Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

2024-cü ildə hamam təmiri etməyin xərci nə qədərdir?

iç səhifə xəbər başlığı altı (mobil)_31
2024-cü ildə hamam təmiri etməyin xərci nə qədərdir?
iç səhifə xəbər şəkil altı-3 (mobil)_32

(®) Bir çox insan hamam otaqlarının təmirinə başlamağı planlaşdırır. Biz isə bu prosesdə ümumi xərclərin nə qədər olacağını təxmini göstərmək üçün bu yazını hazırlamışıq.

Hamamın yenidən qurulması xərclərə nə təsir edir?

Bütün evlər də, hamam otaqları da eyni deyil. Eyni zamanda, bütün təmir ehtiyacları da eyni deyil. Bu səbəbdən təmirin səviyyəsinə və hamamın ölçüsünə görə xərclər dəyişə bilir. Lazım olan bütün məhsullara Master.az saytına keçid edərək tanış ola bilərsiniz.

Hamamın ölçüsü

Kiçik və orta ölçülü hamam otağını (4-6 kvadratmetr) əsaslı təmir etmək üçün 2000 AZN-dən 5000 AZN-ə qədərməbləğ lazımdır. Daha böyük hamam otaqları və ya çoxlu santexnika dəyişikliyi (boruların dəyişdirilməsi, kombi-ptiminutka qoyulması)  üçün isə 6000 AZN-dən 12000 AZN-ə qədər xərc lazımdır.

Təmirin keyfiyyəti

Edilən təmirə və istifadə edilən materialların qiymətinə görə də hamam otağı təmirinin xərci dəyişə bilir.

Keyfiyyət dedikdə sadəcə materialların bahalılığı deyil, həm də ustaların da xərci nəzərə alınır. Bəzən ustaların işləri arasında 2-3 dəfəyə qədər artan qiymət fərqi yarana bilir.

Təmir materiallarından ən böyük xərc isə keramoqranitlərdir. Master.az ilə Hindistan istehsalı daha sərfəli keramoqranitlər 19-20 manatdan başlayır, Türkiyə və İtaliya istehsalı keramoqranitlər isə 40 manatdan 120 manata qədər dəyişə bilir.

El arasında su kranı, smesitel, tülpan kranı kimi tanınan kranlar da ən çox pul tələb edən təmir sahələrindən biridir. Ucuz variantlar 20 manatdan başlayır, divariçi modelləri isə 190 manata qədər çıxa bilir.

Ümumilikdə əgər vanna istifadə edirsinizsə 2-3 ədəd su kranına ehtiyacınız olacaq.

Əgər duş seti istifadə etməyi qərarlaşdırmısınızsa, sadəcə moydadır üstünə yerləşdirdiyiniz əl yumaq üçün istifadə edilən kran kifayətdir.

Duş setlərinə gəldikdə isə, sərfəli modelləri 50 manat kimi qiymətlərə tapmaq olur, divariçi və ya piano duş seti modelləri isə isə 150-200 manatdan başlayır, duş başlığı və funksiya sayına görə 450-500 manata qədər çıxır.

Hamamın təmiri üçün neçə gün lazımdır?

Hamam təmirinə başlayan insanların ən çox verdiyi suallardan biri də təmirin neçə gün çəkəcəyidir. Qiymətdən əlavə ən böyük ikinci problem də elə vaxt məsələsidir.

Ümumi götürdükdə xüsusi briqada komandalar 7-10 gün kimi qısa bir müddətdə hamam təmirini yekunlaşdıra bilirlər. Ancaq ortaya çıxan problemlər çox olarsa, bir neçə ayı təmirə ayırmalı ola bilərsiniz.

Ortalama bir hamam otağının tam təmiri adətən 10-16 gün çəkir. Bu müddət təmir işlərinin miqyasından, materialların mövcüdluğundan və ustaların iş sürətindən asılı olaraq dəyişə bilər. Daha mürəkkəb təmir işləri və ya xüsusi dizayn tələbləri bu müddəti uzada bilər.

Hamam təmirində ustaların zəhmət haqqı nə qədərdir?

Hamam təmirində ən çox və ən dəyişkən xərclərdən biri ustaların zəhmət haqqıdır. Azərbaycanda ustaların kvadrat metr üçün zəhmət haqqı müxtəlif amillərdən, o cümlədən ustanın təcrübəsindən, işin mürəkkəbliyindən asılı olaraq dəyişə bilər.

Lakin ümumiyyətlə, bəzi ortalama qiymətləri belə göstərə bilərik.

Ustaların Kvadrat Metr Üçün Qiymətləri:

Keramoqranit və ya kafel döşəmək:  1m² üçün 12-20 AZN. Bu qiymətlər təxmini olub bölgədən və ustanın keyfiyyətindən asılı olaraq dəyişə bilər.

Ortalama Hamam Otağının Təmirinə Zəhmət Haqqı: Məsələn, 4 m² sahəsi olan bir hamam otağı üçün ortalama zəhmət haqqını hesablayanda: Divar sahəsi: 20 m² Döşəmə sahəsi: 4 m²  Ümumi sahə: 24m²

Zəhmət Haqqının Hesablanması:

Keramoqranit döşəmə üçün: 24 x 12 azn = 288 AZN (keramoqranit usta haqqı)

Santexnika işləri üçün usta haqqı (ortalama): 24m² = 300 AZN

Elektrik işləri üçün usta haqqı (ortalama):  24m² = 100 AZN

Toplam Zəhmət Haqqı: 288+300+100=688 AZN

Ümumiyyətlə: Ortalama bir hamam otağının (4 m² döşəmə sahəsi olan) tam təmiri üçün ustaların zəhmət haqqı təxminən 688 AZN ola bilər. Lakin bu rəqəm təxmini olub konkret işin xüsusiyyətlərindən asılı olaraq dəyişə bilər. Detallı qiymət almaq üçün müxtəlif ustalarla əlaqə saxlamaq və təkliflər almaq məsləhətdir.

Təmir zamanı bir neçə materialdan geniş istifadə olunur.

Bunlara başda keramoqranit və ya kafellər aiddir. Eyni zamanda onları yapışdırmaq üçün istifadə edilən silikon və ya keramika yapışdırıcıları çox istifadə olunur.

Moydadır, duş seti, kran, kombi, güzgü kimi materiallar isə cəmi 1 dəfə alınır.

Döşəmə:

Plitələr: Keramoqranit, çini, mərmər və qranit kimi davamlı variantlar.

Laminat Döşəmə: Sərfəli və quraşdırılması asan, ancaq suya davamlılığı aşağıdır.

Hamam avadanlığı:

Moydadırlar: Plastik və ya taxtadan hazırlanan moydadırlar. Bunların Türkiyə istehsalı olan variantları daha bahalıdır..

Tualetlər: Standart və ya asma modellər.

Duş sistemləri: Giriş və ya qapalı duşlar da daxil olmaqla, qapaqlar və fitinqlər.

Vannalar: Sadə vanna və cakkuzi modelləri.

Kranlar: Xrom, pirinç və ya digər örtüklərdə müxtəlif dizaynlar.

Aksesuarlar:

Dəsmal tutacaqları (susilka): Divara quraşdırılmış və ya müstəqil dizaynlar.

Sabun dispenserləri: Uyğun vanna dəstləri və ya müstəqil dispenserlər.

Diş fırçası tutacaqları: Moydadır üstünə yerləşdirilən və ya divara quraşdırılmış tutacaqlar.

Tualet kağızı tutacaqları: Divara quraşdırılmış və ya müstəqil seçimlər.

Hamam otağının təmiri üçün düzgün materialların seçilməsi onun həm estetik cəlbediciliyini, həm də funksionallığını artıra bilər, ona görə də düzgün seçim etmək önəmlidir. Düzgün seçim üçün siz Master.az-a etibar edə bilərsiniz.

Hamam təmiri zamanı nəyə diqqət yetirmək lazımdır?

Büdcə: Sabit bir büdcə ilə başlayın və onun çox üstünə çıxmamağa çalışın.

Dizayn: Məkanınıza və evinizin digər otaqlarına uyğun, həm də zövqünüzə uyğun dizayn seçin.

Keyfiyyət: Hamam üçün uyğun olan davamlı materialları seçin.

Ustalar: Hamam təmiri üçün düzgün şəxslərin xidmətlərindən yararlanın.

Vaxt qrafiki: Tamamlamaq üçün real qrafik hazırlayın.

Havalandırma: Rütubətlə bağlı problemlərin qarşısını almaq üçün düzgün ventilyasiya quraşdırın.

Bu məqamları nəzərə alaraq istehlakçılar öz ehtiyac və üstünlüklərinə uyğun olaraq uğurlu və funksional vanna otağı təmirinə nail ola bilərlər.

Sizdə həm keyfiyyətli, həm də uzunömürlü məhsullar üçün Master.az-a mürəciət edə bilərsiniz.

Facebook - https://www.facebook.com/masteraz.official

Instagram - https://www.instagram.com/masteraz_

TikTok - https://www.tiktok.com/@master.az?lang=en

master.az təmir xərc hamam keramoqranit çini mərmər qranit moydadır duş seti kran kombi güzgü smesitel duş
16.08.2024 15:31

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ