AZAL Atırauya ilk reysini həyata keçirib
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Qazaxıstanın Atırau şəhərinə ilk reysini uğurla həyata keçirib.
Yeni marşrut Azərbaycan ilə Qazaxıstan arasında hava nəqliyyatı əlaqələrinin daha da genişləndirilməsi, işgüzar və turizm səfərlərinin təşviqi, eləcə də iki ölkə arasında iqtisadi və humanitar əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində növbəti mühüm addımdır.
Bakı–Atırau–Bakı marşrutu üzrə uçuşlar həftədə dörd dəfə – bazar ertəsi, çərşənbə axşamı, cümə və bazar günləri yerinə yetiriləcək. Yeni istiqamət sərnişinlərə Qərbi Qazaxıstanın əsas iqtisadi mərkəzlərindən biri olan Atırauya rahat və birbaşa səyahət imkanı yaradacaq.
Qazaxıstan AZAL-ın beynəlxalq marşrut şəbəkəsində prioritet istiqamətlərdən biridir. Aviaşirkət iki ölkə arasında artan mobilliyi və bazar tələbatını nəzərə alaraq Qazaxıstan üzrə uçuş coğrafiyasını mütəmadi şəkildə genişləndirir. Bununla, ölkənin milli aviadaşıyıcısı sərnişinlərə daha çox seçim və rahat səyahət imkanları təqdim edir, eyni zamanda Azərbaycan ilə Mərkəzi Asiya arasında hava nəqliyyatı əlaqələrinin inkişafına töhfə verir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Atırau istiqamətinə biletləri AZAL-ınrəsmi internet səhifəsindən, AZAL mobil tətbiqindən, aviaşirkətin kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.
"Bakıdan Atırauya ilk reysin doluluq səviyyəsi 87 % təşkil edib"
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Qazaxıstanın Atırau şəhərinə həyata keçirdiyi ilk reysin doluluq səviyyəsi 87 % təşkil edib.
Bunu "Report"a AZAL-ın Kommersiya direktoru Cəmil Manizadə bildirib.
"Bu reyslə aviaşirkət beynəlxalq marşrut şəbəkəmizdə prioritet bazarlardan biri olan Qazaxıstandakı mövcudluğunu daha da genişləndirib. Atırau Qazaxıstanda beşinci istiqamətimiz olmaqla, iki ölkə arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi istiqamətində növbəti addımdır. Həftədə dörd dəfə həyata keçirilən reyslər Atırau ilə Bakı arasında gediş-gəliş imkanlarını genişləndirərək, həm işgüzar, həm də turizm məqsədli səfərlər üçün daha çevik və əlverişli bağlantı yaradır. Marşrut artıq ilk gündən yüksək nəticə göstərib – ilk reysdə doluluq səviyyəsi 87 % təşkil edib!", - deyə o qeyd edib.
AZAL rəsmisi həmçinin qeyd edib ki, yeni marşrut regional və transfer şəbəkəmizi də gücləndirərək, Bakının Mərkəzi Asiya ilə Avropa, Yaxın Şərq və digər istiqamətlər arasında təbii transfer mərkəzi kimi rolunu daha da möhkəmləndirir: "Atıraudan səyahət edən sərnişinlər üçün Bakı həm son istiqamət, həm də növbəti səyahətin başlanğıc nöqtəsi ola bilər. Genişlənən beynəlxalq şəbəkəmiz üzrə müxtəlif istiqamətlərə cəmi bir neçə saat ərzində rahat bağlantı imkanı mövcuddur".
Bakı–Atırau–Bakı marşrutu üzrə uçuşlar həftədə dörd dəfə – bazar ertəsi, çərşənbə axşamı, cümə və bazar günləri yerinə yetiriləcək. Yeni istiqamət sərnişinlərə Qərbi Qazaxıstanın əsas iqtisadi mərkəzlərindən biri olan Atırauya rahat və birbaşa səyahət imkanı yaradacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
1 saat əvvəl
Bank of Baku fərdiləşdirilmiş müştəri əlaqələrinin inkişafı üçün Netmera-nı seçdi ®
-
-
1 saat əvvəl
Dövlət Neft Fondunun 25 ildən çox müddətdə əldə etdiyi gəlirlər açıqlandı
-
2 saat əvvəl
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı Avropa ölkəsinin mərkəzi bankı ilə razılığa gəldi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
ABB Beynəlxalq Risk Forumu keçirib
Şəkər ixracı 140%-dən çox artıb
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Azərbaycanın fındıq ixracı dəyər ifadəsində 16% artıb
“Prior Lizinq” Balakəndə yeni filial açıb
16%-lik istiqrazlara böyük maraq – 208 investor iştirak etdi
Pomidor ixracı: 9 ayda 15 milyon dollarlıq artım
Təbii qaz ixracı: 9 ayda 249,87 milyon ABŞ dolları azalma
Azərbaycandan neft məhsullarının ixracı ixracı dəyər ifadəsində 2 dəfədən çox artıb






















