2023-cü ildə Qırmızı Ürəklər Fonduna 32 minə yaxın donor tərəfindən 1,5 milyon manatdan çox ianə edilib
Ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasında böyük rolu olan Qırmızı Ürəklər Fondu (“Red Hearts”) 2023-cü ilə dair hesabat açıqlayıb.
Bu haqda Fondun prezidenti Sevda Haqverdiyeva mediaya müsahibəsində bildirib.
O qeyd edib ki, 2023-cü ildə Fonda 3 fərqli istiqamətdə 31 934 donor tərəfindən 1 521 238 manat ianə edilib. Ötən il Fond üçün 4 028 benefisiar, 242 könüllü göstəriciləri ilə tamamlanıb.
Eyni zamanda o bildirib ki, “Hər istiqamət üzrə konkret göstəriciləri vurğulasam son bir il ərzində Fonda “Cəmiyyət” kateqoriyasında 31 430 ianəçi tərəfindən 1 489 351 manat, “Ətraf-mühit” kateqoriyasında 281 ianəçi tərəfindən 27 047 manat, “Heyvanların müdafiəsi” üzrə olan kateqoriyada isə 223 ianəçi tərəfindən 4 705 manat ianə olunub”.
İanələr il ərzində həyata keçirilən müxtəlif sosial layihələrin icrasına sərf olunub. Onların sırasında Türkiyədə baş verən zəlzələdən zərər çəkmiş şəxslər üçün həyata keçirilən “Türkiyə üçün bir ürək olaq!” ianə toplamasa aksiyası, şəhid ailələrinin fərdi yaşayış evləri ilə təmin edilməsi, uşaq evləri və sığınacaqlarda seminarlar, təlimlər, aztəminatlı ailələrə yardım aksiyaları, təhsil təqaüdü proqramı, sağlamlıqla bağlı müxtəlif maarifləndirici layihələr, regionlarda kütləvi ağacəkmə aksiyaları, sahilyanı ərazilərin tullantılardan təmizlənməsi, heyvan sığınacaqlarına dəstək aksiyaları kimi onlarla layihə var.
“Red Hearts” - Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
22 d. əvvəl
Bakı Aeroportu: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
1 saat əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
2 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
Ötən il Azərbaycanda 9 nəfər bir ildə ən azı 6 mənzil alıb
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Ən çox oxunanlar
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
























