Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Rusiya rublunu bahalaşdıra və ya ucuzlaşdıra biləcək amillər - SİYAHI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya rublunu bahalaşdıra və ya ucuzlaşdıra biləcək amillər - SİYAHI

2023-cü ildə Rusiya valyutası dollar qarşısında 102 rubla qədər zəifləmişdi: bir dollar üçün 102 rubl zirvəsi iki dəfə - avqust və oktyabr aylarında müşahidə olunub. Bununla belə, oktyabr-noyabr aylarında məzənnə 87,7 rubla qədər düşmüşdü. Hazırda Dollar/Rubl məzənnəsi 89 rubl səviyyələrindədir.

Bəs 2023-cü ilin sonu, 2024-cü ildə rublu hansı amillər bahalaşdıra və ya ucuzlaşdıra bilər? Marja.az rubla təsir edə biləcək amilləri təqdim edir.

Rublu bahalaşdıra biləcək amillər:

- Xarici valyuta gəlirlərinin bir hissəsinin ixracatçılar tərəfindən məcburi repatriasiyası (ölkəyə gətirilməsi) və satışı (Rusiya Prezidentinin 2023-cü il oktyabr tarixli fərmanı). Bu tədbir daxili bazarda valyuta təklifini artırır.

- 2024-cü ilin yanvar ayından Milli Rifah Fondu ilə əməliyyatlar çərçivəsində Rusiya Mərkəzi Bankı tərəfindən valyuta satışı. Proqnozlara görə, Mərkəzi Bank ildə 1,3-4,2 trilyon rubl məbləğində xarici valyuta satacaq.

- Rusiya iqtisadiyyatının bərpası. 2024-cü ildə Rusiya iqtisadiyyatının 2022-ci il böhranından çıxmağa davam edəcəyi gözlənilir. Bu, rublun təməlini gücləndirəcək. Belə ki, Mərkəzi Bank 2026-cı ildə ÜDM artımını 1,5-2,5% səviyyəsində proqnozlaşdırır.

- İdxalın sabitləşməsi və ya azalması. Milli valyutanın ucuzlaşması Rusiya şirkətləri üçün idxalı bahalaşdırır, eyni məhsullar üçün daha çox rubl ödəməli olurlar. 

Rublu ucuzlaşdıra biləcək amillər:

- İdxalın artması, ixracın isə azalması. 2023-cü ildə Rusiyanın ticarət profisitinin bir il əvvəlki 229,3 milyard dollardan 72,6 milyard dollara qədər azalması. İdxalın artması xarici valyutaya tələbi artırır, ixracın azalması isə valyuta gəlirlərinin satışını azaldır; hər iki amil rublun məzənnəsinə mənfi təsir göstərir.

- Rusiyada ticarət və hesablaşmaların valyuta strukturunda dəyişikliklər. Dollarla əməliyyatların payı azalıb, yuan və rupi ilə artıb. 2023-cü ilin iyul ayında Rusiyanın "zəhərli" valyutalarda ixrac gəlirlərinin xüsusi çəkisi 28%-dən, idxal ödənişlərində isə 31%-dən az olub. Rusiya-Çin ticarət dövriyyəsində yuanın payı 75%-ə, digər ölkələrlə ticarətdə isə 25%-ə çatıb. Hindistan Rusiya neftini rupi ilə alır. Rusiya yuan və rupi ilə ilə ixrac etdiyindən, ölkəyə daxil olan dollar və avro kütləsini azalır.

- Rusiya ixracatçıları tərəfindən ixrac gəlirlərinin məcburi satışı ilə bağlı fərmanın 2024-cü ildə ləğv edilməsi ehtimalı var. Bu, valyuta təklifini azaldacaq.

- Əhalidən xarici valyutaya yüksək tələbat (bəzən ajiotaj alışları, turist səfərləri və s.).

- Yüksək inflyasiya. 4%-lik hədəfə qarşı 2023-cü ildə illik inflyasiya 7,50%-ə yüksəlib. Mal və xidmətlərin qiymətlərinin yüksək artımı ilə milli valyuta digər valyutalara nisbətən ucuzlaşır. Ölkədə hərbi-sənaye kompleksimüəssisələrində nağd ödənişlərin və istehlak kreditlərinin artması rubla mənfi təsir edir.

- Rusiya Federasiyasının büdcə kəsiri. 2023-cü ilin doqquz ayında kəsir 1,451 trilyon rubl təşkil edib, bu da 2022-ci illə müqayisədə 9,7% çoxdur. 2023-cü ildə büdcə kəsirinin ÜDM-in 1%-dən çox olacağı gözlənilir.  

Digər amillər və proqnoz

Qeyd etmək vacibdir ki, Rusiya kimi iqtisadiyyatlarda (təbii sərvətlərin ixracından asılı, dövlətin yüksək səviyyədə iştirakı) ölkədə ixracatçılar, idxalçılar və büdcə arasında maraqların paritetini qorumaq üçün nəzərdə tutulan siyasi qərarlar da milli valyutanın məzənnəsinə həlledici təsir göstərir.

Rublun məzənnəsinin ucuzlaşması ixracatçılar üçün faydalıdır, çünki rubl xərclərinin xarici valyuta ekvivalentində gəlirə nisbətini azaldır. Eyni zamanda, bu, dövlət büdcəsini doldurur, çünki ixracatçılar vergiləri rublla ödəyirlər. Nəticə etibarilə, valyuta (dolar, avro və s.) nə qədər baha olarsa, rubl gəliri və vergi endirimlərinin məbləği bir o qədər çox olar. Rusiya büdcəsinin kəsiri kontekstində maliyyə orqanları kəsiri örtmək və sosial öhdəlikləri yerinə yetirmək üçün bir vasitə kimi rublun dəyərdən düşməsində maraqlıdırlar.

Digər tərəfdən, idxalçılar rublun məzənnəsinin aşağı olmasından əziyyət çəkirlər, xüsusən də gəliri əsasən milli valyuta ilə əldə edənlər. Yerli şirkətlərin avadanlıq, xammal və materialların alınması üçün xərcləri kəskin şəkildə artır. Eyni zamanda, Rusiya rəhbərliyinin 2023-2024-cü illərdə hərbi və sənaye potensialının yaradılması ilə bağlı mümkün planları ilə əlaqədar olaraq, xarici texnika və komponentlərin alınmasının artırılması ehtimalı var. 

Maliyyə orqanlarının nöqteyi-nəzərindən məzənnə iki tərəfli qılıncdır və bununla bağlı heç bir qərar ideal deyil. Əsas sual, cavabı gələn ildə rublun dinamikasını müəyyən edə bilər: hakimiyyət nəyə üstünlük verəcək?

Daha münasib qiymətlərə avadanlıq almaları üçün yerli istehsalı dəstəkləməyə, yoxsa büdcəni doldurmaq üçün xammal ixracatçılarını dəstəkləməyə?

Son qərarların təhlili göstərir ki, 2024-cü ilin ortalarına qədər Ruisya rəhbərliyi çox güman ki, rublu bahalaşdırmaqla idxalçıları, o cümlədən istehsalçıları dəstəkləməkdə maraqlı olacaq. Buna görə də, 2024-cü ilin ikinci rübünə qədər rublun bir dollar üçün 70-75 rubl səviyyələrinədək möhkəmlənəcəyini gözlənilir.

Bununla belə, ortamüddətli perspektivdə zəif rubl büdcə kəsirini cilovlamağa, sosial öhdəlikləri yerinə yetirməyə kömək edəcək və neft və qaz gəlirlərinin mümkün azalması halında iqtisadi bufer rolunu oynayacaq. Buna görə də, ikinci rübdə və 2024-cü ilin sonuna qədər ən çox ehtimal olunan ssenari rublun bir dollar üçün 120-140 səviyyəsinə qədər zəifləməsidir.

Rusiya rublu?dollar
14.12.2023 16:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ