Qiymətləndiricilər Palatası: İyunda avtomobil bazarında qiymətlər sabit qalıb
Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin iyun ayı üzrə açıqladığı avtomobil indeksi ölkənin avtomobil bazarında qiymət sabitliyinin qorunduğunu, eyni zamanda bazarın strukturunda yenilənmə meyillərinin gücləndiyini göstərir.
Palatadan Marja.az-a bildirilib ki, iyun ayında avtomobil indeksi 103,5 bənd təşkil edib. Göstərici 2025-ci ilin dekabr ayı üzrə baza dövrü ilə müqayisədə qiymət səviyyəsinin yüksək qaldığını göstərsə də, may ayına nisbətən 0,6 faiz azalıb. Palatanın qiymətləndirməsinə görə, bu dinamika bazarda kəskin ucuzlaşmadan deyil, qiymətlərin sabitləşməsi və tarazlaşmasının davam etməsindən xəbər verir.
Hesabat dövründə median satış qiyməti 17 min 900 manat olub və əvvəlki ayla müqayisədə ciddi dəyişməyib. Orta qiymətdə qeydə alınan cüzi azalma isə bazara daha aşağı qiymətli avtomobillərin daxil olması və satış strukturundakı dəyişikliklərlə izah edilir. Qeyd olunur ki, beynəlxalq qiymətləndirmə metodologiyalarına əsasən bazardakı real qiymət dinamikasını ən dəqiq əks etdirən göstərici median qiymət hesab olunduğundan, iyunda ümumi qiymət səviyyəsi sabit qalıb.
İyun ayında bazarın 91,8 faizini ikinci əl avtomobillər təşkil edib. AQP bunu istehlakçıların daha əlçatan qiymət seqmentinə üstünlük verməsi, eləcə də yeni avtomobillərin qiyməti və maliyyələşdirmə imkanları ilə əlaqələndirir. Bazarın model strukturunda sedan avtomobillər 46,3 faiz payla liderliyini qoruyub. SUV və krossoverlərin payı isə 26,9 faizə yüksələrək artım tendensiyasını davam etdirib.
Palatanın qiymətləndirməsinə görə, bu dinamika alıcıların daha funksional, təhlükəsiz və komfortlu avtomobillərə, xüsusilə ailə istifadəsi üçün nəzərdə tutulan modellərə marağının artdığını göstərir.
Satışa çıxarılan avtomobillərin orta yaşı 14,7 il, orta buraxılış ili isə 2011-ci il olub. Bu göstəricilər ölkənin avtomobil parkının orta yaşının hələ də yüksək olduğu və yenilənmə prosesinin mərhələli şəkildə davam etdiyi vurğulanır.
İyun ayında satışa çıxarılan avtomobillərin orta yürüşü 210 min kilometrdən bir qədər artıq olub. Əvvəlki aylarla müqayisədə aşağı olan bu göstərici bazara daha az istismar olunmuş avtomobillərin daxil olduğunu göstərir və avtomobillərin texniki vəziyyəti ilə bazar dəyərinə müsbət təsir göstərən amillərdən biri kimi qiymətləndirilir.
Hesabat ayında aktiv satış elanlarının sayı 43 min 318-dən 41 min 192-yə enib. Təxminən 4,9 faizlik azalma əsasən mövsümi amillərlə izah olunur. AQP hesab edir ki, yay mövsümünün başlanması ilə satış aktivliyinin nisbətən zəifləməsi bazarın ümumi likvidliyinə ciddi təsir göstərməyib və bazarda rəqabət mühiti qorunub.
Palatanın proqnozuna görə, mövcud tendensiyalar fonunda 2026-cı ilin yay aylarında da avtomobil bazarında ciddi qiymət dəyişiklikləri gözlənilmir. Avtomobil İndeksinin 103-105 bənd intervalında dəyişəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Palatası hər ay daşınmaz əmlak, avtomobil və tikinti sektorları üzrə indekslər hazırlayaraq bazarın vəziyyətini əks etdirən analitik hesabatlar dərc edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
4 saat əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 4 saat əvvəl
-
7 saat əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
8 saat əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 10 saat əvvəl
-
11 saat əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
11 saat əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
11 saat əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
11 saat əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək





























