Türkiyə Mərkəzi Bankı faizini kəskin artırdı - SÜRPRİZ QƏRAR
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) uçot dərəcəsini 25 faizə qaldırdı. Bankın uçot dərəcəsini 20 faizə qədər artıracağı proqnozlaşdırılırdı. TCMB-nin yeni administrasiya işə başlayanda faiz 8,50 səviyyəsində idi.Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) növbəti faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, TCMB əsas faizini (uçot dərəcəsini) 7,50 bənd artıraraq 17,5%-dən 25%-ə yüksəltdi.
İqtisadçılar arasında keçirilmiş sorğuya görə, TCMB-nin faizini 18,50% -20,00% civarına çatdıracağı gözlənilirdi. Beləliklə, Bankın qərarı bazarlar üçün sürpriz olub.
TCMB əvvəlki iclasda faizini 2,50 faiz bənd artıraraq 17,5%-ə çatdırmışdı.
TCMB-nin faiz qərarı açıqlanmamışdan əvvəl Dollar/Türk Lirəsi məzənnəsi 27,2493 lirə səviyyəsini görmüşdü. Qərardan sonra məzənnə 26 lirə səviyyəsindən də aşağı düşüb və 25,2528 lirə olub (saat 16:53-ə olan məlumat). Türk Lirəsi Dollar qarşısında 6,6 faiz bahalaşıb.
TCMB-nin press-relizində bildirilir:
"İdarə Heyəti inflyasiyanı mümkün qədər tez cilovlamaq və qiymət davranışının pisləşməsinə nəzarət etmək üçün monetar sərtləşdirmə prosesini davam etdirmək qərarına gəlib.
Son göstəricilər inflyasiyanın əsas tendensiyasının artmaqda davam etdiyini göstərir. Daxili tələbin güclü olması, yanacağın qiymətinin artması, əmək haqqı və valyuta məzənnələrindən qaynaqlanan xərc təzyiqləri inflyasiyanın artmasını şərtləndirən əsas amillərdir.
Birbaşa xarici investisiyalar, xarici maliyyələşdirmə şərtlərinin yaxşılaşdırılması, ehtiyatların davamlı artırılması və turizm gəlirlərinin cari hesaba dəstəklənməsi qiymət sabitliyinə güclü töhfə verəcək.
Tətbiq edilən sərt pul siyasəti ortamüddətli dövrdə inflyasiyanı 5 faiz olan hədəfimizə salacaq. Sərtləşdirmə inflyasiya əhəmiyyətli yaxşılaşma əldə olunana qədər zərurət yarandıqda mərhələli şəkildə gücləndiriləcəkdir.
Faiz dərəcələrinin artırılması ilə yanaşı, İdarə Heyəti monetar sərtləşdirmə prosesini dəstəkləyəcək qərarlar qəbul etməyə davam edəcək.
İnflyasiya ilə bağlı göstəricilər və inflyasiyanın əsas tendensiyası yaxından izləniləcək və İdarə heyəti qiymət sabitliyi kimi əsas məqsədinə uyğun olaraq bütün alətlərdən qətiyyətlə istifadə etməyə davam edəcək".
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son zamanlara qədər apardığı siyasət nəticəsində TCMB bir həftəlik repo faizini (əsas faiz dərəcəsi) 2021-ci ildəki 19%-dən 8,5%-ə endirilmişdi. Seçki öncəsi yüksək inflyasiyaya baxmayaraq, faiz dərəcələri aşağı səviyyədə saxlanılmış, TL-nin daha da ucuzlaşmasının qarşısını almaq üçün TCMB ehtiyatlarından istifadə edilmişdi. Seçkidən sonra Maliyyə naziri və Mərkəzi Bankın sədri dəyişdirilmiş, faizin artırılmasına qərar verilmişdir. İyun və iyul ayından TCMB faizini 9 faiz bəndi artıraraq 8,5%-dən 17,5%-ədək yüksəltmişdi. Türkiyə Mərkəzi Bankı inflyasiya proqnozunda əhəmiyyətli bir yaxşılaşma əldə olunana qədər mərhələli şəkildə sərt pul siyasətinin davam edəcəyini bildirilmişdi.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
2 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
2 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 6 saat əvvəl
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
1 gün əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 12-də gözlənilən hava şəraiti
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Oktyabrın 11-də gözlənilən hava şəraiti
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
























