"Mançester Siti"nin oyunçusu Midea markasının rəsmi brend səfiri olub
Mançester Siti oyunçusu Erlinq Haaland 22 Avqust 2023-cü il tarixində məişət texnologiyaları nəhəngi Midea markasının rəsmi brend səfiri olaraq elan edilib. Brend səfiri razılaşması Midea-nın "Mançester Siti" klubu ilə 2020-ci ilin yanvarından başlayan Rəsmi Partnyorluğun davamıdır.
(®) Dünyanın ən böyük və aparıcı məişət texnikaları istehsalçılarından biri olan Midea Mançester Siti klubunun ulduz hücumçusu Erlinq Haalandı özünün Rəsmi Brend Səfiri olduğunu ictimaiyyətə elan edib.
Bu açıqlama Midea və Mançester Siti arasında 2020-ci ildə başlayan və uğurlu şəkildə davam edən, bu ilin may ayında yenilənmiş partnyorluğun davamıdır. Bugünədək bu partnyorluq bütün dünyadan milyonlarla azarkeşi müxtəlif beynəlxalq mükafatlı layihələrlə öz ətrafında toplaya bilmişdir.
Erlinq Haalandın rəsmi brend səfiri elan olunmasını qeyd etmək üçün Midea və Mançester Siti birlikdə video kampaniyaya start veriblər. Kampaniya “Make yourself at home” (“Əvvəl evin içi”) sloqanı ilə Haalandın ev şəraitində və ikinci evi hesab olunan Etihad stadionunda rahatlıq və balans tapması üçün Midea məhsullarından istifadə etməsini ön plana çıxarır.
Nəhəng məişət texnikası brendi olan Midea Mançester Siti ilə əməkdaşlığını gələcək mövsümlərdə də Haaland azarkeşləri və qlobal futbol azarkeşləri ilə Midea müştərilərini müxtəlif reklam kampaniyaları, eksklüziv hədiyyə paylaşımları və digər rəqəmsal aktivliklərdə bir araya gətirərək davam etdirmək niyyətindədir.
Erlinq Haaland: “Midea Mançester Siti klubunun fəxri partnyorudur və bu klubun oyunçusu olduğum bütün bu zaman ərzində bu kampaniyaların bir hissəsi olmaq mənə xüsusi zövq verir. Etihad stadionunda Midea loqosu mənim diqqətimi cəlb etdi, bu brendin böyüklüyü və ambisiyaları haqqında öyrəndim və bəli, bugün mən Midea brendinin Qlobal Brend Səfiri olduğum üçün çox şadam. Bir neçə həftə əvvəl çəkdiyimiz ilk video çox əyləncəli idi və mən səbirsizliklə bu kampaniyanın davamını gözləyirəm.”
Midea Group Smart Home Business prezidenti Eric Wang: “Erlinq Haaland bütün dünyanın diqqətində olan və hər zaman haqqında danışılan fantastik bir oyunçudur. Cəmi 23 yaşında olmasına baxmayaraq, çox güclü və eynən Midea brendi kimi, hələ bir çox potenisalının kəşf edilməsinə şahidlik edəcəyimiz, eyni zamanda da çox təvazökar bir simadır Bugün onunla əməkdaşlığa başladığımız üçün çox sevincliyik”.
Midea və Midea group haqqında
Midea brendi, Midea Group-a daxil olan 10-dan çox müxtəlif brendlərdən biridir.
1968-ci ildə əsası qoyulmuş Midea Group, 2023 Fortune Global 500 siyahısına 278-ci sırada daxil olmağı bacarmış, dünyanın aparıcı yüksək texnologiya şirkətlərindən biridir. 2021-ci ildə şirkət öz gələcək inkişafını 5 sürətlə böyüyən biznes istiqamətində davam etdirməyi məqsəd qoymuşdur: Ağıllı Ev Sistemləri, Elektro-Mexanika, Tikinti Texnologiyaları, Robototexnika və Avtomatizasiya və Rəqəmsal İnnovasiyalar.
Midea Group-a daxil olan bütün bizneslər vahid kredo ətrafında birləşiblər: #HumanizingTechnology (Texnologiyanı İnsaniləşdirmək – red.)
Midea brendi birbaşa istehlakçıya fokuslanan və problem həll etmə istiqamətli yanaşma tətbiq etməklə xoş sürpriz effekti verən həllər təqdim etməyin doğru olduğuna inanır. Brend keçmişdə və gələcəkdəki istehlakçı tələblərini nəzərə alaraq və yenə də birbaşa istehlakçıların ehtiyacların və istəklərini ön plana çıxararaq “Make yourself at home” (“Əvvəl evin içi”) konseptini irəli sürür.
Midea Group təkcə 2022-ci ildə 40 istehsal mərkəzi və təxminən 166.000-lik işçi heyəti ilə dünyanın 200-dən çox ölkəsində və regionlarında 51.39 milyard ABŞ dollarından daha çox dövriyyə etmişdir. Qrupun 31 beynəlxalq innovasiya mərkəzi və Araşdırma və İnkişaf istiqamətli strategiyası indiyə qədər 80.000-dən çox patentin alınmasına gəitirib çıxarmışdır.
www.midea.com/global/ManchesterCity
Erlinq Haaland haqqında
2000-ci il 21 İyul tarixində Leeds şəhərində dünyaya gələn Erlinq Braut Haaland hazırda Premyer Liqa klubu olan Mançester Sitidə və Norveç milli komandasında çıxış edən norveçli peşəkar futbolçudur.
Çox istedadlı, sanki anadangəlmə qolçu olan Haaland Mançester Siti klubuna 2022-ci ildə Borrusiya Dortmund klubundan 5 illik müqavilə ilə transfer olunub.
Güclü, ucaboy, cəld və hava mübarizələrində çox yaxşı olan, hər iki ayağı ilə fərqli qollar vurmağı bacarmış Haaland karyerası boyunca yalnız bir şeylə xarakterizə olunub: qollar! Oyunçu Mançester Siti klubundakı ilk mövsümündəcə Premyer Liqada düz 36 dəfə torları silkələməklə Premier Liqa tarixində 38 oyunluq bir mövsümdə ən çox qol vurmaq rekordunu da qırmağı bacarıb. Eyni zamanda o, Etihad stadionunda RB Leipzig klubunu 7-0 məğlub etdikləri oyunda 5 qol vurmaqla bütün tarix boyunca bir Çempionlar Liqası oyununda 5 qol vurmağı bacaran 3 oyunçudan biri ünvanını da almışdır.
Haaland keçirdiyi möhtəşəm mövsümü 53 oyunda 52 qol vurmaqla tamamlayaraq həmin mövsümdə Pep Guardiolanın trebl etmiş əfsanəvi komandasının da əsas oyunçularından biri olmuşdur.
Mançester Siti futbol klubu haqqında:
Mançester Siti 1880-ci ildə ilkin olaraq St Mark’s West Gorton adı ilə yaradılmış və hazırda İngiltərə Premyer Liqasında çıxış edən professional futbol klubudur. 1984-cü ildə rəsmi olaraq Mançester Siti adını almış klub bundan sonra 1 dəfə UEFA Çempionlar Liqası qalibi, 1 dəfə Avropa Kubok Qalibləri Kuboku qalibi, 9 dəfə Liqa Çempionluğu qalibi, 7 FA Cup və 8 Liqa Kuboku qalibi adlarını əldə etmişdir. Mançester Siti klubu City Footbal Group tərkibinə daxil olan 13 klubdan biridir.
Daha ətraflı məlumat üçün www.mancity.com saytına keçid edə bilərsiniz.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
"Holcim Azərbaycan" sement satışından gəlirini və mənfəətini açıqladı
-
4 saat əvvəl
Laçın Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi yaradılır
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 4 saat əvvəl
-
4 saat əvvəl
"Hazırda 2-ci fond üzərində də düşünürük, məqsədimiz beynəlxalq səviyyədə tanınan fond yaratmaqdır"
-
4 saat əvvəl
"40 milyon dollarlıq kapital cəlb etmiş tacikistanlı bir startapa yatırım etmişik"
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
100 milyard dollar kapitalı olan bank Azərbaycan üzrə uzunmüddətli investisiya proqramı hazırlayacaq
-
5 saat əvvəl
Azərbaycan şirkətinin 3-cü “Boeing 777” yük təyyarəsi Bakıya gəlib
-
7 saat əvvəl
Putin Rusiyanın Avropaya hücum planı ilə bağlı iddialara aydınlıq gətirib
-
7 saat əvvəl
Faiz xərclərinin artması FINCA Azerbaijan"ın mənfəətini "vurdu"
Son Xəbərlər

"Supertoys" şirkəti Bölgə müdiri təyin edib

Azərbaycan və Maldiv viza prosedurunun sadələşdirilməsini müzakirə edib - Əliyev Maldivə səfərə gedəcək

Azərbaycan şirkətinin 3-cü “Boeing 777” yük təyyarəsi Bakıya gəlib

Faiz xərclərinin artması FINCA Azerbaijan"ın mənfəətini "vurdu"
Ən çox oxunanlar

Azərbaycan ilk dəfə olaraq Özbəkistana elektrod ixracına başlayıb

"FİNCA Azərbaycan"ın işçilərinin sayı azalır

akart 2 beynəlxalq mükafata layiq görüldü

SOCAR Çin şirkətilə saziş imzalayıb

Əmanətinizə illik 10.5% artım – EXPRESSBANKDA

Dövlət Gömrük Komitəsi büdcə planına tam əməl edə bilməyib
.jpg)