Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
Türkiyədə seçki gündəmi indidən qızışdı. Dövlət Baxçalı: Ərdoğan bir daha prezidentliyə namizəd olmalıdır.Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Prezident Rəcəb Tayyib Ərdoğanın növbəti prezident seçkilərində yenidən namizəd olmasını istəyib.
Marja.az xəbər verir ki, Dövlət Baxçalı bunu MHP-nin Türkiyə Böyük Millət Məclisində keçirilən qrup toplantısında çıxışı zamanı bildirib.
Baxçalı seçkilərin 2028-ci ildə keçirilməli olduğunu vurğulayaraq, Ərdoğanın bir dəfə də prezidentliyə namizəd olmasının tərəfdarı olduğunu açıqlayıb.
MHP sədrinin sözlərinə görə, Türkiyənin əldə etdiyi inkişaf tempinin davam etdirilməsi üçün Rəcəb Tayyib Ərdoğanın yenidən namizəd olması və üçüncü dəfə prezident seçilməsi məqsədəuyğundur. Pasted text
Baxçalı bildirib ki, qarşıdakı dövrdə Türkiyə, region və dünya üçün mühüm proseslər gözlənilir və bu mərhələnin idarə olunması üçün təcrübəli siyasi rəhbərliyə ehtiyac var.
“Cumhur İttifaqı”nın prezidentliyə namizədinin yenidən Rəcəb Tayyib Ərdoğan olması bizim arzumuz və tələbimizdir”, – MHP sədri bildirib.
O əlavə edib ki, bunun üçün Ərdoğanın razılığı ilə yanaşı, Türkiyə Böyük Millət Məclisinin də konstitusion iradəsini bu istiqamətdə ortaya qoyması tələb olunur. Baxçalı Ərdoğanın indiyədək nümayiş etdirdiyi liderlik və Türkiyəyə qazandırdığı strateji imkanları onun daha bir müddət prezident postunda qalmasının əsas arqumentlərindən biri kimi göstərib.
Baxçalı çıxışında həmçinin qarşıdakı parlament dövrünün struktur islahatları, “Terrorsuz Türkiyə” hədəfi, iqtisadi və demokratik islahatlar baxımından əhəmiyyətli olacağını bildirib. O, 2028-ci ildə keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkilərinin Türkiyənin siyasi gələcəyi baxımından mühüm mərhələ olacağını vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
1 gün sonra
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
- 7 saat əvvəl
-
11 saat əvvəl
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi
-
11 saat əvvəl
Noyabrın 13-dən 2 marşrut xəttinə yeni avtobuslar buraxılacaq
-
11 saat əvvəl
“Sizin Lombard”dan mövsümə özəl “75/25 Payız fürsəti” davam edir ®
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda alış-veriş edənlərə 175,3 milyon manat geri qaytarılıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi
“Sizin Lombard”dan mövsümə özəl “75/25 Payız fürsəti” davam edir ®
Tramp: “İranla razılaşmaya ehtiyacımız yoxdur”
Ən çox oxunanlar
Azərbaycanda alış-veriş edənlərə 175,3 milyon manat geri qaytarılıb
Kassa aparatlarından keçən milyardlar: 10 ayda 26,1 milyard manat - Qeyd alınan dövriyyə 3,4 milyard manat artıb
Monteneqro Prezidenti ölkəsinin Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq etməsinə aydınlıq gətirib
İnvestorlar ABB-nin istiqrazlarına böyük maraq göstərdilər – Tələb təklifi 7,1 milyon manat üstələdi
“PAŞA Kapital” 2026-cı ilin 10 ayının nəticələrinə görə kapital bazarında lider mövqeyini qoruyub
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub
ABB DigiLife onlayn jurnalını təqdim edib ®


















