BOKT "Finans Kredit”in istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - TARİX
28 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "Finans Kredit” MMC-nin ümumi buraxılış həcmi 300,000 (üç yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Birjanın yaydığı məlumata görə, qeyd olunan istiqrazların yerləşdirilməsi 29 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: BOKT "Finans Kredit” MMC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2004023555
İstiqrazın növü və forması:: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu / forması: Kütləvi / Birqiymətli
İstiqrazın sayı: 300 (ədəd)
İlkin ticarət qiyməti: 1000 manat
İstiqrazın buraxılış həcmi: 300000 manat
İllik gəlirlilik faizi: 15%
Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 30(otuz) gündən bir
Tədavül müddəti: 24 ay
Ticarətə buraxılma tarixi: 29.10.2024
Anderrayter: “CPM-İnvest İ.Ş” ASC
Xəbər verdiyimiz kimi, BOKT "Finans Kredit" MMC istiqraz buraxılışı yolu ilə 300 min manat cəlb etməyə hazırlaşır. Kredit təşkilatı hər birinin nominal dəyəri 1000 manat olan 300 ədəd adlı,faizli, sənədsiz, təmin edilməmiş istiqrazlar buraxıb.
İstiqrazlar üzrə illik faiz dərəcəsi 15%, tədavül müddəti 24 aydır. Faiz gəlirləri investorlara hər 30 gündən bir ödəniləcəkdir.
Qeyd edək ki, 30 sentyabr 2020-ci il tarixində dövlət qeydiyyatına alınmış BOKT "Finans Kredit" MMC-nin nizamnamə kapitalının 100%-i Məmmədov Rəmiyəddin Hüseyn oğluna məxsusdur. Təşkilat riteyl və mikro biznes kredit bazarlarında fəaliyyət göstərir.
30 iyun 2024-cü il tarixində BOKT "Finans Kredit" 2 milyon 654 min manat kredit portfelinə malik olub.
Emissiyanın anderrayteri "CPM-İnvest İnvestisiya Şirkəti" ASC-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
24 d. əvvəl
“NEO BOKT” ASC-nin və “KollektA” ASC-nin səhmlərinin abunə yazılışı müddəti uzadılıb
-
-
28 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” Hüquq Büro xidmətini satın alır - TENDER ®
- 37 d. əvvəl
-
43 d. əvvəl
Şirkətdaxili yüksəliş: Yasin Bağırov ATENA Qrupun Baş İcraçı Direktoru təyin edildi
- 1 saat əvvəl
-
1 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Qlobal bazarlar nəfəsini tutub: FED bu axşam faiz qərarını açıqlayacaq
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Şirkətdaxili yüksəliş: Yasin Bağırov ATENA Qrupun Baş İcraçı Direktoru təyin edildi
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“KollektA”dan 16%-lik istiqraz – 2 milyon manat cəlb edəcək
Ən çox oxunanlar
BFB-dən “PRIOR LEASING”in istiqrazlarına yaşıl işıq
Sement ixracında 20%-lik geriləmə
ABB partnyorları ilə görüş ®
























