Tesla Çində 3 milyon avtomobili geri çağırdı
Qəza zamanı qapılar açılmaya bilər – Tesla 3 milyona yaxın avtomobili geri çağırırTesla qapı tutacaqları ilə bağlı təhlükəsizlik narahatlıqları səbəbindən Çində milyonlarla avtomobilini geri çağırır.
Marja xəbər verir ki, Tesla və Xiaomi də daxil olmaqla 11 avtomobil istehsalçısı proqram təminatı yeniləmələrinə və avtomobillərin geri çağırılması prosesinə başladıqlarını açıqlayıb.
Dünyanın ən böyük avtomobil bazarında aparılan nəzarət tədbirləri çərçivəsində 4 milyondan çox avtomobil geri çağırılır. Təxminən 3 milyon avtomobillə Tesla bu prosesdə ən böyük paya malikdir.
Çin qaydalarına əsasən “məhsulun geri çağırılması” kimi təsnif edilən tədbirlərin əksəriyyəti fövqəladə hallar zamanı "mexaniki qapıaçma tutacaqlarının tapılmasının və ya istifadəsinin çətin ola biləcəyi ilə bağlı narahatlıqların aradan qaldırılmasına" yönəlib.
Tesla və Xiaomi də daxil olmaqla 11 avtomobil istehsalçısından doqquzu həmin tutacaqların yerini göstərmək üçün pulsuz xəbərdarlıq etiketləri quraşdıracaq. Bundan əlavə, istehsalçıların əksəriyyəti simsiz — OTA proqram təminatı yeniləmələri də həyata keçirəcək.
Çin Dövlət Bazar Tənzimlənməsi Administrasiyasının açıqlamasına görə, Tesla avtomobillərində elektriklə idarə olunan qapı tutacaqları bəzi qəzalar zamanı işləməyə bilər.
Qurum bildirib ki, bu vəziyyət sərnişinlərin avtomobildən çıxmaq üçün qapıları sürətlə açmasına mane ola, eyni zamanda avtomobildən kənarda olan şəxslərin xilasetmə işlərini çətinləşdirə bilər. Bu isə təhlükəsizlik riski yaradır.
Geri çağırma çərçivəsində Tesla qəza baş verdikdən sonra şüşələrin avtomatik aşağı enməsini təmin edəcək proqram təminatı yeniləməsi həyata keçirəcək. Həmçinin fövqəladə hallarda qapıların açılması üçün nəzərdə tutulan düymələrin yerini göstərən xəbərdarlıq etiketləri yerləşdiriləcək.
Tənzimləyici qurumun məlumatına görə, Tesla sentyabrın 25-dən etibarən Çinə idxal edilmiş və ölkədə istehsal olunmuş ümumilikdə 2,98 milyon Model 3, Model Y, Model S və Model X avtomobilini geri çağıracağını bildirib.
Tesla ilə yanaşı, Xiaomi, Leapmotor, Xpeng, Zeekr və Lynk & Co daxil olmaqla ən azı altı avtomobil markası da geri çağırma proqramlarını elan edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
- 11 d. əvvəl
-
- 18 d. əvvəl
-
22 d. əvvəl
Azərbaycan Mərkəzi Bankı Avropa ölkəsinin mərkəzi bankı ilə razılığa gəldi
- 24 d. əvvəl
-
36 d. əvvəl
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
- 39 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
16%-lik istiqrazlara böyük maraq – 208 investor iştirak etdi
-
1 saat əvvəl
Azərbaycanda qaz istehlakını azaldacaq yeni layihə – Kapital Bank maliyyələşdirdi
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
ABB Beynəlxalq Risk Forumu keçirib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Şəkər ixracı 140%-dən çox artıb
Azərbaycanın fındıq ixracı dəyər ifadəsində 16% artıb
“Prior Lizinq” Balakəndə yeni filial açıb
16%-lik istiqrazlara böyük maraq – 208 investor iştirak etdi
Pomidor ixracı: 9 ayda 15 milyon dollarlıq artım
Təbii qaz ixracı: 9 ayda 249,87 milyon ABŞ dolları azalma
Azərbaycandan neft məhsullarının ixracı ixracı dəyər ifadəsində 2 dəfədən çox artıb
Bakıda 6 mağazası olan şirkət Gəncə bazarına daxil olur
"Bir Kredit BOKT" 2 milyon manatlıq istiqrazlarını yerləşdirib























