Yağ və süd tozu üzrə beynəlxalq qiymətlər aşağı düşüb
Oktyabr ayında ərzaq qiymətləri, qismən, süd məhsulları səbəbindən 2011-ci ildəki rekord qiymət göstəricisindən ortalama 27% aşağı düşüb.
Bu barədə "Marja"ya FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisindən bildirilib.
BMT-nin ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiymətləri indeksinin orta göstəricisi oktyabr ayı üçün 176,4 % faiz təşkil edib. Bu, sentyabr ayının göstəricisindən 1,3 % aşağı olsa da bir il öncəki göstəricidən 2,5 % çoxdur.
FAO ərzaq qiymətləri indeksi ərzaq səbəti üzrə beynəlxalq qiymətlərdəki aylıq dəyişikliyin göstəricisidir.
Süd məhsulları üzrə FAO qiymət indeksi may ayından etibarən ilk dəfə olaraq bu ay ərzində 4,2 % azalıb.
İdxalçılar Okeaniyadan yeni idxal gözləyərək alışa can atmadığından yağ və süd tozu üzrə beynəlxalq qiymət göstəriciləri oktyabr ayında enib. Eyni zamanda, Avropa Birliyi ölkələrində tələbatın aşağı olması və ehtiyatların həddən artıq çoxluğu da süd tozunun qiymətini aşağı salıb.
İstehsalda müsbət gözləntilər fonunda əsas palma və soya yağının qiymətinin düşməsi nəticəsində bitki yağları üzrə FAO qiymət indeksi sentyabr ayı ilə müqayisədə 1,1 % enib.
Braziliyanın valyutasındakı zəifləmə, AB ölkələrində şəkər çuğunduru məhsulunda gözlənilən artım və Rusiya Federasiyasında böyük istehsal şəkər üzrə FAO qiymət indeksinin 0,7 % düşməsinə təsir göstərib.
Donuz ətiixracatçıları arasında artan rəqabət və idxala tələbin artmaması beynəlxalq qiymətləri aşağı saldığından ət üzrə FAO qiymət indeksi 0,9 % düşüb.
Buğdanın qiymətinin əsasən aşağı olmasına rəğmən düyünün qiymətinin yüksəlməsi dənli bitkilər üzrə FAO qiymət indeksində 0,4%-lik artıma səbəb olub.
Dənli bitkilər istehsalı yeni rekorda doğru
FAO-nun bu gün nəşr olunan “Dənli bitkilərin tələb və təkifiicmalı”na əsasən, 2017-ci il üçün dünya üzrə dənli bitkilər istehsalının 2016-cı ildəki rekord göstəricini azca ötəcəyi proqnozlaşdırılır.
Cənubi Amerika və Afrikada əkinlərin genişlənməsi səbəbindən dünya üzrə yemlik taxıl istehsalının yeni rekord vuracağı gözlənilir. Əksinə, ABŞ-da məhsulun aşağı olacağı proqnozları fonunda buğda istehsalının azacıq azalacağı proqnozlaşdırılır. Düyü istehsalı həcmi isə, əsasən, stabil qalacaq.
Son FAO hesablamaları gələn il dünya üzrə dənli bitkilərin istifadəsində 1% artım olacağını və 2018-ci il mövsümünün sonunadək dənli bitkilər ehtiyatının yeni rekord göstəriciyə yüksələcəyini bildirir. Düyü və yemlik taxıl üzrə qlobal ehtiyatlarının da yeni rekord vuracağı proqnozlaşdırılır.
Böyük ixrac ehtiyatlarını nəzərə alsaq gələn il əsas ixracatçılar arasında rəqabətin gərgin olaraq qalacağını, buğda ticarətinin gözlənilən zəifləməsi fonunda isə qarğıdalı və düyü üzrə ticarət həcminin artacağını demək olar.
FAO noyabrın 9-da yayacağı “Food Outlook” hesabatında əsas ərzaq əmtəə istiqamətləri barədə ətraflı məlumat verəcək.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 14 saat sonra
-
-
1 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 2 saat əvvəl
-
4 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
4 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb



























