970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Şərab şirkətinin adının dəyişdirilməsi və artan vergi borclarının ödənilməsi müzakirə olunacaq

“Gəncə Şərab-1” səhmdarlarını növbədənkənar yığıncağa çağırıb. “Gəncə Şərab-1”də yeni idarəetmə və ad dəyişikliyi gündəmdədir. “Gəncə Şərab-1” səhmdarları artan vergi və DSMF borclarının ödənilməsi yollarını müzakirə edəcəklər. “Gəncə Şərab-1”in yeni nizamnaməsi səhmdarların təsdiqinə çıxarılacaq
AzVak-mobil_resmin_ustu_31
Şərab şirkətinin adının dəyişdirilməsi və artan vergi borclarının ödənilməsi müzakirə olunacaq
iç səhifə xəbər şəkil altı (mobil)_32

“Gəncə Şərab-1” ASC-nin səhmdarları şirkətdə yeni idarəetmənin formalaşdırılmasını, firma adının dəyişdirilməsini və artan borcların ödənilməsi yollarını müzakirə edəcəklər. Səhmdarların növbədənkənar ümumi yığıncağı 17 dekabr 2026-cı il tarixində saat 15:00-da keçiriləcək.

Marja.az cəmiyyətin elanına istinadən xəbər verir ki, yığıncağın gündəliyinə idarəetmə üzrə səlahiyyətlərin müəyyən edilməsi və nizamnamənin yeni redaksiyada təsdiqi də daxildir. Səhmdarlar vergi, Dövlət Sosial Müdafiə Fondu (DSMF) və digər borcların ödənilməsi yollarını, eləcə də gündəlikdəki məsələlərlə əlaqədar qanunvericilikdən irəli gələn məsələləri nəzərdən keçirəcəklər.

Yığıncaq Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi, ev 56 ünvanında keçiriləcək. Səhmdarlar gündəliklə həmin ünvanda tanış ola bilərlər.

İştirakçıların qeydiyyatı yığıncaqdan iki saat əvvəl, saat 13:00-da başlayacaq. Qeydiyyat üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir. Səhmdarlar yığıncaqda şəxsən və ya notariat qaydasında təsdiqlənmiş etibarnamə əsasında nümayəndə vasitəsilə iştirak edə bilərlər.

Elanı Mirabbas Həmid oğlu Məmmədovun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Mirməhəmməd Həmid oğlu Məmmədov imzalayıb. Cəmiyyətin VÖEN-i 2300373041-dir.

Gəncə Şərab-1 ASC Gəncə Şərab-1 səhmdarları növbədənkənar ümumi yığıncaq Gəncə Şərab-1 ad dəyişikliyi yeni idarəetmə nizamnamə dəyişikliyi vergi borcu DSMF borcu 2300373041
17.11.2026 10:43
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19