2026-cı ilin sonuna 10 restoran, hədəfdə isə 40 obyekt
“Burger King” Azərbaycanda böyük genişlənməyə hazırlaşır – 40 restoran planı. “Burger King” Azərbaycanda komandasını əhəmiyyətli dərəcədə böyüdəcək“Burger King” Azərbaycanda restoran şəbəkəsini əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırır.
Şirkətdən Marja.az-a verilən məlumata görə, 2026-cı ilin sonuna qədər ölkədə fəaliyyət göstərən “Burger King” restoranlarının sayının 10-a çatdırılması nəzərdə tutulur.
Şirkət bununla kifayətlənməyərək yaxın perspektivdə Azərbaycandakı restoran şəbəkəsini 40 obyektədək genişləndirməyi planlaşdırır.
“Biz Azərbaycanda brendi inkişaf etdirməyə və komandamızı genişləndirməyə davam edirik. Yaxın perspektivdə restoran şəbəkəsinin 40 obyektədək genişləndirilməsi planlarına uyğun olaraq şirkət əməkdaşlarının sayının da əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur”, – “Burger King Azerbaijan”dan bildirilib.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Beləliklə, planlaşdırılan genişlənmə təkcə yeni restoranların açılmasını deyil, eyni zamanda şirkətin Azərbaycandakı əməkdaşlarının sayının artırılmasını da nəzərdə tutur.
Hazırda Azərbaycanda “Burger King” restoranları “BK Azerbaijan” MMC tərəfindən idarə olunur. Şirkət brendin yerli bazarda inkişafını davam etdirərək yeni restoranların açılması və komandanın genişləndirilməsi istiqamətində fəaliyyət göstərir.
“Burger King” dünyanın 110-dan çox ölkəsində fəaliyyət göstərən beynəlxalq sürətli xidmət restoranları brendlərindən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
22 saat sonra
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
- 9 d. əvvəl
-
24 d. əvvəl
PMD Projects-in təşkilatçılığı ilə III Dayanıqlı Tikinti Sammiti keçirilib
-
24 d. əvvəl
Bitkiçilikdə sürətlənmə, heyvandarlıqda zəifləmə - Kənd təsərrüfatının 10 aylıq göstəriciləri
-
35 d. əvvəl
"Böyük Britaniya Azərbaycanda Avropanın ən böyük investorudur"
-
1 saat əvvəl
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
-
2 saat əvvəl
Pambıq tədarükçüləri ilə fermerlər arasında ödəniş problemi – Nazirlik müdaxilə edə bilmir
-
2 saat əvvəl
Dövlətin verdiyi avadanlıqları satdı – İş Ali Məhkəməyə qədər gedib çıxdı
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
Pambıq tədarükçüləri ilə fermerlər arasında ödəniş problemi – Nazirlik müdaxilə edə bilmir
Ən çox oxunanlar
“Mercedes-Benz” Almaniyadakı bütün yeni investisiyalarını dayandırır – Zavodların bağlanması gündəmdədir
Azərbaycanda tikinti sektoru 6,8% kiçilib
Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Azərbaycan neftinin son qiyməti

























