Qarabağa məxsus üzüm sortları təsdiqlənib
Azərbaycanda şərab istehsalı üçün ting istehsalı genişləndirilir.
Bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutun direktoru Vüqar Səlimov deyib.
O bildirib ki, 2023-cü ildən İnstitutun Şamaxı Üzüm Tingçilik Mərkəzi fəaliyyətə başlayıb: “Artıq bu mərkəzdə dünya standartlarına uyğun olan, müasir tələbatlara cavab verən, üzüm istehsalçılarının, emal müəssisələrinin tələblərinə cavab verən, əsasən yerli texniki üzüm sortlarından ibarət filloksera zərərvericisinə qarşı davamlı calaq tinglər istehsal olunur. Ötən il mərkəzdə 280 minə qədər yerli texniki üzüm sortlarından fillokseraya davamlı calaq tinglər istehsal olunub”.
V. Səlimov deyib ki, yerli şərab brendlərinin istehsalında texniki sortlar mühüm əhəmiyyət kəsb edir: “Şərabçılıqda ən önəmli məsələ milli şərab brendləridir. Yerli şərab brendlərinin inkişafı texniki üzüm sortlarından aslıdır. Şamaxı Üzüm Tingçilik Mərkəzində “Bayanşirə”, “Mələyi”, “Mədrəsə” , “Xindoqnı”, “Şirvanşahı” kimi yerli texniki üzüm sortlarından ilk dəfə olaraq calaq tinglər istehsal olunub. Bu sortlar milli şərab brendlərinin ixracının genişlənməsinə səbəb ola bilər”.
O əlavə edib ki, İnstitutda milli brendlərin istehsalı və ixrac potensialının yüksəldilməsi məqsədilə itmək təhlükəsi olan yerli üzüm sortları sürətli üsullarla artırılır: "İstehsalçıların keyfiyyətli əkin materialları ilə təmin edilməsi üçün yerli üzüm sortları aşkarlanıb toplanır”.
Süfrə üzümün istehsalına toxunaraq, V. Səlimov bildirib ki, onun hesabına daxili tələbat, demək olar ki, tam ödənilir: "Ölkəyə idxal edilən quru üzüm əhalinin yalnız 20 % təlabatını ödəyir. Bu baxımdan quru üzüm sortlarının istehsalının genişləndirilməsi imkanları var”.
KTN rəsmisi vurğulayıb ki, Azərbaycanda üzümçülük və şərabçılıq prioritet sahə hesab edilir: “Bu sahənin inkişafı ilə bağlı bir neçə dəfə dövlət proqramları qəbul olunub. Hazırda “2018-2025-ci illərdə Azərbaycanda şərabçılıq inkişafına dair Dövlət Proqramı” icra edilir. Burada qarşıya qoyulan hədəflərdən biri üzüm sahələrinin genişləndirilməsidir. Dövlət proqramına uyğun olaraq ölkədə yeni, müasir standartlara cavab verən üzüm bağları salınır. İl ərzində yeni salınan üzüm bağlarının sahəsi 7,1 % artıb. Ötən il 224,5 min ton məhsul yığılıb ki, bu, 2022-ci illə müqayisədə 5,6 % çoxdur”.
V. Səlimov bildirib ki, Qarabağın nadir üzüm sortları yenidən çoxaldılır: "İnstitut yerli üzüm sortlarının genetik müxtəlifliyini müasir üsullarla öyrənmək üçün Almaniyanın Geilweilerhof Üzümçülük İnstitutu ilə elmi əməkdaşlıq barədə müqavilə imzalayıb. Müqaviləyə əsasən 2019-cu ildə Azərbaycana məxsus 70 sort-nümunə, 2022-ci ildə 174 sort nümunə, 2023-cü ildə isə 118 sort nümunə (cəmi 392) molekulyar genetik analiz olunub. Bunlar arasında 30-a qədər Qarabağ və Şərqi Zəngəzur bölgəsinə məxsusu üzüm sortları da vardır. Bu işlər yerli sortlarımızın təmiz genetik profillərinin müəyyən edilməsi, onların başqa ölkələr tərəfindən mənimsənilməsinin qarşısının alınması, gələcəkdə bioloji və genetik baxımdan təmiz sertifikatlı əkin materialının istehsalı məqsədilə həyata keçirilir.
Araşdırmalar nəticəsində Qarabağa məxsus onlarla sortun, o cümlədən "Qara lkeni", "Xindoqnı", "Qaraşirə", "Arayatlı" qara üzümü, "Azıx" üzümü və s. üzüm sortunun genom xəritəsi, molekulyar-genetik xüsusiyyətləri öyrənilib, ampelo və fenotipik deskriptorlarla təsviri həyata keçirilib. Genetik analizlər nəticəsində sortların genetik cəhətdən təmiz profil olduğu təsdiqlənib"
Onun sözlərinə görə, Üzümçülük və Şərabçılıq ET İnstitutunda yeni, müasir və cihazlarla təhciz olunmuş “molekulyar-genetik laboratoriya” da artıq fəaliyyətə başlayıb. Burada ilk dəfə olaraq 94 yerli üzüm sortunun genom quruluşu tədqiq edilmiş və müqayisəli təhlil edilib. Bu istiqamətdə işlər daha da genişləndirləcək. Azərbaycanın qiymətli yerli üzüm sortlarının Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının (OIV) müasir protokol və üsullarına görə öyrənilib rəqəmsal təsvir edilməsi, üzüm sortlarının təyinedici əsas morfogenetik əlamətlərinin ayrı-ayrılıqda hər bir sort üçün tərtib olunması və Beynəlxalq Sort Kataloquna (VİVC) yerləşdirməsi onların milli sortlarımız olduğunu sübut etməyə imkan verir. Yerli üzüm sortlarının rəqəmsal təsvir edilməsində yaşıl zoğ, cavan yarpaq, formalaşmış yarpaq, salxım, gilə və toxumların əsas diaqnostik əlamətləri, məhsullarının enokarpoloji və enokimyəvi göstəriciləri mühüm rol oynayır, V. Səlimov əlavə edib .
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
4 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
5 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
- 7 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Kürdəmirdə “Bazarstore” açılır
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib





















