Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
161 və 218 nömrəli marşrutların yeni daşıyıcıları açıqlanıb. Bakı–Xudat, Bakı–İmişli və Sumqayıt–Quba marşrutlarında qaliblər bəlli olub.Sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq paytaxtın 161 və 218 nömrəli şəhərətrafı, eləcə də Bakı-İmişli, Bakı-Qusar, Bakı-Quba, Bakı-Xudat və Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Bu barədə AYNA məlumat yayıb.
Qeyd edilib ki, 5 şəhərlərarası və paytaxtın 2 şəhərətrafı marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib:
- Əmircan və Hövsan qəsəbələrini əlaqələndirən 161 nömrəli şəhərətrafı avtobus marşrutu üzrə hüquqi şəxs "Çinar-Trans" MMC;
- Türkan qəsəbəsini metronun “Əhmədli” stansiyası ilə əlaqələndirən 218 nömrəli şəhərətrafı avtobus marşrutu üzrə hüquqi şəxs "Azlənd Plaza" MMC;
- Bakı–Qusar və Bakı–Quba marşrutları üzrə hüquqi şəxs "ALIOSMAN AĞASOY" MMC;
- Bakı–Xudat marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol" MMC;
- Bakı–İmişli marşrutu üzrə fiziki şəxs Mustafayev Bakir Ayaz oğlu;
- Sumqayıt–Quba marşrutu üzrə fiziki şəxs Abbasov Hüseyn Əliabbas oğlu qalib elan olunublar.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
9 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
10 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti

























