Türkiyənin məşhur qəhvə şəbəkəsinin 70%-i ərəb şirkətinin nəzarətinə keçir
BƏƏ şirkəti Espressolab-ın 70%-ni alırBirləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən “Mair Group” Türkiyənin qəhvə şəbəkəsi Espressolab-ın sahibi olan “Eslab Kahve” şirkətinin kapitalının 70%-ni almaq üçün razılaşma imzalayıb.
Marja xəbər verir ki, bu əməliyyat “Mair Group”un 2024-cü ilin sonunda Abu-Dabi Qiymətli Kağızlar Birjasında ticarətə başlamasından sonra həyata keçirdiyi ilk beynəlxalq satınalma olacaq.
Razılaşmaya əsasən, “Eslab Kahve”nin təsisçiləri və mövcud səhmdarları şirkətdə 30% paya sahib olmağa davam edəcəklər. Təsisçi tərəfdaşlar eyni zamanda şirkətin qarşıdakı dövrdə böyüməsi və inkişafı prosesində iştiraklarını davam etdirəcəklər.
Tərəflər “Mair Group”un Espressolab-ın sahibi “Eslab Kahve”nin 70%-lik payı üçün nə qədər ödəyəcəyini açıqlamayıblar.
Səhm ötürülməsi icazələrdən sonra baş tutacaq
Səhmlərin ötürülməsi üçün aidiyyəti ölkələrdə tənzimləyici qurumlardan tələb olunan icazələrin alınması və müqavilədə nəzərdə tutulan bağlanış şərtlərinin yerinə yetirilməsi tələb olunur.
“Mair Group”un baş direktoru və qrup CEO-su Nehayan Hamad Alameri bildirib ki, sövdələşmə şirkətin investisiya portfelinin şaxələndirilməsi baxımından mühüm addımdır.
Onun sözlərinə görə, bu əməliyyat qrupun strategiyasını BƏƏ-dəki əsas pərakəndə satış və kommersiya daşınmaz əmlakı fəaliyyətindən kənara çıxararaq, miqyaslana bilən və françayzinq əsaslı modelə malik, beynəlxalq səviyyədə tanınan istehlak brendinə genişləndirir.
Alameri həmçinin qeyd edib ki, sövdələşmə Espressolab-ın beynəlxalq əhatə dairəsi və brend imkanları ilə “Mair Group”un investisiya və təşkilati gücünü birləşdirərək strateji sinerji yaradacaq.
“Mair Group” Espressolab-ın təsisçiləri və idarəetmə komandası ilə tərəfdaşlıq edərək şirkətin həm Türkiyədə, həm də beynəlxalq bazarlarda böyüməsini dəstəkləməyi planlaşdırır.
2026-cı ilin avqust ayına olan məlumata görə, Espressolab 21 ölkədə 400-dən çox kafedən ibarət şəbəkəyə malikdir. Bunlardan 310-dan çoxu Türkiyədə, 50-dən artıq şəhərdə fəaliyyət göstərir.
Abu-Dabi mərkəzli “Mair Group” pərakəndə satış və kommersiya daşınmaz əmlakı başda olmaqla müxtəlif sahələrə investisiya yatırır.
Azərbaycan mətbuatında dərc olunmuş məlumatlara görə, Espressolab, Türkiyənin məşhur qəhvəxana şəbəkəsidir və Azərbaycanda "Espressolab Az" MMC vasitəsilə təmsil olunur. Azərbaycanda rəsmi olaraq qeydiyyata alınan “Espressolab Az” MMC-nin dövlət reyestrindəki rəsmi hüquqi ünvanı paytaxtın Nərimanov rayonu, Ak. Murtuza Nağıyev küçəsi, ev D1, mənzil 10 olaraq göstərilir. Şirkətin qurucusu və qanuni təmsilçisi deputat Cavanşir Paşazadənin oğlu Şahin Paşazadədir.
Azərbaycanda Espressolab kafesinin açılışı barədə məlumat yoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
1 gün sonra
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
-
10 d. əvvəl
Dövlətin verdiyi avadanlıqları satdı – İş Ali Məhkəməyə qədər gedib çıxdı
- 24 d. əvvəl
- 34 d. əvvəl
- 35 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
MİDA 1049 mənzili satışa çıxarır — qiymətlər 43 min 225 manatdan başlayır
-
1 saat əvvəl
Azərbaycanın da üzv olduğu investisiya fonduna yeni prezident seçilib
-
1 saat əvvəl
Mənfəəti 52 faizə yaxın artan şirkət yeni istiqrazlar buraxmağa hazırlaşır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
“Mercedes-Benz” Almaniyadakı bütün yeni investisiyalarını dayandırır – Zavodların bağlanması gündəmdədir
Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Nvidia-nın yeni rəhbəri kimdir? – 13 ildir şirkətdə çalışan qadın dünyanın ən böyük çip istehsalçısına rəhbərlik edəcək
Nvidia-da casusluq qalmaqalı böyüyür – Censen Huanq istefa verdi
Əliyevlə Paşinyanın görüşü keçirilib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi






















