Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq
İki bank birləşir –Nəhəng bankın göstəriciləri açıqlandı.Bank Respublika və AccessBank-ın planlaşdırılan birləşməsi nəticəsində cəmi aktivləri 4,5 milyard manat olan maliyyə institutu formalaşacaq.
Marja.az xəbər verir ki, birləşmiş bankın kredit portfelinin həcmi 3,3 milyard manata çatacaq.
Bank Respublika-nın və AccessBank-ın səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. Əqdin 2026-cı ilin noyabr ayınadək tamamlanması planlaşdırılır.
Səhmlərin alınması başa çatdıqdan sonra Bank Respublika və AccessBank ilkin mərhələdə ayrı-ayrı banklar kimi fəaliyyətlərini davam etdirəcəklər. Növbəti mərhələdə isə bankların müvafiq tənzimləyici tələblər əsasında vahid bankda birləşdirilməsi nəzərdə tutulur.
Açıqlamaya görə, Bank Respublika və AccessBank oxşar korporativ mədəniyyətə və biznes modellərinə malikdirlər. Hər iki bank ölkənin müxtəlif bölgələrində mikro, kiçik və orta sahibkarların maliyyələşdirilməsinə xüsusi diqqət ayırır.
Birləşmənin daha geniş fəaliyyət miqyasına, güclü maliyyə imkanlarına və möhkəm bazar mövqeyinə malik bankın yaradılmasına imkan verəcəyi bildirilir. Yeni maliyyə institutunun müştərilərinə daha geniş məhsul və xidmət imkanları təqdim etməsi gözlənilir.
Bank Respublika-nın Müşahidə Şurasının sədri Şakir Rəhimov bildirib ki, razılaşma bankın inkişafında yeni mərhələnin başlanğıcıdır.
Onun sözlərinə görə, aparıcı beynəlxalq maliyyə institutlarının Bank Respublika-nın səhmdarlarına çevrilməsi bankın həmin qurumlarla uzunmüddətli münasibətlərini yeni tərəfdaşlıq səviyyəsinə yüksəldəcək.
AccessBank-ın Müşahidə Şurasının sədri Oleq İvaniyçuk isə iki bankın birləşdirilməsinin gələcək artım, fəaliyyət miqyasının genişləndirilməsi və Azərbaycan iqtisadiyyatına daha böyük töhfə verilməsi üçün möhkəm zəmin yaradacağını bildirib.
Satınalma və birləşmə prosesinin gedişi barədə hər iki bankın müştərilərinə, tərəfdaşlarına və ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Həmçinin oxu
Bank Respublika AccessBank-ı alırMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
4 d. əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
- 10 d. əvvəl
- 22 d. əvvəl
-
32 d. əvvəl
“Azərpambıq”da yeni təyinat — tanınmış kommunikasiya mütəxəssisi şöbə müdiri oldu
- 56 d. əvvəl
-
1 saat əvvəl
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib ®
-
1 saat əvvəl
Avtomobil sahibləri icbari sığorta haqqını əvvəlcədən hesablaya biləcək
-
2 saat əvvəl
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Ən çox oxunanlar
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti
Azercell yeni “Oyun Portalı”nı istifadəyə verir ®
Xalq Bankdan yeni XalqKart Taksit kartları ®
ABB-nin transformasiyası dünyada dərs nümunəsinə çevrildi ®
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib ®
114 milyon manatlıq dərman zavodu açıldı






















