Bu şirkət xalis mənfəətə həsrətdir - "Şahdağ Turizm Mərkəzi"ndə 103 milyon manatdan çox zərər
"Şahdağ Turizm Mərkəzi" QSC 2023-cü ili 6 milyon 682 min manat xalis zərər ilə başa vurub. Şirkət 2022-ci ili 8 milyon 688 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il "Şahdağ Turizm Mərkəzi"nin xalis zərəri 2 milyon 2 min manat və ya 23% azalıb.
Marja.az xəbər verir ki, "Şahdağ Turizm Mərkəzi"nin əsas əməliyyat gəliri 2022-ci ildə 9 milyon 608 min manat ikən, 2023-cü ildə 15 milyon 249 min manata yüksəlib (5 milyon 641 min manat və ya 58,7% artıb). Şirkətin aldığı dotasiyanın məbləği isə 2022-ci ildəki 12 milyon 77 min manatdan 2023-cü ildə 11 milyon 777 min manata düşüb. Şirkət ötən il 306 min manat sair gəlirlər də əldə edib (2022-ci ildə 784 min manat).
"Şahdağ Turizm Mərkəzi"nin ödənilməmiş zərəri (yığılmış zərər) 2022-ci ilin sonunda 97 milyon 177 min manat ikən, 2023-cü ilin sonunda 103 milyon 859 min manata çatıb. Nəticədə Şirkətin 397 milyon 507 min manat kapitalı azalıb.
Xatırladaq ki, "Şahdağ Turizm Mərkəzi" 2022-ci ildəki zərərin səbəbləri olaraq inzibati xərclərin (kompleksin köhnəlməsi ilə əlaqədar meydana çıxan təmir və bərpa xərcləri) və satışın maya dəyərinin artmasını göstərmişdi.
Şahdağ Qış-Yay Turizm Kompleksinin tikilib istifadəyə verilmiş obyektlərinin idarə olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus olan "Şahdağ Turizm Mərkəzi" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyət, Mədəniyyət və Turizm Nazirliyinin nəzdində təsərrüfathesablı Şahdağ Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti tərəfindən dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərcləri hesabına tikintisi başa çatdırılmış, həmçinin tikintisi başa çatdıqca mərhələlərlə turizm və digər infrastruktur obyektlərini, nəqliyyat və kommunikasiya xətlərini istismara qəbul edir, həmin obyektlərin idarə edilməsini, o cümlədən müstəqil surətdə hüquqi və fiziki şəxslərlə müqavilə bağlayaraq istifadəyə (icarəyə) verilməsini təmin edir.
Müştərilərin xəbərləri
Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: “Arzumuz var!” proqramı ilə daha 6 gənc tələbə adını qazanıb ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
2 saat əvvəl
Smartfon, noutbuk və texnikaya böyük endirim - iPhone-lara 500 AZN-dək endirim
-
-
3 saat əvvəl
Qazaxıstan və ABŞ şirkətləri son bir ildə 17 milyard dollarlıq sazişlər imzalayıb
- 3 saat əvvəl
-
4 saat əvvəl
Maliyyə Nazirliyi 200 milyon manat da borclanır – İnvestorlara 7% ödəyəcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®
-
7 saat əvvəl
3 hovuz, villalar, helikopter meydançası və 204 otaqlı hotel - 320 iş yeri yaradılıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycanda armatur istehsalı 14 faizdən çox artıb
SOCAR bu ölkədə yeni yanacaqdoldurma məntəqələri tikəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni turizm kompleksi – “Nəsimi Bağları” istifadəyə verildi
Ən çox oxunanlar
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®
3 hovuz, villalar, helikopter meydançası və 204 otaqlı hotel - 320 iş yeri yaradılıb
“Norm” şirkəti 2025-ci ildə rekord gəlir əldə edib
Göstəricilər pisləşib – Doğum azalır, ölüm artır
Azərbaycanda minik avtomobili istehsalı kəskin azalıb - 8 ayda 380 ədədlik geriləmə
Bakıda Batareya Enerji Saxlanc Sisteminin tikintisinə torpaq ayrılıb





















