Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Küləkli havada iş qaydaları dəyişir

Açıq havada çalışanlarla bağlı Əmək Məcəlləsinə dəyişiklik hazırlanıb. Külək 8 balı keçdikdə kranlarla bütün işlərin dayandırılması təklif olunur
iç səhifə xəbər başlığı altı (mobil)_31
Küləkli havada iş qaydaları dəyişir
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycanda küləkli hava şəraitində açıq iş yerlərində əməyin tənzimlənməsi, həmçinin quruda istismar olunan kranlarla işlərin dayandırılması şərtlərinin dəqiqləşdirilməsi təklif olunur.

Marja.az xəbər verir ki, bu, Milli Məclisin saytında dərc edilmiş Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində nəzərdə tutulur.

Layihəyə əsasən, küləyin gücü 6 baldan 8 baladək olduqda quruda istismar olunan kranlarla işlərin görülməsinə yalnız həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol veriləcək.

Küləyin gücü 8 baldan artıq olduqda isə bu kranlarla görülən bütün növ işlər hər bir halda dayandırılacaq.

Küləkli havada açıq iş yerləri də əhatə olunacaq

Əmək Məcəlləsinin 233-cü maddəsinin adına və mətninə küləkli hava şəraiti ilə bağlı əlavələr təklif edilir. Dəyişiklik açıq şəraitli iş yerlərini, o cümlədən həmin iş yerləri üzrə qurğuları əhatə edəcək.

Məcəllənin işin dayandırılması və işçilərə fasilələrin verilməsi şərtlərini müəyyənləşdirən 2-ci əlavəsinin adına da küləkli hava şəraitinin daxil edilməsi nəzərdə tutulur.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Əmək Məcəlləsi küləkli havada iş kranlarla iş əməyin mühafizəsi işin dayandırılması işçilərə fasilə Milli Məclis.
06.11.2026 09:49
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19