Lamborghini tarixinin ən sürətli və ən güclü avtomobilini təqdim etdi – 1050-dən çox at gücü
Avtomobilin başlanğıc qiyməti 741 min 172 dollar müəyyən edilib. Yeni superkar 0-dan saatda 100 kilometr sürətə cəmi 2,4 saniyəyə çata bilir.İtaliyanın lüks idman avtomobilləri istehsalçısı Lamborghini indiyədək zavodunda istehsal etdiyi ən sürətli və ən güclü seriya avtomobili olan Revuelto SV modelini təqdim edib.
Marja xəbər verir ki, məhdud sayda istehsal ediləcək yeni model Lamborghini-nin V12 mühərrikli Revuelto superkarının hibrid və daha yüksək performanslı versiyasıdır.
Revuelto SV Lamborghini-nin 55 il əvvəl Miura SV ilə başlayan məşhur “SV” xəttinin ən yeni nümayəndəsidir. Şirkət bu seriyada ənənəvi olaraq əsas superkarlarının daha yüngül, aerodinamik baxımdan təkmilləşdirilmiş və daha güclü versiyalarını təqdim edir.
Lamborghini Revuelto SV-dən cəmi 1 963 ədəd istehsal edəcək. Avtomobilin başlanğıc qiyməti 741 min 172 dollar müəyyən edilib.
1 050-dən çox at gücü
Revuelto SV Lamborghini-nin atmosfer tipli V12 mühərrikini üç elektrik mühərriki ilə birləşdirən hibrid güc qurğusu ilə təchiz edilib.
Sistem avtomobilin ümumi gücünü 1 050 at gücündən yuxarı qaldırır.
Yeni superkar 0-dan 100 km/saat sürətini cəmi 2,4 saniyəyə, 0-dan 200 km/saat sürətini isə cəmi 6,7 saniyəyə toplayır və maksimal sürəti 345 km/saat-dan çoxdur.
Revuelto məhsul xəttinin direktoru Alessandro Farmeschi bildirib ki, şirkət yeni model vasitəsilə müştərilərinə daha yüksək performans təklif etməyi hədəfləyib.
“Revuelto SV müştərilərimizə performans baxımından daha irəli getmək imkanı verir. Biz onlara yarış avtomobillərinə daha yaxın, eyni zamanda Lamborghini idarə etməyin adrenalinini və emosiyasını qoruyan bir avtomobil təqdim etmək istədik”, – Farmeschi bildirib.
Onun sözlərinə görə, Lamborghini müştəriləri avtomobili yalnız dizaynına görə deyil, tətbiq edilən texnologiyalara görə də seçirlər.
Farmeschi V12 mühərrikinin səsinin Lamborghini brendinin əsas xüsusiyyətlərindən biri olduğunu və bu mühərrikin şirkətin yarandığı gündən onun tarixində mühüm rol oynadığını vurğulayıb.
Aerodinamika və əyləc sistemi yenilənib
Artırılmış güclə yanaşı, Revuelto SV ciddi aerodinamik dəyişikliklər də əldə edib.
Avtomobil daha kəskin kuzov xətləri, iri aerodinamik elementlər, qanadlar və yeni hava girişləri ilə təchiz olunub. Bu dəyişikliklər hava axınının daha effektiv idarə olunmasına və yüksək sürətdə avtomobilin yola basma qüvvəsinin artırılmasına xidmət edir.
Revuelto SV üçün xüsusi sazlanmış asqı sistemi də hazırlanıb.
Bundan əlavə, avtomobildə yeni karbon-keramika əyləc diskləri sistemi tətbiq edilib.
Modeldə “Pilota Mode” adlı yeni idarəetmə rejimi də mövcuddur. Bu rejim sürücüyə avtomobilin parametrlərini yarış trasında istifadə üçün daha dəqiq və fərdi şəkildə tənzimləməyə imkan verir.
Salon yarış avtomobilinin kokpitinə bənzədilib
Lamborghini Revuelto SV-nin interyerini də yenidən işləyib. Salonun dizaynında yarış avtomobili və döyüş təyyarəsinin kokpitini xatırladan yanaşmadan istifadə olunub.
Standart olaraq karbon konstruksiyalı xüsusi idman oturacaqları təklif edilir. Müştərilər əlavə seçim kimi monokok karbon lifli yarış oturacaqlarını da sifariş edə biləcəklər. Bu oturacaqlar gündəlik istifadə baxımından daha az komfortlu olsa da, sürücüyə avtomobil idmanı təcrübəsinə daha yaxın hisslər vermək üçün nəzərdə tutulub.
Məhdud sayda Lamborghini-lərə kolleksiyaçı marağı yüksəkdir
Lamborghini-nin məhdud sayda buraxılan modelləri adətən rəsmi təqdimatdan əvvəl və ya təqdimat zamanı böyük hissədə satılmış olur.
Şirkətin SV versiyaları ikinci əl və kolleksiya avtomobilləri bazarında da yüksək tələbat və qiymətləri ilə seçilir.
Farmeschi bildirib ki, Lamborghini alan müştərilər avtomobili yalnız sürücülük təcrübəsi üçün deyil, uzun müddət ərzində dəyərini qoruyan aktiv kimi də qiymətləndirirlər.
“Lamborghini alanda onu istədiyiniz, bəyəndiyiniz və idarə etmə təcrübəsini yaşamaq istədiyiniz üçün alırsınız. Eyni zamanda, bu avtomobil zaman keçdikcə dəyərini qoruyan məhsuldur”, – Lamborghini rəsmisi qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
20 saat sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
1 gün əvvəl
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək
-
1 gün əvvəl
Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
-
2 gün əvvəl
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
-
2 gün əvvəl
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
-
2 gün əvvəl
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
Sentyabrın 13-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin qiyməti 120 dolları keçib
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
Ən çox oxunanlar
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Azərbaycanda lisenziya və icazə prosedurlarının dəyişdirilməsi üçün təkliflər hazırlanacaq
Sahibkarların dövlət satınalmalarına və mühüm infrastruktura çıxışı genişləndiriləcək
Azərbaycanda məhsul bazarları yeni metodla yoxlanılacaq
























