ABŞ-ın xam neft ehtiyatlarının azalmasından sonra neft qiymətləri yüksəlir
Neft qiymətləri ABŞ-ın xam neft ehtiyatlarının gözləniləndən daha böyük azalmasının ardından yüksəlib.
Marja.az xəbər verir ki, Brent markalı neft 0,8% bahalaşaraq 85,78 dollar/barelə, ABŞ-ın Qərbi Texas nefti (WTI) isə 0,9% bahalaşaraq 83,61 dollara çatıb (Bakı vaxtı ilə saat 11:10-a olan məlumatlar).
Qiymətlərin artması çərşənbə günü Brent markalı neftin 1,6%, WTI markalı xam neftin isə 2,6% bahalaşmasından sonra baş verib.
ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatları keçən həftə ABŞ-ın xam neft ehtiyatlarının 4,9 milyon barrel olmaqla əhəmiyyətli dərəcədə azaldığını ortaya qoyub. Bu azalma, analitiklərin Reuters sorğusunda proqnozlaşdırdıqları azalmadan əhəmiyyətli dərəcədə yüksəkdir. Eyni zamanda Amerika Neft İnstitutunun bildirdiyi 4,4 milyon barrel azalmanı ötüb.
Tələb tərəfində, ABŞ və Avropada qarşıdan gələn faiz dərəcələrinin azaldılması gözləntiləri bazar əhval-ruhiyyəsini dəstəkləyib. Aşağı faiz dərəcələri adətən alıcılıq qabiliyyətini stimullaşdırır və nəticədə neftə tələbatı artırır. Çərşənbə günü FED rəsmilərinin şərhləri, mərkəzi bankın daha aşağı inflyasiya proqnozu və daha tarazlaşdırılmış əmək bazarı fonunda faiz dərəcələrini azaltmaq qərarına yaxınlaşdığını göstərib və bu, sentyabr ayında borclanma xərclərinin potensial azaldılacağına işarə edib.
Bundan əlavə, ABŞ iqtisadiyyatı mayın sonu və iyulun əvvəlləri arasında mülayim bir sürətlə böyüyüb. Şirkətlər yaxın gələcəkdə iqtisadiyyatda yavaşlama gözləyirlər. Avropada, Avropa Mərkəzi Bankının cümə axşamı keçiriləcək iclasında faiz dərəcələrinin sabit saxlaması gözlənilir, lakin gələcəkdə faiz dərəcələrinin azaldılacağı ehtimalı yüksəkdir.
İnvestorlar ən böyük neft alıcısı Çin bazarını da yaxından izləyirlər.
Bunlardan əlavə, ABŞ dolları ardıcıl üçüncü sessiyada zəifləyib və neftin qiymətinin artmasına səbəb olub, çünki dolların aşağı düşməsi neft kimi dollarla satılan əmtəələri digər valyutalardan istifadə edən investorlar üçün daha əlverişli edir.
Müştərilərin xəbərləri
“Bank sektorunda risklərin erkən aşkarlanması və nəzarətin avtomatlaşdırılması ön plana çıxacaq” - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 3 gün sonra
-
3 saat əvvəl
Süni intellektlə kiberhücumlar artır: İki texnologiya nəhəngi birləşir - Nəhəng sövdələşmə
- 6 saat əvvəl
-
6 saat əvvəl
Tramp “Nvidia”-nın Huanqı şirkətin baş direktoru vəzifəsinə qaytarmaq qərarını dəstəkləyib
- 6 saat əvvəl
-
7 saat əvvəl
Dünyanın ən böyük düyü ixracatçısı ixraca 30% vergi tətbiq etməyə hazırlaşır – Düyü bahalaş;r
-
7 saat əvvəl
Azərbaycan Avropaya yaşıl elektrik enerjisinin ixracına 2032-ci ildə başlamağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Rusiya gübrə qiymətlərini daha 6 ay sabit saxlayacaq
Qazaxıstan gübrə istehsalını 5 dəfə artırmağı hədəfləyir
Dünyanın ən böyük düyü ixracatçısı ixraca 30% vergi tətbiq etməyə hazırlaşır – Düyü bahalaş;r
Ən çox oxunanlar
Azərbaycan Avropaya yaşıl elektrik enerjisinin ixracına 2032-ci ildə başlamağı planlaşdırır
Jensen Huang Nvidia-nın baş direktoru vəzifəsinə geri qaytarıldı – Şirkətin səhmləri 30%-dən çox bahalaşdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İsveçrənin ABB qrupu Almaniyanın “Ziehl-Abegg” şirkətini almaq üçün saziş imzalayıb
XalqKart “Qara Cümə” alış-verişlərində 5 % keşbek/bonus qazandırır ®

























