Mərkəzi Bank sabah saat 10:00-da qərarını açıqlayacaq
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti tərəfindən faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş növbəti qərar 06 May 2026-cı il tarixində saat 10:00-da ictimaiyyətə açıqlanacaqdır.
Saat 11:00-da isə Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyəti tərəfindən faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarın açıqlanmasına həsr olunan mətbuat konfransı başlayacaq.
Marja.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının pul siyasəti qərarlarının (faiz qərarlarının) ictimaiyyətə açıqlanması qrafikini görə, faiz dəhlizinin parametrlərinə dair növbəti qərar 6 may 2026-cı il tarixində açıqlanacaq.
Xatırldaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə 2 aprel 2026-cı il tarixində faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılmışdır (Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsində saxlanılmışdır).
Aprelin 2-də yayımlanmış press-relizdə qeyd olunmuşdu ki, faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, yaxın regionda artan geosiyasi gərginliklərin yaratdığı risklər, qlobal və daxili maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb.
Vurğulanmışdı ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərin yenilənmiş nəticələri əsasında veriləcəkdir. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcəkdir. İnflyasiya proqnozunun hədəfdən çıxması riski yarandığı təqdirdə adekvat siyasət addımları atılacaqdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin mart ayında 2025-ci ilin mart ayı ilə müqayisədə illik qiymət artımı 5,6 faiz, son bir ayda isə (fevral ilə müqayisədə) 0,5 faiz təşkil etmişdir. Bu da illik inflyasiyanın Mərkəzi Bankın hədəf intervalında (4±2%) olduğunu göstərir. Belə bir vəziyyətdə Mərkəzi Bankın may iclasında da faizlərini dəyişməz saxlayacağı ehtimalı yüksəkdir.
Digər tərəfdən, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatının 0,3 faiz azalması, qeyri neft-qaz sektorunun isə cəmi 0,2 faiz artması ölkədə iqtisadi aktivliyin yavaşladığına işarədir. Adətən mərkəzi banklar iqtisadi aktivliyi canlandırmaq üçün faizlərini aşağı salırlar.
İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə cari il üzrə 5,5% proqnozlaşdırılan orta illik inflyasiya tədricən azalaraq 2030-cu ildə 4,6% olacağı gözlənilir.
Xatırladaq ki, 4 Fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılmışdı. Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsinə endirilmişdi.
Həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 10 dekabr 2025-ci il tarixli qərarı ilə də faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılmışdı. Uçot dərəcəsi 6.75%, faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 7.75% səviyyəsinə endirilmişdi.
Qeyd edək ki, Mərkəzi Bankın faiz qərarlar elan olunduqdan sonrakı iş günündə qüvvəyə minir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
13 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
13 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti



























