Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
İnvestorlar ABŞ-da proqnozların üzərində açıqlanan İstehlak Qiymətləri İndeksinin (CPI) qiymətləndirdikləri üçün ABŞ dolları həftənin son ticarət gününün ilk saatlarından etibarən digər major valyutalara qarşısında güclü mövqelərini qorumağa çalışır. Dekabr ayı üzrə CPI məlumatları aylıq müqayisədə 0.3%, illik müqayisədə isə 3.4% artaraq, aylıq 0.2%-lik və illik isə 3.2%-lik artım təxminlərini üstələyib.
Yüksək inflyasiya rəqəmlərinə baxmayaraq, bazar iştirakçıları Federal Ehtiyatlar Sisteminin potensial faiz dərəcəsini azaltması ehtimallarının mövcudluğuna inanırlar. Analitiklər mart ayında 25 bəndlik azalma ehtimalını 73.2% olaraq qiymətləndirirlər. Bu gözləntiyə bir neçə sonrakı endirimlərin mümkünlüyü də daxildir.
Lakin qeyd etmək lazımdır ki hazırda bazar gözləntiləri, faktiki məlumatlar və Federal Ehtiyatlar Sisteminin mövqeyi arasında ciddi uyğunsuzluqlar müşahidə olunur.
Artan inflyasiya göstəricilərinə baxmayaraq, Dollar indeksi cümə axşamı 102.76 bənd səviyyəsindən bir qədər geriləyərək 102.26 bənd səviyyəsi ətrafında dalğalanır. Bununla belə, bazar bu il üçün FED-in birdən çox faiz endiriminə aqressiv şəkildə faktorinq etdiyi dekabr ayında qeydə aldığı 100.61-ə çatan beş aylıq minimumdan əhəmiyyətli dərəcədə yuxarı səviyyədə qərarlaşıb.
Klevlend FED sədri Loretta Mester cümə axşamı bildirib ki, son CPI rəqəmləri mərkəzi bankın mart ayında uçot faiz dərəcəsini azaltmasının tez ola biləcəyini göstərir. Eynilə, Riçmond FED-in prezidenti Tomas Barkin məlumatların inflyasiyanın gələcək kursu ilə bağlı çox aydınlıq gətirmədiyini bildirib.
Bir sıra analitiklər inflyasiyanın hədəfə qaytarılmasının son mərhələlərinin daha çətin olacağı fikrindədirlər. Onlar bazarın hazırda gözlədiyi kimi FED-in mart ayında faiz dərəcələrini aşağı salmayacağını proqnozlaşdırırlar.
Valyuta birjalarında ABŞ-dakı CPİ göstəricilərindən sonra kəskin ucuzlaşan avro və funt-sterlinq günün sonunda bütün itkilərini bərpa edərək yenidən müvafiq olaraq 1.09$ və 1.27$ səviyyələrinin üzərinə qayıdıb.
Kriptovalyuta bazarında bitkoin son iki ilin maksimumunu vurduqdan sonra, dünən də cüzi 0.25% bahalaşaraq 46 270$-a çatıb. Bu artım ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının çərşənbə günü bitcoin ilə əlaqəli ETF təklifini təsdiqləməsindən sonra baş verib. Bu arada, “Ethereum”, cümə axşamı günü 2690.70$-lıq göstərici ilə 2022-ci ilin may ayından bəri ən yüksək səviyyəyə çatdıqdan sonra, bir qədər ucuzlaşaraq 2607.40$-a düşüb.
Bugün isə Bakı vaxtı ilə saat 11:00-da İngiltərədə dərc olunacaq ÜDM-in həcmi və 17:30-da Amerikada açıqlanacaq İstehsal Qiymətləri İndeksi (PPİ) göstəricilər investorların diqqət mərkəzində olacaq.
Məlumat İnvaest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
“Bank sektorunda risklərin erkən aşkarlanması və nəzarətin avtomatlaşdırılması ön plana çıxacaq” - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 3 gün sonra
-
3 saat əvvəl
Süni intellektlə kiberhücumlar artır: İki texnologiya nəhəngi birləşir - Nəhəng sövdələşmə
- 6 saat əvvəl
-
6 saat əvvəl
Tramp “Nvidia”-nın Huanqı şirkətin baş direktoru vəzifəsinə qaytarmaq qərarını dəstəkləyib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Dünyanın ən böyük düyü ixracatçısı ixraca 30% vergi tətbiq etməyə hazırlaşır – Düyü bahalaş;r
-
7 saat əvvəl
Azərbaycan Avropaya yaşıl elektrik enerjisinin ixracına 2032-ci ildə başlamağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Rusiya gübrə qiymətlərini daha 6 ay sabit saxlayacaq
Qazaxıstan gübrə istehsalını 5 dəfə artırmağı hədəfləyir
Dünyanın ən böyük düyü ixracatçısı ixraca 30% vergi tətbiq etməyə hazırlaşır – Düyü bahalaş;r
Ən çox oxunanlar
Azərbaycan Avropaya yaşıl elektrik enerjisinin ixracına 2032-ci ildə başlamağı planlaşdırır
Jensen Huang Nvidia-nın baş direktoru vəzifəsinə geri qaytarıldı – Şirkətin səhmləri 30%-dən çox bahalaşdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İsveçrənin ABB qrupu Almaniyanın “Ziehl-Abegg” şirkətini almaq üçün saziş imzalayıb
XalqKart “Qara Cümə” alış-verişlərində 5 % keşbek/bonus qazandırır ®























