FINCA Azərbaycan Lənkəranda maliyyə savadlılığı təlimi və müştərilərlə görüş keçirib ®
Gənclərə şəxsi büdcənin idarə edilməsi və maliyyə risklərindən qorunma yolları öyrədilib.FINCA Azərbaycan əhalinin maliyyə savadlılığının artırılması, maliyyə inklüzivliyinin təşviqi və müştərilərlə birbaşa ünsiyyətin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu çərçivədə Lənkəran Gənclər Evi Sosial Xidmət Müəssisəsinin dəstəyi ilə maliyyə savadlılığına həsr olunmuş maarifləndirici təlim, həmçinin FINCA Azərbaycan müştəriləri ilə görüş təşkil olunub.
Təlimin əsas məqsədi gənclərin şəxsi maliyyənin idarə edilməsi sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onların gündəlik həyatda daha düzgün və düşünülmüş maliyyə qərarları qəbul etmələrinə dəstək olmaq olub.
Tədbir zamanı iştirakçılara şəxsi büdcənin planlaşdırılması, gəlir və xərclərin effektiv idarə olunması, yığım vərdişlərinin formalaşdırılması və maliyyə risklərinin qiymətləndirilməsi barədə məlumat verilib.
Maarifləndirici proqramın digər mühüm istiqaməti rəqəmsal maliyyə təhlükəsizliyi və kiberdələduzluq risklərindən qorunma olub. İştirakçılar şübhəli maliyyə təkliflərinin müəyyən edilməsi, şəxsi məlumatların qorunması və rəqəmsal mühitdə təhlükəsiz maliyyə davranışları ilə bağlı praktiki tövsiyələr əldə ediblər.
Səfər çərçivəsində FINCA Azərbaycanın mövcud müştəriləri ilə də görüş keçirilib. Görüş müştərilərin maliyyə ehtiyaclarını, qarşılaşdıqları çətinlikləri və xidmətlərlə bağlı gözləntilərini daha yaxından öyrənmək, eləcə də onların rəy və təkliflərini birbaşa dinləmək baxımından əhəmiyyətli olub.
FINCA Azərbaycan üçün müştərilərlə davamlı dialoq yalnız xidmət keyfiyyətinin qiymətləndirilməsi deyil, həm də məhsul və xidmətlərin real ehtiyaclara uyğun inkişaf etdirilməsinin vacib hissəsidir. Bu cür görüşlər müştəri təcrübəsinin təkmilləşdirilməsinə və təşkilatla müştərilər arasında qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edir.
FINCA Azərbaycan hesab edir ki, maliyyə xidmətlərinə əlçatanlığın artırılması yalnız kredit məhsullarının təqdim edilməsi ilə məhdudlaşmır. İnsanların maliyyə biliklərinin inkişaf etdirilməsi, məsuliyyətli borclanma mədəniyyətinin təşviqi və müştərilərin ehtiyaclarının düzgün anlaşılması da dayanıqlı maliyyə inklüzivliyinin əsas şərtlərindəndir.
Maliyyə inklüzivliyini və müştəriyönümlü yanaşmanı fəaliyyətinin əsas prinsiplərindən biri kimi müəyyən edən FINCA Azərbaycan bundan sonra da regionlarda maliyyə savadlılığının artırılmasına, müştərilərlə açıq dialoqun inkişafına və maliyyə xidmətlərinin əlçatanlığının gücləndirilməsinə yönəlmiş təşəbbüslərini davam etdirməyi hədəfləyir.
1998-ci ildə təsis edilmiş FINCA Azərbaycan ölkədə mikromaliyyə xidmətləri göstərən aparıcı bank olmayan kredit təşkilatlarından biridir. Təşkilat 1984-cü ildə əsası qoyulmuş beynəlxalq FINCA brendinin FINCA Impact Finance qlobal şəbəkəsinin bir hissəsidir.
Müştərilərin xəbərləri
Laboratoriya analizi və texniki inspeksiya xidmətləri - "STV Engineering" şirkəti "Rebuild Karabakh" sərgisindədir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 7 saat sonra
-
18 d. əvvəl
Bankdan narazı qalan vətəndaşlar nə etməlidirlər? – Şikayət qaydaları
-
- 31 d. əvvəl
-
50 d. əvvəl
Azərbaycan Avropaya 8,6 milyard kubmetr qaz göndərib – Türkiyəyə ixrac 7 milyard kubmetrdir
-
1 saat əvvəl
FINCA Azərbaycan Lənkəranda maliyyə savadlılığı təlimi və müştərilərlə görüş keçirib ®
-
1 saat əvvəl
399,99 manatlıq məhsul 199,99 manata, 99,99 manatlıq məhsul isə 29,99 manata satılacaq ®
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Rabitəbank”ın ipoteka və biznes kreditləri daha sürətlə artır
-
2 saat əvvəl
“Yelo Bank”da şirkətlərin depozitləri 18 milyon manat azalıb – Əhalinin əmanətləri isə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
FINCA Azərbaycan Lənkəranda maliyyə savadlılığı təlimi və müştərilərlə görüş keçirib ®
Konserv istehsalçısına yeni icraçı direktor seçiləcək
“Rabitəbank”ın ipoteka və biznes kreditləri daha sürətlə artır
Ən çox oxunanlar
“Yelo Bank”da şirkətlərin depozitləri 18 milyon manat azalıb – Əhalinin əmanətləri isə artıb
“Yelo Bank”ın kredit portfeli 1 milyard 150 milyon manatı keçib – Ən böyük artım biznes kreditlərindədir
Rəsmi məzənnələr açıqlandı
























