NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Keşbek oyunlarına son - Neokart ilə öz keşbek faizini təyin et!Müştərilərini hər zaman maraqlı və sərfəli kampaniyalarla sevindirən Bank Respublika, Neokart sahibləri üçün ölkədə ilk dəfə olaraq KEŞBEK şərtlərini MÜŞTƏRİLƏRİN ÖZLƏRİ İSTƏDİYİ KİMİ TƏYİN ETMƏ imkanı yaratdı.
Artıq bankınızın neçə faiz keşbek təklif edəcəyini gözləməyə, həmçinin fərqli keşbek paketləri arasında seçim etmək məcburiyyətində qalmayacaqsınız. Belə ki, NeoKart sahibləri, hər ay arzuladıqları “Supermarket”, “Geyim mağazaları”, “Restoran və kafe”, “YDM” kimi sevimli kateqoriyaları seçərək 5%-dək maksimal faiz dərəcəsini təyin edə biləcək.
Bunun üçün hər ayın əvvəli sadəcə Mobil Şöbə tətbiqində “Neobonus Kateqoriyaları” menyusuna daxil olub, arzuladığınız kateqoriyalar üzrə keşbek faizlərini təyin etmək kifayətdir.
Bununla yanaşı, NeoKart sahibləri əvvəlki kimi Neo Qalaktika tərəfdaş şəbəkəsində 55%-ə qədər keşbek qazanacaqlar. Nəzərinizə çatdıraq ki, NeoKart sahibləri qazandıqları bonusları həm Keşbek, həm də Mil, Danışıq Dəqiqələri və İnternet Giqabaytlarına dəyişə bilərlər.
Əgər Siz hələ də NeoKart sahibi deyilsinizsə, banka gəlmədən sifariş edin və kart evinizə pulsuz çatdırılacaq.
Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 gün əvvəl
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?
-
1 gün əvvəl
"Bundan sonra da bank birləşməsi olacaqsa, ancaq və ancaq şad olarıq"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“KollektA” investorları 16% gəlirlə cəlb etdi - 53 investor 2 milyon manat yatırdı
-
1 gün əvvəl
Sumqayıtda yeni mənzillər satışda çıxdı: Qiymətlər və şərtlər - ƏTRAFLI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank 32-ci filialını Bakıxanovda açdı
Ən çox oxunanlar
15% gəlir, hər 3 aydan bir ödəniş – “FINCA Azerbaijan”ın yeni istiqrazları üzrə hərrac tarixi elan edildi
“Sizin Lombard” ödənişləri “M10”-da ®
Azərbaycan bankı Naxçıvanda günəş stansiyasını maliyyələşdirir - 8 milyon manata yaxın kredit ayırıb



























