Xankəndidə 3 avtobus marşrutu “BakuBus”a verildi
Bakı-Xaçmaz və Lənkəran-Masallı marşrutlarının yeni daşıyıcıları məlum oldu.Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Lənkəran-Masallı, Masallı-Lənkəran, Bakı-Xaçmaz şəhərlərarası, eləcə də Xankəndidə 1, 2 və 3 nömrəli şəhərdaxili avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
AYNA-nın yaydığı məlumatda bildirilir ki,
Lənkəran-Masallı və Masallı-Lənkəran marşrutları üzrə hüquqi şəxs "Logistics and Transport Services" MMC;
Bakı-Xaçmaz marşrutu üzrə fiziki şəxs Əkbərova Mehriban Telman qızı;
Xankəndi şəhərində 1 nömrəli (Qarabağ Universitetinin Klinikası – Zəfər Parkı), 2 nömrəli (Kərkicahan qəsəbəsi – Təbriz küçəsi) və 3 nömrəli (Qarabağ Universitetinin Klinikası – şəhər mərkəzi) marşrutlar üzrə hüquqi şəxs "BakuBus" MMC qalib elan olunublar.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
"Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır", - məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
17 d. əvvəl
Advisory Banking: Biznesin ehtiyacını anlayan bank modelinə doğru
-
19 d. əvvəl
Şavkat Mirziyoyev: "6 iqtisadiyyat – 1 məhsul” formuluna keçməliyik
-
23 d. əvvəl
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim etdi! ®
-
31 d. əvvəl
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
- 33 d. əvvəl
- 46 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Unicapital mövqeyini gücləndirməyə davam edir: həcmlərdə 3,2 dəfə artım
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Advisory Banking: Biznesin ehtiyacını anlayan bank modelinə doğru
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim etdi! ®
Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir
Böyük bankdan yeni dollar proqnozu
Ən çox oxunanlar
Ryazanda "Yandex"in data-mərkəzinə PUA zərbəsi endirilib
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Azərbaycan neftinin son qiyməti
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir






















