Azərbaycanda nadir avtomobillərin güzəştli idxalı üçün müraciətlər başlayır
Nadir (raritet) avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxalı zamanı vergi və gömrük güzəştlərinin tətbiqi ilə bağlı yeni hüquqi mexanizmlər müəyyən edilib.
Bu barədə Marja.az Mədəniyyət Nazirliyinə istinaadən xəbər verir.
Qeyd edilib ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində”, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 13 fevral 2026-cı il tarixli 355-VIIQD nömrəli Qanununa əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən verilən təsdiqedici sənəd əsasında şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) artıq olmamaqla idxal edilən nadir (raritet) avtonəqliyyat vasitələrinə vergi və gömrük güzəştləri tətbiq olunur.
Bununla əlaqədar proseslərin vahid qaydada təşkilinin tənzimlənməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən daxili qaydalar - “Nadir (raritet) avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə güzəştli şərtlərlə idxalına dair təsdiqedici sənədin verilməsi Qaydaları” hazırlanıb.
Qaydalara əsasən, Mədəniyyət Nazirliyi yanında yaradılmış Ekspert Komissiyası daxil olan müraciətləri qiymətləndirəcək və avtonəqliyyat vasitələrinin nadir (raritet) meyarlarına uyğunluğu barədə rəy verəcək. Qiymətləndirmə tarixi və mədəni əhəmiyyət, nadirlik (unikallıq), kolleksiya dəyəri, orijinallıq səviyyəsi, texniki vəziyyət və Qaydalarla müəyyən edilmiş digər meyarlar əsasında həyata keçiriləcək.
Yeni mexanizmin tətbiqi nadir (raritet) avtonəqliyyat vasitələrinin qiymətləndirilməsi prosesində şəffaflığın, obyektivliyin və vahid yanaşmanın təmin edilməsinə, habelə yüksək tarixi, texniki və kolleksiya əhəmiyyətinə malik avtonəqliyyat vasitələrinin ölkəyə gətirilməsinin təşviqinə xidmət edəcək.
Nadir (raritet) avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasına güzəştli şərtlərlə idxalı üçün təsdiqedici sənəd almaq istəyən şəxslərin elektron müraciətlərinin qəbulu 9 iyul 2026-cı il tarixində saat 14:00-dan etibarən başlanılır. Müraciətlər my.culture.az informasiya resursu vasitəsilə elektron qaydada qəbul edilir.
Müraciətə baxılma prosesi ilkin sənəd yoxlanılması, Ekspert Komissiyası tərəfindən həyata keçirilən ekspertiza və qiymətləndirmə olmaqla iki mərhələdən ibarətdir. Müraciətin nümunəvi forması, tələb olunan sənədlərin siyahısı və qiymətləndirmə meyarları müvafiq Qaydalarda əks olunub.
Əlavə məlumat üçün Mədəniyyət Nazirliyinin 147 Çağrı Mərkəzinə zəng etmək və ya [email protected] elektron poçt ünvanına müraciət etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
5 saat əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 5 saat əvvəl
-
8 saat əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
8 saat əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 10 saat əvvəl
-
11 saat əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
11 saat əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
11 saat əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
12 saat əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək






























