Gürcüstan 11 ayda ən çox məhsulları Azərbaycana ixrac edib
Gürcüstanın xarici ticarəti 2023-cü ilin yanvar-noyabr aylarında 14,7% artıb.Gürcüstanın Milli Statistika Xidmətinin dekabrın 19-da dərc etdiyi ilkin məlumatlara görə, 2023-cü ilin yanvar-noyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə Gürcüstanda malların xarici ticarət dövriyyəsi (bəyan olunmamış ticarət istisna olmaqla) 14,7% artaraq 19,6 milyard ABŞ dollarına çatıb.
Marja.az Statistika Xidmətinin məlumatına istinadən xəbər verir ki, Gürcüstandan ixrac 11,1% artaraq 5,6 milyard dollar təşkil edib. Eyni zamanda, idxal 16,1% artaraq 14 milyard ABŞ dolları olub. 2023-cü ilin yanvar-noyabr aylarında mənfi ticarət saldosu 8,4 milyard ABŞ dolları təşkil edib ki, bu da xarici ticarət dövriyyəsinin 43,1 faizini təşkil edir.
2023-cü ilin yanvar-noyabr aylarında Türkiyə 2,7 milyard ABŞ dolları ticarət dövriyyəsi ilə Gürcüstanın ən böyük ticarət tərəfdaşı olub. Sonrakı yerlər: 2,2 milyard dollar ilə Rusiya; 1,85 milyard dollar ilə ABŞ; 1,5 milyard dollar ilə Çin və 1,37 milyard dollar Azərbaycan.
Həmin dövrdə ən çox ixrac edilən ölkələrin siyahısı belə olub: Azərbaycan - 788 milyon ABŞ dolları, Ermənistan - 711 milyon ABŞ dolları, Qazaxıstan - 649 milyon ABŞ dolları, Qırğızıstan - 628 milyon ABŞ dolları və Rusiya - 605 milyon ABŞ dolları . dollar təşkil edib.
İdxal baxımından Türkiyə 2,3 milyard ABŞ dolları ilə ən böyük ticarət tərəfdaşıdır; Sonrakı yerləri ABŞ – 1,77 milyard ABŞ dolları, Rusiya – 1,59 milyard ABŞ dolları, Çin – 1,24 milyard ABŞ dolları və Almaniya – 864 milyon ABŞ dolları gəlir.
2023-cü ilin yanvar-noyabr aylarında məhsul qrupları arasında ixracın həcminə görə birinci yeri minik avtomobilləri tutur - 1,95 milyard ABŞ dolları; sonra 472 milyon dollar dəyərində mis filizləri və konsentratları; 240 milyon ABŞ dolları dəyərində təbii üzüm şərabları gəlir.
2023-cü ilin yanvar-noyabr aylarında idxal üzrə ən böyük məhsul qrupu idxalı 2,88 milyard dollar təşkil edən minik avtomobilləri olub. İkinci yeri 1,05 milyard ABŞ dolları ilə neft və neft məhsulları, üçüncü yeri 489 milyon ABŞ dollar olmqla qablaşdırılmış dərman məhsulları tutub.
Müştərilərin xəbərləri
“Bank sektorunda risklərin erkən aşkarlanması və nəzarətin avtomatlaşdırılması ön plana çıxacaq” - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 3 gün sonra
-
4 saat əvvəl
Süni intellektlə kiberhücumlar artır: İki texnologiya nəhəngi birləşir - Nəhəng sövdələşmə
- 6 saat əvvəl
-
7 saat əvvəl
Tramp “Nvidia”-nın Huanqı şirkətin baş direktoru vəzifəsinə qaytarmaq qərarını dəstəkləyib
- 7 saat əvvəl
-
7 saat əvvəl
Dünyanın ən böyük düyü ixracatçısı ixraca 30% vergi tətbiq etməyə hazırlaşır – Düyü bahalaş;r
-
7 saat əvvəl
Azərbaycan Avropaya yaşıl elektrik enerjisinin ixracına 2032-ci ildə başlamağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Rusiya gübrə qiymətlərini daha 6 ay sabit saxlayacaq
Qazaxıstan gübrə istehsalını 5 dəfə artırmağı hədəfləyir
Dünyanın ən böyük düyü ixracatçısı ixraca 30% vergi tətbiq etməyə hazırlaşır – Düyü bahalaş;r
Ən çox oxunanlar
Azərbaycan Avropaya yaşıl elektrik enerjisinin ixracına 2032-ci ildə başlamağı planlaşdırır
Jensen Huang Nvidia-nın baş direktoru vəzifəsinə geri qaytarıldı – Şirkətin səhmləri 30%-dən çox bahalaşdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İsveçrənin ABB qrupu Almaniyanın “Ziehl-Abegg” şirkətini almaq üçün saziş imzalayıb
XalqKart “Qara Cümə” alış-verişlərində 5 % keşbek/bonus qazandırır ®

























