"Kristal Bakı" inşaat şirkəti gəlirinin 1000 dəfədən çox artdığını açıqladı
İnşaat fəaliyyətlərilə məşğul olan "Kristal Bakı" ASC 2024-cü ili 3 milyon 278 min manat xalis zərər ilə başa vurub. Şirkət 2023-cü ili 15 milyon 453 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, "Kristal Bakı" şirkətinin xalis zərəri 2024-cü ildə 2023-cü illə müqayisədə 12 milyon 175 min manat və ya 4,7 dəfə azalıb. Qeyd edək ki, "Kristal Bakı" layihələri üzrə 2024-cü ildən daha böyük məbləğdə gəlir əldə etməyə başlayıb.
Marja.az Şirkətin maliyyə hesabatına xəbər verir ki, "Kristal Bakı" şirkətinin əsas əməliyyat gəlirləri 2023-cü ildə cəmi 52 min manat ikən, 2024-cü ildə 58 milyon 376 min manata yüksəlib. Beləliklə, Şirkətin əsas əməliyyat gəlirləri 2024-cü ildə 2023-cü illə müqayisədə 1133 dəfə artıb.
O cümlədən, 2024-cü ildə yaşayış binalarının tikintisi üzrə gəlirlər 57 milyon 276 min manat, mal – material ehtiyatlarının satışı üzrə gəlirlər 1 milyon 100 min anat olub.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
2024-cü ildə "Kristal Bakı" ASC-nin cəmi gəlirləri (əməliyyat, maliyyə və digər gəlirləri) 67 milyon 986 min manat, cəmi xərcləri 72 milyon 81 min manat, vergidən əvvəlki zərəri 4 milyon 95 min manat təşkil edib. Şirkətin mənfəət vergisi üzrə 817 min manat xərci də olub.
ŞİRKƏT BÖYÜYÜB
31 dekabr 2025-ci il tarixində "Kristal Bakı" ASC 668 milyon 722 min manat cəmi kativlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 445 milyon 201 min manat cəmi aktivlərə malik idi (2024-cü ildə cəmi aktivləri 223 milyon 521 min manat və ya 50,2% artıb). Həmçinin, 2024-cü ilin sonunda "Kristal Bakı" şirkətinin 33 milyon 409 min manat yığılmış zərəri olub (2023-cü ilin sonunda 30 milyon 131 min manat)
Qeyd edək ki, "Kristal Bakı" ASC-nin səhmdarları Vəliyev Pərviz Ağalar oğlu (50 faiz), Nəbiyev Fərid Elburus oğlu (25 faiz) və Nəbiyev Araz Məhayət oğludur (25 faiz).
Əlavə edək ki, Bakıda "Nəriman Nərimanov" metro stansiyası yaxınlığında inşa edilən və nəhəng yaşayış kompleksi olan “City Garden” "Kristal Bakı” ASC-yə məxsus layihədir. Şirkət ötən il bildirmişdi ki, qanunvericiliyin tələblərinə görə, “Kristal Bakı” ASC-nin gəliri avans olaraq qeydə alınıb, daşınmaz əmlakın tikintisi layihələri başa çatıb təhvil verildikdən sonra rəsmi gəlir kimi tanınacaqdır.
"“Kristal Bakı” ASC-nin audit yoxlamasını aparmış müstəqil audit təşkilatı audit yoxlamasının nəticəsini tərtib edərək “Kristal Bakı” ASC-ə və rəsmi dövlət qurumlarına təqdim etmişdir. Hər bir peşəkar maliyyəçinin bildiyi kimi tikinti-quraşdırma işləri yekunlaşmamış tikili, bina, mənzil və yaxud hər hansı bir daşınmaz əmlakın satışından gəlir IFRS-in (Beynəlxalq Maliyyə Hesabatı Standartları) təyin etdiyi standartlara əsasən sözügedən daşınmaz əmlakın tikintisi başa çatıb təhvil verildikdən sonra rəsmi olaraq tanınır. Buna görə də həmin hesabatlarda gəlir tanınmamış və inzibati xərclər zərər kimi əks etdirilmişdir",- Şirkət açıqlamasında bildirmişdi.
Hesabatda qeyd edilib ki, alınmış avanslar çoxmənzilli yaşayış binalarında tikintisi başa çatdırılmamış və təhvil verilməmiş mənzillərin satışı üçün müştərilərdən alınmış vəsaitləri əks etdirir. 31 dekabr 2024-cü il tarixinə alınmış avanslar 327 milyon 136 min manat olmuşdur (31 dekabr 2023-cü il: 262 milyon 906 min manat)
2024-cü ilin sonunda şirkətin işçilərinin sayı 1254 nəfər olub.
Müştərilərin xəbərləri
7–10 günə əsas mərhələ tamamlanır, "ABB Davr" oktyabrda fəaliyyətə başlaya bilər - ABB-nin sədrilə MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 gün sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
7 d. əvvəl
“PalmPay”in əhatə dairəsi genişlənir: Ovuc ilə ödənişlər artıq 5 yeni ünvanda
-
-
11 d. əvvəl
Maliyyə Nazirliyi 7%-lə 200 milyon manat borclanmağa hazırlaşır
- 38 d. əvvəl
-
43 d. əvvəl
Formula 1 yarışlarının keçiriləcəyi vaxt bəzi məktəblərdə tədris onlayn təşkil olunacaq
- 50 d. əvvəl
-
1 saat əvvəl
Paşinyan Ermənistanın Azərbaycana ilk ixracını həyata keçirdiyini bildirib
-
2 saat əvvəl
“Mərmər İnşaat”ın gəlirləri 29% azalıb – şirkət zərərdən mənfəətə keçib
-
2 saat əvvəl
Mərkəzi Bank 2 ödəniş sektoru şirkəti barəsində tədbir görüb
-
2 saat əvvəl
İlin əvvəlindən fantastik məbləğlər qazanıblar - Bu il sərvətini ən çox artıran milyarderlər
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Maliyyə Nazirliyi 7%-lə 200 milyon manat borclanmağa hazırlaşır
Formula 1 yarışlarının keçiriləcəyi vaxt bəzi məktəblərdə tədris onlayn təşkil olunacaq
Ən çox oxunanlar
İlin əvvəlindən fantastik məbləğlər qazanıblar - Bu il sərvətini ən çox artıran milyarderlər
Sentyabrın 4-də gözlənilən hava şəraiti
AzInTelecom bulud xidmətləri ilə növbəti beynəlxalq uğura imza atıb!
Audit hesabatı problem yaratdı – lisenziyası ləğv edildi
7–10 günə əsas mərhələ tamamlanır, "ABB Davr" oktyabrda fəaliyyətə başlaya bilər - ABB-nin sədrilə MÜSAHİBƏ

























