Bank Respublika AccessBank-ı alır
Azərbaycan bank sektorunda böyük birləşmə: Bank Respublika-nın və AccessBank-ın səhmdarları mühüm əqdi təsdiqləyiblər. Bank Respublika AccessBank-ı tam (100%-ni ) satın alır – Aktivlər 4,5 milyard manata çatacaq.Bank Respublika-nın və AccessBank-ın səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər.
Marja.az xəbər verir ki, əqdin 2026-cı ilin noyabr ayınadək tamamlanması planlaşdırılır.
Əqd çərçivəsində AccessBank-ın mövcud səhmdarları Bank Respublikanın nizamnamə kapitalının ümumilikdə 25 faizini təşkil edən, yeni buraxılacaq imtiyazlı səhmləri əldə edərək Bank Respublikanın səhmdarlarına çevriləcəklər.
Səhmlərin satın alınması başa çatdıqdan sonra Bank Respublika və AccessBank ilkin mərhələdə ayrı-ayrı banklar kimi fəaliyyətlərini davam etdirəcəklər. Onların sonradan vahid bankda birləşdirilməsi müvafiq tənzimləyici tələblərə uyğun həyata keçiriləcək.
Hər iki bank dayanıqlığı ilə seçilən ölkənin aparıcı banklarındandır. Planlaşdırılan birləşmə səhmdarların bankların gələcək böyüməsini və inkişafını dəstəkləmək məqsədilə qəbul etdikləri birgə biznes qərarını əks etdirir.
Bank Respublika və AccessBank oxşar korporativ mədəniyyətə və biznes modellərinə malikdirlər. Hər iki bank Azərbaycanın bütün bölgələrində mikro, kiçik və orta sahibkarlara dəstək göstərilməsinə xüsusi diqqət yetirir. Bu əqd nəticəsində daha geniş fəaliyyət miqyasına, daha güclü maliyyə imkanlarına və daha möhkəm bazar mövqeyinə malik, müştərilərinə daha geniş imkanlar təqdim edən maliyyə institutu formalaşacaq.
Birləşmiş bankın cəmi aktivləri 4,5 milyard manata, kredit portfeli isə 3,3 milyard manata çatacaq.
Bank Respublika-nın Müşahidə Şurasının sədri Şakir Rəhimov bildirib:
“Bu əqd Bank Respublika-nın inkişafında yeni və mühüm mərhələnin başlanğıcı olmaqla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitini, eləcə də onun sahibkarlığa və özəl sektorun inkişafına göstərdiyi güclü və ardıcıl dəstəyi əks etdirir.
Bu mühüm mərhələyə aparan uzun və mürəkkəb proses boyunca göstərdiyi davamlı dəstəyə və konstruktiv əməkdaşlığa görə Azərbaycan Respublikasının Mərkəzi Bankına da dərin minnətdarlığımızı bildiririk.
Beynəlxalq maliyyə institutları uzun illərdir ki, Bank Respublikanın mühüm tərəfdaşlarıdır və maliyyələşdirmə, ekspert dəstəyi və sıx əməkdaşlıq vasitəsilə inkişafımıza töhfə verirlər. İnkişafımızın növbəti mərhələsində aparıcı beynəlxalq maliyyə institutlarının Bank Respublikanın səhmdarlarına çevrilməsi və bununla da uzunmüddətli münasibətlərimizin yeni tərəfdaşlıq səviyyəsinə yüksəlməsi bizi xüsusilə məmnun edir.”
AccessBank-ın Müşahidə Şurasının sədri Oleq İvaniyçuk bildirib:
“Hələ 2018–2019-cu illərdə AccessBank-ın beynəlxalq institusional kreditorları Bankın uğurlu restrukturizasiyası və yenidən kapitallaşdırılması üçün səylərini birləşdirmişdilər. Asiya İnkişaf Bankının (ADB) və responsAbility-nin rəhbərliyi ilə həyata keçirilən restrukturizasiya nəticəsində institusional kreditorlar Bankın yeni səhmdarlarına çevrilmiş, Bankın korporativ idarəetməsi gücləndirilmiş, fəaliyyətinin hərtərəfli yenidən təşkili və təkmilləşdirilməsi dəstəklənmişdir.
Həmin dövrdən etibarən AccessBank Azərbaycanın bank sektorunun inkişafına, eləcə də ölkə üzrə sahibkarların və müəssisələrin maliyyələşdirilməsinə mühüm töhfə verən, yüksək nəticələr göstərən, güclü və səmərəli idarə olunan maliyyə institutuna çevrilmişdir.
Bu gün həmin inkişaf yolunda növbəti mühüm mərhələyə qədəm qoyuruq. Azərbaycanda özəl sektorun və maliyyə sektorunun inkişafına uzunmüddətli sadiqliyini qoruyaraq, AccessBank-ın beynəlxalq səhmdarları Bankın inkişafının növbəti mərhələsini ölkənin aparıcı maliyyə institutlarından biri olan Bank Respublikaya etibar edirlər. Bir-birini tamamlayan iki güclü bankın birləşdirilməsi gələcək artım, fəaliyyət miqyasının genişlənməsi və Azərbaycan iqtisadiyyatına daha böyük töhfə verilməsi üçün möhkəm zəmin yaradır.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Bu mühüm mərhələyə çatmaq AccessBank və onun səhmdarlarının, Bank Respublika və onun səhmdarlarının, eləcə də Azərbaycan Respublikası Mərkəzi Bankının ortaq baxışı, qətiyyəti və sıx əməkdaşlığı sayəsində mümkün olmuşdur. Həmçinin, fədakarlıqları və peşəkarlıqları ilə Bankın uğurlu transformasiyasında həlledici rol oynamış AccessBank rəhbərliyinə və əməkdaşlarına səmimi minnətdarlığımı bildirmək istərdim.”
Satınalma və birləşmə prosesinin gedişi barədə ictimaiyyətə, hər iki bankın müştərilərinə, tərəfdaşlarına və digər maraqlı tərəflərə mütəmadi məlumat veriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
2 d. əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
- 8 d. əvvəl
- 20 d. əvvəl
-
30 d. əvvəl
“Azərpambıq”da yeni təyinat — tanınmış kommunikasiya mütəxəssisi şöbə müdiri oldu
- 54 d. əvvəl
-
1 saat əvvəl
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib ®
-
1 saat əvvəl
Avtomobil sahibləri icbari sığorta haqqını əvvəlcədən hesablaya biləcək
-
2 saat əvvəl
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Ən çox oxunanlar
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti
Azercell yeni “Oyun Portalı”nı istifadəyə verir ®
Xalq Bankdan yeni XalqKart Taksit kartları ®
ABB-nin transformasiyası dünyada dərs nümunəsinə çevrildi ®
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib ®
114 milyon manatlıq dərman zavodu açıldı























