Bakıda beynəlxalq logistika üzrə master-klass keçirilib
Logistika bazarında hansı mütəxəssislərə ehtiyac var? Şirkətlər logistika mütəxəssislərindən nə tələb edir? Logistika sahəsində iş və karyera imkanları gündəmdə: Bakıda master-klass keçirildi.Sentyabrın 8-də Bakıda logistika sahəsinə maraq göstərənlər üçün diqqətçəkən bir tədbir baş tutub. “Beynəlxalq Logistika: İlk addımlar, karyera, bazarın tələbləri” adlanan master-klass bu sahəyə yeni gəlmək istəyənləri və özünü inkişaf etdirməyi hədəfləyənləri bir araya gətirib.
Qlobal ticarətin sürətlə böyüdüyü bir vaxtda peşəkar logistika mütəxəssislərinə ehtiyac da artır. Tədbirə olan böyük maraq da bunu bir daha sübut edib — müraciətlərin çoxluğundan seminar planlaşdırılandan daha geniş konfrans zalında keçirilib.
Təşkilatçılığa Salahov Academy, Salahov Logistics, Alliance Logistics, Alliance Multimodal, Trade Broker 360, CARGOZATrade & Logistics, Salahov Group, Anytech və 360 Marketinq Agentliyi dəstək verib.
Görüşdə hansı mövzular əhatə olundu?
Seminar boyunca sırf praktiki məsələlərə toxunulub:
- Bazarın tələbləri: Böyük şirkətlərin namizədlərdə görmək istədiyi əsas bacarıqlar (hard & soft skills).
- İnkişaf yolu: Sahəyə yeni başlayanların etdiyi klassik səhvlər və ilk addımları doğru atmağın yolları.
- Qlobal daşımalar: Orta Dəhliz, dənizyolu və konteyner daşımalarının dünya ticarətindəki rolu.
- Sahənin incəlikləri: Təchizat zənciri (Supply Chain) ilə logistika arasındakı fundamental fərqlər.
Açıq mikrofon formatında keçən canlı sual-cavab hissəsindən sonra iştirakçılar kofe-breyk zamanı həm bir-biri ilə, həm də sənaye peşəkarları ilə tanış olub fikir mübadiləsi aparıblar.
Təşkilatçı — Salahov Academy
Tədbirin müəllifi olan Salahov Academy nəzəriyyədən daha çox 100% real sektor təcrübəsinə söykənən təlim mərkəzidir. 11 illik təcrübəyə malik Arif Salahovun təsis etdiyi təlim mərkəzi bu gün ölkədə logistika sahəsində qabaqcıl yerlərdən birini tutur.
Mərkəzin əsas göstəriciləri:
- 200-dən çox məzun, 25-dən çox təlim qrupu və 10-dan çox korporativ layihə.
- Tələbə məmnuniyyəti 90%-dən yuxarıdır və hər 3 tələbədən biri bura məsləhət üzərindən gəlir.
- Qlobal coğrafiya: Təlimlərə Azərbaycandan başqa ABŞ, Kanada, Çin, Almaniya, Türkiyə, Qazaxıstan və Gürcüstandan da iştirakçılar qoşulur.
Təlim proqramları və formatlar
Dərslər əyani, onlayn və hibrid formatlarda, Azərbaycan və Rus dillərində keçirilir:
• 0-dan Beynəlxalq Logistika (STANDART və PRO versiyalar)
• Dəniz yolu ilə konteyner daşımaları
• Dəmir yolu ilə yükdaşımalar
• Quru yolu (avto) ilə yükdaşımalar
Tələbələrə təlim müddətində və sonrasında mentor dəstəyi verilir, müəyyən hallarda isə işə düzəlməyə köməklik olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
9 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
10 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti



























