ABŞ-ın avtomobil nəhəngləri Çin avtomobillərinə daimi qadağa tələb edir
ABŞ Çin avtomobillərinə qapıları tam bağlamağa hazırlaşır. ABŞ-ın avtomobil istehsalçıları birləşdi: Çin maşınlarını ölkəyə buraxmayın. Çin dünyanı ucuz avtomobillərlə doldurur – ABŞ şirkətləri həyəcan təbili çalır.ABŞ-da fəaliyyət göstərən iri avtomobil istehsalçıları Çin istehsalı olan avtomobillərin, eləcə də Çin mənşəli avtomobil avadanlığı və proqram təminatının ölkədə satışına, idxalına və istehsalına daimi qadağa qoyulması üçün Konqresə təzyiqi artırırlar.
Marja.az xəbər verir ki, ABŞ-da avtomobil satan şirkətlərin böyük əksəriyyətini təmsil edən "Alliance for Automotive Innovation" (Avtomobil İnnovasiyaları üzrə Alyans) Konqres rəhbərliyinə ünvanladığı məktubda hazırkı Konqresin səlahiyyət müddəti yanvarın 3-də başa çatmamış müvafiq qanunun qəbul edilməsinə çağırıb.
Assosiasiyanın prezidenti və baş icraçı direktoru (CEO) Con Bozzella bildirib ki, hazırda Çin avtomobil istehsalçıları internet və rabitə sistemlərinə qoşulan proqram və avadanlıqlarla təchiz edilmiş, subsidiyalaşdırılmış avtomobilləri dünya bazarlarına böyük həcmdə çıxarırlar.
“Bu, hələ ABŞ daxilində baş verməyib. Lakin təhlükənin miqyasını və aktuallığını nəzərə alaraq, sizi bu il fəaliyyətinizi başa çatdırmazdan əvvəl Çin avtomobillərinə, proqram təminatına və avadanlığına qadağa tətbiq etməyə və bu siyasəti ölkə qanununa çevirməyə çağırırıq”, – Bozzella bildirib.
Noyabrda ABŞ-da aralıq seçkilərinin keçirilməsi də Konqresdə qanun layihələrinin irəliləməsinin sürətinə təsir göstərə bilər.
Hazırda həm Nümayəndələr Palatasında, həm də Senatda Çin avtomobillərinə qarşı məhdudiyyətlərin sərtləşdirilməsinə yönəlmiş ikipartiyalı təşəbbüslər mövcuddur.
Senatın Ticarət Komitəsinin irəli sürdüyü qanun layihələrindən biri hətta Almaniyanın Mercedes-Benz şirkətinə də təsir göstərə bilər. Buna səbəb Çinli investorların Mercedes-Benz-də ümumilikdə təxminən 20%-lik paya sahib olmasıdır.
Mercedes-Benz-in də üzv olduğu "Alliance for Automotive Innovatio"n bildirib ki, bütün üzv şirkətlərin ABŞ bazarında fəaliyyətini və inkişafını davam etdirə bilməsi üçün qanunvericilərlə birlikdə “balanslaşdırılmış siyasət” formalaşdırmaq istəyir.
ABŞ avtomobil istehsalçılarını xüsusilə BYD və Geely kimi Çin şirkətlərinin sürətlə qlobal bazarlara daxil olması narahat edir. Çin istehsalçıları daha aşağı qiymətlərlə avtomobillər təklif etməklə rəqabəti gücləndirir və yerli avtomobil istehsalına təzyiq yaradırlar.
BYD, Geely və digər Çin avtomobil şirkətləri son illərdə Avropa, Mərkəzi Amerika və Cənubi Amerika bazarlarına avtomobil ixracını əhəmiyyətli dərəcədə artırıblar.
Bozzellanın sözlərinə görə, Çin avtomobillərinə və yüksək riskli avadanlıq və proqram təminatına daimi qadağanın hazırkı – 119-cu Konqres dövründə qəbul edilməsi Pekinə aydın mesaj göndərəcək.
“Çinin qlobal avtomobil istehsalında dominantlıq strategiyasına ABŞ hökuməti milli təhlükəsizlik siyasəti ilə cavab verəcək”, – Bozzella vurğulayıb.
Qeyd edək ki, elektromobillər sahəsində Çin istehsalçılarının böyük üstünlüyü var. Çin dünyada litium-ion akkumulyatorların istehsalının 75%-dən çoxuna nəzarət edir, akkumulyator batareyalarının orta maya dəyəri isə Qərb ilə müqayisədə təxminən 30% aşağıdır.
Maya dəyərində əldə olunan qənaət müxtəlif əlavə funksiyalara yönəldilib. Qərb istehsalçıları əvvəlcə “elektromobili necə çox bahalı etməmək olar?” sualını həll etməli olduğu halda, Çin istehsalçısı artıq “eyni pula avtomobilə daha nə əlavə etmək olar?” sualına cavab taprırlar.
Qərb avtomobil sənayesində qiymət formalaşdırılması modeli əsasən belə qurulurdu: avtomobilin baza komplektasiyası olur, bütün əlavə funksiyalar isə ayrıca ödəniş tələb edir. Funksiyalar artdıqca avtomobilin qiyməti də yüksəlir.
Çin istehsalçılarının yanaşması isə standart komplektasiyaya mümkün qədər çox funksiyanı daxil etməkdən ibarətdir. Müasir avtomobillərdə funksiyaların böyük hissəsi rəqəmsal olduğundan, Çin avtomobillərində smartfonlara xas məntiq – tez-tez proqram yeniləmələrinin təqdim edilməsi – geniş tətbiq olunmağa başlayıb. Belə funksiyalar istehsalçıya nisbətən ucuz başa gəlir, alıcı isə onları əlavə dəyər kimi qəbul edir və seçim edərkən buna üstünlük verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 saat sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
- 8 d. əvvəl
-
24 d. əvvəl
Azərbaycana Rusiyadan idxal 1 milyard dollar azalıb – Çin liderliyini gücləndirib
-
26 d. əvvəl
Azərbaycanın idxalı 3,4 milyard dollar azalıb, amma ərzaq və avadanlıq idxalı artıb
- 41 d. əvvəl
- 42 d. əvvəl
-
50 d. əvvəl
Qızıl xaric, Azərbaycanın qeyri-neft ixracında artım cəmi 8,3% təşkil edib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda səhiyyə sistemində böyük dəyişiklik – TƏBİB Səhiyyə Nazirliyinə verildi, nazir dəyişdi
-
1 saat əvvəl
Azərbaycana avtomobil idxalında böyük geriləmə – Hibrid və elektromobillərin gətirilməsi çöküb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Oktyabrın 20-də gözlənilən hava şəraiti
Azərbaycanın idxalı 3,4 milyard dollar azalıb, amma ərzaq və avadanlıq idxalı artıb
Buğda idxalı 1 milyon tonu ötüb
ABB-dən "Uşaq yığım" əmanəti ®
Azərbaycanda səhiyyə sistemində böyük dəyişiklik – TƏBİB Səhiyyə Nazirliyinə verildi, nazir dəyişdi
Azərbaycana avtomobil idxalında böyük geriləmə – Hibrid və elektromobillərin gətirilməsi çöküb
PAŞA Bankın səhmləri bahalaşır – İndi almaq, yoxsa gözləmək?
Putin Ukraynanın taleyini Tramp və Si Cinpinlə müzakirə etməyi təklif edib – Zelenski görüşə dəvət olunmaya bilər























