Azərbaycanın nəqliyyat məlumatları “Google Maps” və “Rome2Rio”ya ötürüləcək
Turistlər bütün nəqliyyat marşrutlarını telefonla görə biləcəklərAzərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.
Marja xəbər verir ki, Azərbaycanda turistlərin nəqliyyat xidmətləri haqqında məlumatlara çıxışını asanlaşdırmaq üçün vahid rəqəmsal məlumat formatının tətbiqi planlaşdırılır.
Hava yolu, dəmir yolu, rayonlararası avtobus, metro və şəhər ictimai nəqliyyatı üzrə dayanacaq, marşrut, səfər və hərəkət qrafiki məlumatları GTFS formatında hazırlanacaq.
Hazırlanmış məlumatların açıq məlumat serverlərində yerləşdirilməsi və GTFS formatını dəstəkləyən beynəlxalq platformalarla paylaşılması nəzərdə tutulur.
“Google Maps”, “Rome2Rio” və digər səyahət platformaları bu məlumatları sistemlərinə inteqrasiya edə biləcəklər.
Nəticədə xarici turistlər Azərbaycanda hava limanından şəhərə, şəhərlərarası istiqamətlərə və regionlardakı turizm obyektlərinə səfərlərini daha rahat planlaşdıra biləcəklər.
Layihənin nəqliyyat məlumatlarının şəffaflığını artıracağı, turistlərin itirdiyi vaxtı azaldacağı və regionlara sərbəst səyahət imkanlarını genişləndirəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
24 d. əvvəl
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
-
- 46 d. əvvəl
- 53 d. əvvəl
-
57 d. əvvəl
Azərbaycan Mərkəzi Bankı Avropa ölkəsinin mərkəzi bankı ilə razılığa gəldi
- 59 d. əvvəl
-
1 saat əvvəl
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
16%-lik istiqrazlara böyük maraq – 208 investor iştirak etdi
-
2 saat əvvəl
Azərbaycanda qaz istehlakını azaldacaq yeni layihə – Kapital Bank maliyyələşdirdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
ABB Beynəlxalq Risk Forumu keçirib
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Azərbaycanın fındıq ixracı dəyər ifadəsində 16% artıb
“Prior Lizinq” Balakəndə yeni filial açıb
16%-lik istiqrazlara böyük maraq – 208 investor iştirak etdi
Pomidor ixracı: 9 ayda 15 milyon dollarlıq artım
Təbii qaz ixracı: 9 ayda 249,87 milyon ABŞ dolları azalma
Azərbaycandan neft məhsullarının ixracı ixracı dəyər ifadəsində 2 dəfədən çox artıb
Bakıda 6 mağazası olan şirkət Gəncə bazarına daxil olur





















