Göygöl Şərab Zavodu ixrac imkanlarını genişləndirir
Bir sıra Avropa və Cənubi Amerika ölkələri ilə danışıqlar aparılır.Ölkənin ən qədim spirtli içki istehsalçısı olan, yerli və xarici bazarda etibarlı istehsalçı kimi tanınan Göygöl Şərab Zavodu 2024-cü ildə ixrac potensialının daha da genişləndirilməsini hədəfləyir.
Zavodun yaydığı məlumatda bildirilir ki, müəssisənin istehsal etdiyi məhsullar bu gün Almaniya, Rusiya, Belarusiya, Latviya, Polşa, Yaponiya və Çin kimi ölkələrə ixrac olunur və populyarlıq qazanır.
Qeyd edilib ki, hazırda zavodun şərab, araq, konyak və şampan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi, eləcə də Azərbaycan məhsullarının dünyanın müxtəlif ölkələrində tanıdılması məqsədilə bir sıra Avropa və Cənubi Amerika ölkələri ilə danışıqlar aparılır. Müəssisənin hədəfi məhsulların yüksək keyfiyyət standartları və unikallığını qorumağa yönəlmişdir ki, bu da istehsal və ixrac istiqamətində inamla rəqabət aparmağa imkan verir.
Xatırladaq ki, 160 ildən artıq tarixə malik Göygöl Şərab Zavodunun “Xan 1860” brendi altında təqdim etdiyi araq, şərab, konyak və şampan məhsulları dəfələrlə önəmli beynəlxalq mükafat və sertifikatlar qazanmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 14 d. əvvəl
-
-
17 d. əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
33 d. əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
1 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
Azərbaycanda hər iki satılan mənzildən biri yeni tikilidir
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Ən çox oxunanlar
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

























