Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycana avtomobil idxalında böyük geriləmə – Hibrid və elektromobillərin gətirilməsi çöküb

Azərbaycana 473 milyon dollar daha az avtomobil gətirilib. Ölkəyə 27 mindən çox az minik avtomobili gətirilib. Hibridlərin idxalı 62% azalıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana avtomobil idxalında böyük geriləmə – Hibrid və elektromobillərin gətirilməsi çöküb
iç səhifə xəbər şəkil altı (mobil)_32

2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycana avtomobil idxalı kəskin azalıb. Ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27 min 982 ədəd və ya 32,8% azalıb.

Marja.az Dövlət Gömrük Komitəsinin açıqladığı hesabatların müqayisəsinə istinadən xəbər verir ki, 2026-cı ilin ilk 9 ayında Azərbaycana 1 milyard 132 milyon 197 min ABŞ dolları dəyərində 57 min 275 ədəd avtomobil idxal olunub.

2025-ci ilin eyni dövründə isə ölkəyə 1 milyard 605 milyon 21 min dollar dəyərində 85 min 257 ədəd avtomobil gətirilmişdi.

Beləliklə, avtomobil idxalına sərf olunan vəsait 472 milyon 824 min dollar və ya 29,5% azalıb.

Minik avtomobillərinin idxalı 35% azalıb

2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycana 50 min 898 ədəd minik avtomobili və əsasən sərnişin daşınması üçün nəzərdə tutulan digər nəqliyyat vasitələri idxal olunub. Bu kateqoriya üzrə idxalın statistik dəyəri 943 milyon 227 min dollar təşkil edib.

2025-ci ilin müvafiq dövründə isə 1 milyard 431 milyon 843 min dollar dəyərində 78 min 205 ədəd minik avtomobili idxal edilmişdi. Beləliklə, minik avtomobillərinin idxalı say baxımından 27 min 307 ədəd və ya 34,9%, dəyər baxımından isə 488 milyon 616 min dollar və ya 34,1% azalıb.

Hibrid avtomobillərin idxalında kəskin azalma

Hesabatların müqayisəsi göstərir ki, ən böyük azalma hibrid avtomobillərin idxalında qeydə alınıb. Xarici elektrik mənbəyindən doldurulmayan hibrid avtomobillərin idxalı 2025-ci ilin ilk 9 ayındakı 12 min 555 ədəddən 2026-cı ilin eyni dövründə 5 min 174 ədədə düşüb. Beləliklə, bu kateqoriya üzrə idxal 7 min 381 ədəd və ya 58,8% azalıb.

Xarici elektrik mənbəyindən doldurula bilən hibrid avtomobillərin (plug-in hybrid) idxalı isə daha ciddi azalma göstərib.

Belə avtomobillərin idxalı 31 min 873 ədəddən 11 min 621 ədədə geriləyib. Bu, 20 min 252 ədəd və ya 63,5% azalma deməkdir.

Ümumilikdə hər iki kateqoriya üzrə hibrid avtomobillərin idxalı 44 min 428 ədəddən 16 min 795 ədədə enib. Beləliklə, hibrid avtomobil idxalı 62,2% azalıb.

Elektromobil idxalı 56% azalıb

Yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələrinin idxalında da ciddi azalma qeydə alınıb. 2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycana 48 milyon 211 min dollar dəyərində 1559 ədəd elektromobil idxal edilmişdi.

2026-cı ilin eyni dövründə isə bu göstərici 17 milyon 541 min dollar dəyərində 680 ədədə düşüb. Beləliklə, elektromobillərin idxalı say baxımından 879 ədəd və ya 56,4%, dəyər baxımından isə təxminən 63,6% azalıb.

Yük və xüsusi təyinatlı avtomobillərin idxalı

2026-cı ilin ilk 9 ayında Azərbaycana 5383 ədəd yük avtomobili idxal edilib. 2025-ci ilin eyni dövründə bu göstərici 6030 ədəd olmuşdu. Beləliklə, yük avtomobillərinin idxalı 10,7% azalıb.

Sürücü daxil olmaqla 10 nəfər və daha çox adam daşımaq üçün nəzərdə tutulan nəqliyyat vasitələrinin idxalı 652 ədəddən 527 ədədə düşüb. Bu kateqoriyada azalma 19,2% təşkil edib.

Xüsusi təyinatlı nəqliyyat vasitələrinin idxalı isə əksinə, 370 ədəddən 467 ədədə yüksələrək 26,2% artıb.

Avtomobil idxalı 2026 Azərbaycan avtomobil bazarı Dövlət Gömrük Komitəsi DGK avtomobil statistikası minik avtomobillərinin idxalı hibrid avtomobil idxalı plug-in hybrid elektromobil idxalı elektrik avtomobilləri avtomobil bazarı 2026 avtomobil idxalının azalması Azərbaycana gətirilən avtomobillər
19.10.2026 11:06
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19