970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda it və pişiklərə pasport almaq 50 faiz bahalaşır

Ev heyvanları sahiblərinə yeni xərc – Baytarlıq pasportunun qiyməti artırılır. İt və pişiklər üçün pasport rüsumu 20 manatdan 30 manata qaldırılır.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda it və pişiklərə pasport almaq 50 faiz bahalaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Baytarlıq pasportunun verilməsinə dövlət rüsumu 30 manat olacaq.

Bu, "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyən edilib.

Nazirlər Kabinetinin 09.03.2011-ci il tarixli 38 nömrəli qərarı ilə təsbit edilmiş "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları"na uyğun olaraq, ev heyvanlarının xarici ölkəyə aparılması müvafiq pasportun tərtib olunması ilə həyata keçirilir.

Bununla əlaqədar 2024-cü ildə 2073, 2025-ci ildə isə 2114 müraciət üzrə baytarlıq pasportu təqdim olunub.

Qeyd olunan illər ərzində edilən müraciət sayının, pasportun verilməsi üçün sərf olunan maliyyə resurslarının və digər xərclərin artması səbəbindən baytarlıq pasportunun verilməsi üçün dövlət rüsumunun 20 manatdan 30 manata qaldırılması təklif olunur.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Baytarlıq pasportu it pasportu pişik pasportu ev heyvanlarının pasportu baytarlıq pasportu qiyməti 30 manat dövlət rüsumu it və pişik sahibləri ev heyvanlarının xaricə aparılması Dövlət rüsumu haqqında qanun baytarlıq xidmətləri ev heyvanları Azərbaycanda dövlət rüsumları pasport rüsumunun artırılması.
06.11.2026 09:07
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19