"Kinder sürpriz”də xərçəng yaradan maddə tapılıb
"Kinder sürpriz”də kanserogen maddə tapılıb.
Bu haqda Almaniyada istehlakçıların hüquqlarını müdafiə edən təşkilat məlumat yayıb. Nüfuzlu xarici KİV-də yazılıb ki, üzərində ekspertiza aparılan 5 məhsulda mineral yağların təhlükəli konsentrasiyasının normadan artıq olduğu üzə çıxıb. Bu yağlar adətən neft emalı prosesində yaranır.
Məlumata görə, kanserogen maddə şokoladın örtüldüyü kağızda yaranır və şokolada keçir.
"Biz istehlakçılara bu məhsulu almamağı məsləhət görürük. Çünki MOAH birləşməsi qida üçün qətiyyən uyğun deyil”, – deyə təşkilatın rəhbəri bildirib. Bu təşkilat "Kinder” məhsullarının satışdan yığışdırılması məsələsini də qaldırıb, lakin hələ ki, müsbət cavab almayıb. Konditerlər Assosiasiyası isə bildirib ki, bu konsentrant narahatlıq yaratmır və alıcılar təşvişə düşməməlidir.
Rusiyalı mütəxəsislər də təsdiqləyib ki, texniki yağın kağızdan şokolada keçməsi, ordan da orqanizmə düşməsi ciddi allergik reaksiyalar, zərərli maddələrin toplanması və sonda xərçənglə nəticələnə bilər.
Ekspertlər şokolad istehsalında hansısa texniki səhvin baş verdiyini, lakin brendin öz alıcılarını itirməmək üçün bu səhvi ört-basdır etməyə çalışdıqlarını güman edir.
Həkim-pediatrlar isə "Kinder sürpriz”in uşağın mədə, qaraciyər və sinir sistemini zədələyəcəyini bildirib. Çünki neftdən ayrılan maşın yağının orqanizmə düşməsi və qəbul olunması ölümcül təhlükədir.
© Medicina
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 23 saat sonra
-
-
23 d. əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 35 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
1 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
1 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
1 saat əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır























