"Rublun bahalaşaması dövrü başa çatıb"
Rublun əhəmiyyətli dərəcədə möhkəmlənməsi dövrü başa çatıb - bu həftə dollar 94,5-ədək bahalaşa bilər ki, bu da ixracatçıların cari maraqlarına cavab verir. Çox şey neft qiymətlərinin dinamikasından asılı olacaq.
Marja xəbər verir ki, bunu "BitRiver"n maliyyə analitiki Vladislav Antonov bildirib.
O xatırladıb ki, ötən həftə xarici təzyiqlərə baxmayaraq, rubl yenə də Mərkəzi Bankın sərt monetar siyasəti və ən böyük ixracatçılar tərəfindən valyuta gəlirlərinin məcburi satışı ilə dəstəklənib. Cümə gününün əsas sessiyasında dollar 92,6 rubl səviyyəsində ticarət edilib ki, bu da 92 rubl olan əsas dəstəyi üstələyir.
“Əgər ABŞ valyutası noyabrın 7-dək bu səviyyədən (92 rubl) yuxarı mövqeyini qoruya bilsə, milli valyutanı dəstəkləyən fundamental amillərə baxmayaraq, rublun daha da zəifləməsi ehtimalı var”, - analitik proqnozlaşdırır.
Dolların məzənnəsinin 97,5-ə qayıtması üçün 94,5 rubl müqaviməti dəf edilməlidir. İxracatçılar rublun zəifləməsində maraqlıdırlar, ona görə də indiki şəraitdə daha sərfəli məzənnə ilə təqdim etmək üçün xarici valyuta gəlirlərinin satışını təxirə salacaqlar. Beləliklə, yaxın gələcəkdə dollar üçün hədəf 94,5 rubl təşkil edir.
Optimist ssenari dolların 90 rubl və daha aşağı ucuzlaşmasını nəzərdə tutur. Lakin oktyabrın 9-dan rubl artıq dollara nisbətən 9% möhkəmlənib və hazırkı qiymət modelinin təhlili bazar iştirakçılarının Rusiya valyutasını satmağa hazır olduğunu göstərir.
Dolların və neftin qiymətinin dinamikasını izləməkdə davam etmək vacibdir. Brent markalı neftin bir barelinin qiyməti hazırda 85 dollar səviyyələrindədir. Bu həftə qiymətlərin düşməsi davam edərsə Dollar/Rubl məzənnəsində yuxarıya doğru korreksiya mümkündür. Dollar indeksinin azalması və neftin qiymətinin artması rublun mövqelərinin möhkəmlənməsinə müsbət təsir göstərə bilər.
Avro/rubl cütlüyünə gəlincə, burada vəziyyət birmənalı deyil. Çox güman ki, avro 96 rubla kimi ucuzlaşacaq. Bu həftə rubla təzyiq davam edərsə, hədəf səviyyə 101 rubl ola bilər. Yuan/rubl cütlüyü üçün Çin valyutasının məzənnəsinin 13 rubla qədər artması ilə yuxarıya doğru korreksiya görünür.
Müştərilərin xəbərləri
“Bank sektorunda risklərin erkən aşkarlanması və nəzarətin avtomatlaşdırılması ön plana çıxacaq” - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 3 gün sonra
-
4 saat əvvəl
Süni intellektlə kiberhücumlar artır: İki texnologiya nəhəngi birləşir - Nəhəng sövdələşmə
- 6 saat əvvəl
-
7 saat əvvəl
Tramp “Nvidia”-nın Huanqı şirkətin baş direktoru vəzifəsinə qaytarmaq qərarını dəstəkləyib
- 7 saat əvvəl
-
7 saat əvvəl
Dünyanın ən böyük düyü ixracatçısı ixraca 30% vergi tətbiq etməyə hazırlaşır – Düyü bahalaş;r
-
7 saat əvvəl
Azərbaycan Avropaya yaşıl elektrik enerjisinin ixracına 2032-ci ildə başlamağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Rusiya gübrə qiymətlərini daha 6 ay sabit saxlayacaq
Qazaxıstan gübrə istehsalını 5 dəfə artırmağı hədəfləyir
Dünyanın ən böyük düyü ixracatçısı ixraca 30% vergi tətbiq etməyə hazırlaşır – Düyü bahalaş;r
Ən çox oxunanlar
Azərbaycan Avropaya yaşıl elektrik enerjisinin ixracına 2032-ci ildə başlamağı planlaşdırır
Jensen Huang Nvidia-nın baş direktoru vəzifəsinə geri qaytarıldı – Şirkətin səhmləri 30%-dən çox bahalaşdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İsveçrənin ABB qrupu Almaniyanın “Ziehl-Abegg” şirkətini almaq üçün saziş imzalayıb
XalqKart “Qara Cümə” alış-verişlərində 5 % keşbek/bonus qazandırır ®























