Azercell-in dəstəyilə həyata keçirilən “Techcell” hakatonu başa çatdı
Azercell və UFAZ -ın birgə əməkdaşlığı çərçivəsində ərsəyə gələn hakatonun qalibləri mükafatlandırıldı(®) “Azercell Telekom” MMC-nin dəstəyi və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə həyata keçirilən “Techcell” hakatonu yekunlaşdı. Qaliblərin mükafatlandırma mərasimi UFAZ universitetində baş tutdu.
Tədbirdə çıxış edən Azercell-in İnsan Kapitalının İdarə Edilməsi departamentinin direktoru Dilarə Hüseynova bu əməkdaşlığın əhəmiyyətini vurğuladı.
“Azercell innovativ düşüncə tərzi, bilik və bacarıqları ilə fərqlənən gənclərin inkişafına töhfə verən layihələri daima dəstəkləyir. Xüsusilə də gənc nəsil İKT mütəxəssislərinin yetişdirilməsi, onların peşəkar kimi formalaşması üçün lazımi şəraitin yaradılması hər zaman diqqət mərkəzimizdədir”,- deyə D. Hüseynova bildirdi.
UFAZ-ın icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova qalibləri təbrik edərək gənclər arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, eləcə də innovasiya və texnologiyaya həvəsin artırılması üçün bu cür tədbirlərin önəmli olduğunu bildirdi.
Münsiflər heyətinin qərarına əsasən hakatonun builki qalibi UFAZ tələbələrindən ibarət “Night Ops” komandası oldu. İkinci yerə Bakı Ali Neft Məktəbini (BANM) təmsil edən “Sentinels” komandası, üçüncü yerə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən “Delusion” komandası layiq görüldü. Qalib komandalara pul mükafatı və dəyərli hədiyyələr təqdim edildi.
Ümumilikdə 15 universitetdən 96 komandanın müraciət etdiyi müsabiqədə 30 komanda finalda yarışmaq hüququ qazandı. 18-19 may tarixlərində baş tutan hakatonda iştirakçılar Azercell və UFAZ-ın peşəkar mentorlarının dəstəyilə üç nəfərdən ibarət komandalar şəklində yarışdılar. Onlar informasiya texnologiyaları, kibertəhlükəsizlik və mobil şəbəkə sahələrinə aid real tapşırıqlar üzərində işlədilər, bu mövzuları əhatə edən proqramlaşdırma tapşırıqlarını yerinə yetirdilər.
Qeyd edək ki, “Techcell” hakatonu Azercell və UFAZ -ın birgə əməkdaşlığı nəticəsində həyata keçirilən sayca üçüncü hakatondur.
Müştərilərin xəbərləri
“Bank sektorunda risklərin erkən aşkarlanması və nəzarətin avtomatlaşdırılması ön plana çıxacaq” - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 3 gün sonra
-
3 saat əvvəl
Süni intellektlə kiberhücumlar artır: İki texnologiya nəhəngi birləşir - Nəhəng sövdələşmə
- 6 saat əvvəl
-
6 saat əvvəl
Tramp “Nvidia”-nın Huanqı şirkətin baş direktoru vəzifəsinə qaytarmaq qərarını dəstəkləyib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Dünyanın ən böyük düyü ixracatçısı ixraca 30% vergi tətbiq etməyə hazırlaşır – Düyü bahalaş;r
-
7 saat əvvəl
Azərbaycan Avropaya yaşıl elektrik enerjisinin ixracına 2032-ci ildə başlamağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Rusiya gübrə qiymətlərini daha 6 ay sabit saxlayacaq
Qazaxıstan gübrə istehsalını 5 dəfə artırmağı hədəfləyir
Dünyanın ən böyük düyü ixracatçısı ixraca 30% vergi tətbiq etməyə hazırlaşır – Düyü bahalaş;r
Ən çox oxunanlar
Azərbaycan Avropaya yaşıl elektrik enerjisinin ixracına 2032-ci ildə başlamağı planlaşdırır
Jensen Huang Nvidia-nın baş direktoru vəzifəsinə geri qaytarıldı – Şirkətin səhmləri 30%-dən çox bahalaşdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İsveçrənin ABB qrupu Almaniyanın “Ziehl-Abegg” şirkətini almaq üçün saziş imzalayıb
XalqKart “Qara Cümə” alış-verişlərində 5 % keşbek/bonus qazandırır ®























