Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qlobal birjalarda son vəziyyət

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal birjalarda son vəziyyət
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Cari həftə ərzində geosiyasi gərginliklər ön planda olsa da, qazanclar və ABŞ-ın pərakəndə satış məlumatları istehlakçıların mövcud vəziyyətinə dair ipucları verəcək. FED sədri Cerome Pavel çıxış edərkən, Çin və İngiltərədən gələn iqtisadi məlumatlar yaxından izləniləcək.

Çərşənbə axşamı ABŞ-ın sentyabr ayı üçün pərakəndə satış rəqəmləri investorlara iqtisadiyyatın təxminən üçdə ikisini idarə edən istehlak xərclərinin gücü haqqında fikir verəcəkdir.

Reklam_3_11

İqtisadçılar pərakəndə satışların keçən ay 0.2% artdığını ehtimal edirlər. Proqnozlaşdırılandan daha güclü oxunuş inflyasiyanın artacağına dair narahatlıqları gücləndirə bilər və bu, FED-in faiz dərəcələrini hələ uzun müddət daha yüksək saxlamalı olduğu fikrini də qüvvətləndirə bilər.

Qeyd edək ki, FED-in 31 oktyabr — 1 noyabr iclasında faiz dərəcələrini sabit saxlayacağı ehtimal edilir. Lakin bəzi investorlar daha bir faiz artımı ola biləcəyini düşünür.

Bazar iştirakçıları cümə axşamı günü Nyu York İqtisadiyyat Klubunda FED sədri Cerom Pavelin çıxışını yaxından izləyəcəklər.

Patrik Harker, Tomas Barkin, Nil Kaşkari, Loretta Mester və Lorye Loqan da daxil olmaqla, həftənin sonunda bir neçə regional FED sədrinin də çıxış edəcəyi gözlənilir. FED-in qubernatoru Liza Kuk və Kristofer Uoller də çıxış edəcəklər arasında yer alırlar.

Üçüncü rübdə balans hesabat mövsümü sürət yığdıqca, bir çox böyük ABŞ şirkətləri ləng birinci yarıdan sonra mənfəətin yaxşılaşacağı bir mövsümdə nəticələrini açıqlayacaq.

“Tesla” (TSLA) çərşənbə günü hesabatı ilə “megacap” şirkətləri üçün qazanc mövsümü başlayacaq. Bu şirkətlərin səhmləri bu il indiyədək birja rallisinin əsas hərəkətverici qüvvəsi olub.

“Bank of America” (BAC) və “Goldman Sachs” (GS) çərşənbə axşamı açılışdan əvvəl hesabatını yayımlayacaq. Bəzi regional banklar da həftə ərzində hesabat verəcəklər.

Digər böyük adlar arasında çərşənbə axşamı bazarın açılışından əvvəl hesabat verəcək səhiyyə nəhəngi “Johnson & Johnson” (JNJ), çərşənbə günü açılışdan əvvəl “Procter & Gamble” (PG), çərşənbə günü bağlanışdan sonra “Netflix” (NFLX) və “Philip Morris” (PM) yer alır.

Qeyd edək ki, ötən həftənin cümə günü “JPMorgan Chase” (JPM), “Wells Fargo” (WFC) və “Citigroup” (C) yüksək faiz dərəcələri ilə əlaqədar analitiklərin proqnozlarını üstələyən rüblük mənfəətlərini açıqlamışdılar.

NEFT

İsrailin Qəzza zolağında quru əməliyyatına başlaması ilə Yaxın Şərqdə münaqişələrin genişlənməsi ehtimalı investorlar tərəfindən dəyərləndirilir. Cümə günü neft təqribən, 6% bahalaşdı. Bu, “Brent” neftinin fevraldan bəri ən böyük həftəlik bahalaşması demək idi.

İsrail əsas istehsalçılarından olmaması səbəbilə Yaxın Şərqdəki münaqişə qlobal neft və qaz tədarükünə az təsir göstərdi. Lakin investorlar və bazar müşahidəçiləri münaqişənin necə genişlənə biləcəyini və bunun dünyanın ən böyük neft hasil edən regionunda yerləşən yaxın ölkələrdən gələn tədarüklər üçün nə demək olduğunu dəyərləndirməyə çalışırlar.

Qiymətləri bahalaşdıran başqa bir amil, ABŞ-ın cümə axşamı günü G7-nin təyin etdiyi qiymət limitindən - 60$-dan yuxarı olan Rusiya neftini daşıyan tankerlərin sahiblərinə qarşı ilkin sanksiyalar tətbiq etməyə başlaması və Moskvanı işğala görə cəzalandırmaq üçün nəzərdə tutulmuş mexanizmdəki boşluqları aradan qaldırmağa çalışmasıdır. 

Analitiklərin fikrincə, dünyanın ikinci ən böyük neft istehsalçısı və əsas ixracatçısı olan Rusiyadan göndərilən yüklərin ABŞ tərəfindən daha sərt təftişi təklifi azalda bilər.

XAU/USD

Qiymətli metala gəldikdə isə, ötən həftənin son günü qızılın (XAU/USD) bir unsiya üçün qiyməti 1930$-ı test etdikdən sonra, cari həftənin ilk günü 1920$-a kimi geriləyib. “Buğalar” qiyməti 1900$ həddinin üzərində saxladığı müddətdə, artım tendensiyası davam edə bilər.

16 oktyabr tarixindən başlayan xəbər təqvimində isə Amerikada dərc olunacaq Tikinti sektoru və mənzil bazarına dair statistik rəqəmlər, İşsizlik Müavinatı üçün Müraciət Edənlərinin Sayı və Filadelfiya FED-dən Biznes Aktivliyi İndeksi kimi önəmli iqtisadi göstəricilər investorlar tərəfindən yaxından izləniləcək.

EUR

Keçən həftənin əvvəli Avropa birjalarında alış yönümlü bir tendensiya gözə çarpsa da, həftənin ortasından sonra EUR/USD məzənnəsi 1.0640 səviyyəsində müqavimətlə qarşılaşaraq ucuzlaşmağa başladı və həftəni 1.0520 səviyyəsində tamamladı. “Buğalar” qiyməti 1.06$ səviyyəsinin üzərinə qaytara və bu həddin üstündə saxlaya bilsələr, artım tendensiyası davam edə bilər. 

Bu həftə isə diqqətlər çərşənbə günü Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışına və İstehlak Qiymətləri İndeksi göstəricilərinə yönəlib.

Analitiklər inflyasiya və tənəzzül dilemmasının ən çox hiss olunduğu regionun Avropa olduğunu xatırladaraq, son vaxtlar açıqlanan məlumatların regionda inflyasiya təzyiqinin zəiflədiyini göstərdiyini bildiriblər.

GBP

Çərşənbə axşamı İngiltərə məşğulluq hesabatını dərc edəcək və bir gün sonra sentyabr ayı inflyasiya rəqəmləri açıqlanacaq ki, bu da İngiltərə Mərkəzi Bankının (BoE) noyabr iclasından əvvəl sonuncu belə hesabat olacaq.

Ölkədəki inflyasiya avqust ayında proqnozlaşdırılandan daha çox geriləmədən əvvəl ilin böyük bir qismində həm analitiklərin, həm də BoE proqnozlarından yüksək açıqlanaraq gələrək bazarları yanıltdı. 

Bununla belə, hələ də BoE-nin 2% hədəfindən xeyli yuxarıdır.

Bu arada, son məşğulluq hesabatı göstərdi ki, Böyük Britaniyanın əmək bazarı soyumağa başlayır, lakin maaş artımı yüksək olaraq qalır.

Keçən ay, BoE, demək olar ki, iki il ərzində ilk dəfə faiz dərəcələrini sabit saxlamaq qərarına gəldi, dərəcələrin zirvəyə çatması ehtimalını artırdı, lakin lazım gələrsə, inflyasiyanı cilovlamaq üçün əlavə addımlar atmağa hazır olduğunu söylədi.

Ötən həftənin əvvəli 1.2340 hədlərinə kimi bahalaşan GBPUSD məzənnəsi artan geosiyasi risklər fonunda ucuzlaşmağa başladı və həftəni 1.2160 həddlərində bağladı. 

Əgər “buğalar” qiyməti 1.22$ səviyyəsinin üzərinə qaytara və bu həddin üstündə saxlaya bilsələr, artım tendensiyası davam edə bilər. 

Cari həftə ərzində GBPUSD məzənnəsində tendensiyanın formalaşmasına Amerikadan, Avrozonadan açıqlanacaq makroiqtisadi göstəricilər, eləcə də İngiltərədə dərc olunacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri, əmək bazarı və pərakəndə satış dövriyyəsi kimi önəmli statistik məlumatlar və əhəmiyyətli xəbərlər təsir edə bilər. 

Məlumat İnvestAZ İnvestisuya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

16.10.2023 10:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ