Azərbaycan Xankəndiyə yardım göndərməklə “humanitar böhtan”çıları çıxılmaz vəziyyətə salıb - ŞƏRH
Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım yola salıb və ümidvardır ki, bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Hətta onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra biləcəyini bəyan edib. Hədəf də gün kimi aydındır - ermənilərin və havadarlarının “Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin özlərini təcrid etməsi” iddiasını aradan qaldırmaq. Bununla da Azərbaycan təkcə Ermənistanı deyil, Qarabağda qondarma “humanitar böhran”la oyun oynamağa çalışan böhtançı separatçıları və onların havadarlarını çıxılmaz vəziyyətə salıb.
Bəs bu addımın cavabında nəyin şahidi olduq? Separatçılar və onların havadarları bu addımı süngü ilə qarşılamaqla yanaşı, “ac qalarıq, türkün ununu yemərik” kimi faşist təfəkkürdən əl çəkə bilmədiklərini ortaya qoymuş oldular. Görünən odur ki, Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradılır və bundan siyasi manipulyasiya məqsədilə istifadə edilir.
Yeri gəlmişkən, Prezident İlham Əliyev də ermənidən çox ermənilik edən fransalı həmkarı Emmanuel Makronla telefon danışığında bu məsələyə toxunub və qeyd edib ki, Ermənistan və qondarma rejim Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ağdam-Xankəndi yolu ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib. Həmçinin Ermənistan rəhbərliyi Azərbaycan tərəfi ilə razılaşdırmadan dövlət sərhədi istiqamətində humanitar təyinatlı olduğunu iddia etdiyi yüklər gətirib ki, burada da məqsəd siyasi möhtəkirlikdir. Ermənistan və havadarları anlamalıdırlar ki, Azərbaycan tərəfi birgəyaşayışa maneə olan milli nifrət və düşmənçilik ritorikasından çıxış etməyərək humanist yanaşma nümayiş etdirməyə çalışır.
Mühüm olan başqa bir məsələdir. Azərbaycanın beynəlxalq qanunlarla təsbit olunan torpaqlarında yaşayan erməni azlığına qarşı yardım göndərməsi gözlənildiyi kimi, separatçıların tör-töküntüləri arasında gərginlik və ikitirəlik yaradıb. Separatçıların “parlamenti”nin yeni rəhbəri David İşxanyan növbəti dəfə qondarma qurum daxilində mövcud olan fikir ayrılıqları və ziddiyyətlərdən danışıb. Onun sözlərinə görə, bir çox məsələlər ətrafında fikir ayrılıqları mövcuddur və bunları aradan qaldırmaq üçün əlindən gələni edəcək. Çox güman ki, Azərbaycana münasibətdə yaşanan fikir ayrılıqlarını dilə gətirmək istəyib, lakin danışmağa cürəti çatmayıb. Bəllidir ki, bir qrup rəsmi Bakı ilə danışıqlara getməyə can atır, revanşistləri təmsil edənlər isə bunun əksini istəyir.
Separatçıların qudurğanlığı o həddə çatıb ki, mövcudluqlarının səbəbkarı olan rus sülhməramlılara belə hücum ediblər. Ağdam-Xankəndi yolunu kəsən ermənilər iddia ediblər ki, ruslar avtomobillərində azərbaycanlını daşıyıb. Bu səbəbdən də avtomobilə hücum edib. Sonradan məlum olub ki, bu şəxs sülhməramlıların mətbuat xidmətinin fotoqrafı erməni bloger Mika Badalyandır. Dərhal da Rusiya teleqram kanallarında separatçılar hədəfə alınıb. “Yerli sakinlər iddia edirlər ki, videoda baş verənlərin hamısı İrəvanın təşkil etdiyi sırf tamaşadır. “Minnətdar” ermənilər regionda uzun illər qorunub saxlanıldığına və sülhə görə Rusiyaya bu formada sağ ol deyirlər”, - deyə ruslar hiddətlərini bildiriblər. Bir başqa kanal isə hadisəni sülhməramlılara qarşı “daha bir təxribat” adlandırıb: “Yerli ermənilər rus zabitlərin maşınına hücum ediblər”. “Nebojena” teleqram kanalı isə yazıb ki, ermənilər Rusiya sülhməramlılarına hücum edib: “Aydındır ki, rəsmi İrəvanın razılığı olmadan belə hərəkətlər mümkün deyil. Onlar nəyə ümid edirlər? Təhlükəsizliyi təmin edən əli niyə dişləyirsiniz?”
Beləliklə, görünən odur ki, separatçıların lideri Araik Arutunyanın istefası fonunda bölgədə vəziyyət gərginləşmək üzrədir. Erməni azlıq anlamaq istəmir ki, Bakının sülh və digər təşəbbüslərini rədd etməklə heç nəyə nail olmayacaqlar. Yaranmış durumdan çıxış yolu birdir və bu yol da Azərbaycan qanunları ilə yaşamaqdan keçir.
© "Report", Azər Nuriyev
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 saat əvvəl
-
7 saat əvvəl
İstilik enerjisinin maya dəyəri əhali tarifini 2 dəfədən çox üstələyib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 7 saat əvvəl
-
8 saat əvvəl
Mirzoyan: Azərbaycan və Türkiyə prezidentləri İrəvana dəvət olunublar
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycan Futbolunda yenilik – Yeni sponsorluq müqaviləsi imzalandı
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda Aİ-95 markalı avtomobil benzininin istehsalı kəskin azalıb
Son Xəbərlər
49 və 515 nömrəli avtobus marşrutları müsabiqəyə çıxarıldı
Azərbaycan Dəmir Yollar və Çinin Sian limanı anlaşdı
Azərbaycan Təbrizə yeni baş konsul təyin etdi
"Azəristiliktəchizat"da nöqsanlar aşkarlanıb
"AFB BANK"ın istiqrazlarını 80 investor əldə etdi
Ən çox oxunanlar
Toyota-nın satışlarında rekord
"Arazdəyən–Sədərək ərazisi də açılmalıdır"
“Nar”a yeni baş icraçı direktor təyin olundu
Azərbaycan Rusiyadan qoyun ətinin alışını artırıb
Oktyabrın 28-də gözlənilən hava şəraiti
Quyulardan neft hasilatı azalır: bp maksimum hasilat üçün Xəzərə yeni texnologiya gətirir - Çoxmilyonluq müqavilə imzalanıb
Polad incəsənətə çevriləndə - “Baku Steel Art” 2-ci Beynəlxalq Metal Simpoziumu öz işinə başlayıb
Qlobal bazarlarda son vəziyyət















.jpg)









.jpg)
