Azərbaycanlı iş adamı Beynəlxaq Sokrat Mükafatına layiq görüldü - FOTOLAR
(®) Beynəlxalq Sokrat Mükafatı (İnternational Socrates Award) Avropanın ən nüfuzlu mükafatlarından biridir. Avropa Biznes Assambleyasının ekspertləri tərəfindən hər il müxtəlif ölkələr üzrə iqtisadiyyatın inkişafına böyük töhfələr verən nüfuzlu təşkilatlar, o cümlədən onlara rəhbərlik edən şəxslər bu mükafatla təltif olunurlar.
Bu il Oksford Univesitetində keçirilən “Liderlər sammiti”ndə dünya inşaat sənayesində ən son texnologiyalar və innovasiyaları tətbiq edən, ilklərə imza atan, mötəbərlik və nüfuzu ilə seçilən, qloballaşaraq Azərbaycan keyfiyyətini dünyaya inamla nümayiş etdirən “Mətanət A” Şirkəti böyük rəğbətlə qarşılandı.
“Mətanət A” Şirkətinin Müşahidə Şurasının sədri, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri, professor Elxan Bəşirov Böyük Britaniyada fəaliyyət göstərən Beynəlxalq Sokrat Komitəsi tərəfindən İqtisadiyyat və Biznes kateqoriyasında İnnovasiyaların yaradılması və tətbiqi üzrə Beynəlxalq Sokrat Mükafatına (Socrates İnternational Award) layiq görüldü.
Regional və beynəlxalq miqyasda müsbət imicə malik qaliblər nüfuzlu ictimai təşkilatları özündə birləşdirən Beynəlxalq Sokrat Komitəsi tərəfindən peşəkar və ictimai fəaliyyətdəki böyük uğurlara görə mükafatlarla təltif edilirlər. Mükafatın verilməsi ictimai fikrin öyrənilməsi nəticəsində təşkil olunur və bu mükafatla qaliblərin fəaliyyəti beynəlxalq səviyyədə tanınır.
Dünya miqyasında bu nüfuzlu mükafatla daha əvvəllər BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNİDO) baş direktoru Karlos Maqaranyos, Rusiya Dövlət Dumasının sədri Gennadi Seleznyov, Rumıniyanın Baş naziri Adrian Nastase və digər nüfuzlu şəxslər təltif olunmuşdur.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 saat sonra
-
- 13 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb






















