınlaşdığına dair gözləntilərin artması fonunda DXY ötən həftəni 102 bənd səviyyəsində başa vurdu. “Buğalar” qiymətləri 103.50 bənd səviyyəsindəki psixoloji müqavimət həddinin üzərinə qaytara və bu həddin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.
EUR
Ötən həftə Avropa Mərkəzi Bankı (ECB) keçən həftə 3 əsas faiz dərəcəsini 25 baza bəndi artırdı. Yüksək inflyasiya ilə mübarizədə ardıcıl səkkizinci dəfə faiz artıran ECB, qarşıdakı dövrdə də faiz artırmağa davam edəcəyinin siqnalını verdi.
Bankın inflyasiya proqnozları bu il üçün 5.3%-dən 5.4%-ə, 2024-cü il üçün isə 2.9%-dən 3%-ə qaldırılıb.
Dəyişən enerji və ərzaq qiymətlərini nəzərə almayan bankın baza inflyasiya proqnozunun əvvəlki proqnozlardan yüksək olması diqqət çəkib.
Baza inflyasiyası üzrə təxminlər bu il 4.6%-dən 5.1%-ə qaldırılıb. Gələn il üçün 2.5%-dən 3%-ə, 2025-ci il üçün isə 2.2%-dən 2.3%-ə redaktə edilib.
Avrozona iqtisadiyyatının 2023-cü il üçün artım proqnozu 1%-dən 0.9%-ə, 2024-cü il üçün isə 1.6%-dən 1.5%-ə endirilib.
ECB sədri Kristin Laqard, iclasdan sonra verdiyi açıqlamada, Avrozonada qiymət təzyiqlərinin yüksək olaraq qaldığını və inflyasiya ilə mübarizə üçün monetar sərtləşdirməni dayandırmayacaqlarını vurğulayıb
Regionda inflyasiya güclü olaraq qalır. Almaniyada İstehlak Qiymətləri İndeksi (CPI) proqnozlara uyğun olaraq aylıq müqayisədə 0.1% azalıb, illik müqayisədə isə 6.1% artıb. Avrozonada isə CPI gözləntilərə uyğun olaraq aylıq müqayisədə dəyişməsə də, illik 6.1% artıb.
Avrozonada sənaye istehsalı aylıq 1%, illik isə 0.2% artıb.
Dollardakı geriləmə fonunda ötən həftəni 1.0940 hədlərinin üzərində tamamlayan EURUSD məzənnəsində cari ticarət həftəsində tendensiyanın formalaşmasına təsir göstərə biləcək əsas faktorlar arasında Almaniyada İstehsal Qiymətləri İndeksi, Avrozonada dərc olunacaq İstehlakçı Güvən İndeksi, Xidmət və Sənaye Sektorlarında PMI göstəriciləri də yer alır. Təhlillərə əsasən EURUSD məzənnəsində qiymətlər 1.0900 həddinin üzərində qaldığı müddətdə, artım tendensiyası davam edə bilər.
GBP
Dollar qarşısında ötən həftə 1.2800 hədlərinə kimi bahalaşan funt-sterlinq bu həddin üzərində qaldığı müddətcə, funt dollar qarşısında bahalaşmaqda davam edə bilər. GBPUSD məzənnəsində qiymətlərin necə dəyişəcəyi ilə bağlı suallara aydınlıq gətirmək üçün bu həftə investorlar İngiltərədə çərşənbə günü dərc olunacaq İstehlak Qiymətləri İndeksi, və cümə axşamı günü açıqlanacaq İngiltərə Mərkəzi Bankının (BoE) faiz qərarını diqqət mərkəzində saxlayacaqlar. Qeyd edək ki, BoE-nin uçot dərəcəsini 25 baza bəndi artıracağı proqnozlaşdırılır.
Məlumat İnvestAz şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 gün sonra
-
-
1 saat əvvəl
Putin iqtisadi məsələlərə həs olunan iclas keçirib - "2025-də Rusiyanın ÜDM-i 1% artıb"
-
5 saat əvvəl
Bank və BOKT-laın fişinq səhifələrini yaradan haker şəbəkəsini ifşa edildi - VİDEO
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin döviyyələri açıqlandı - SİYAHI
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” təlimini izləyiblər
-
8 saat əvvəl
"Hazırda təxminən 380 min KOB-un bir çoxu hələ də əsasən nağd pulla fəaliyyət göstərir"
-
8 saat əvvəl
Yanvarda Gürcüstanda 5 %-ə yaxın illik inflyasiya qeydə alınıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakı Fond Birjasında Yanvar çöküşü
Nintendo-dan 2,3 milyard dollar xalis mənfəət
Ən çox oxunanlar
Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” təlimini izləyiblər
"Regional" BOKT 1 milyon manat borclandı
SOCAR-ın nəzdində akademiya fəaliyyətə başlayıb
Azercell “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Tanınmış qlobal bank bu il qızılın unsiyasının qiymətinin 6 min 300 dollara çatacağını proqnozlaşdırır
Azərbaycanda lizinq haqqında yeni qanun qəbul olunacaq
“Fintrend” BOKT-ın vəzifəli şəxsi cərimə edildi
“Azvvallet” şirkəti cəzalandırıldı - Xidmətinin dayandırılması barədə göstəriş verildi


















