Banklar yenidən qeyri-faiz əməliyyatlarından zərər etməyə başlayıb
2017-ci ilin yanvar-noyabr aylarının yekunlarına görə, Azərbaycanda fəaliyyət göstərən bankların qeyri-faiz xərcləri qeyri-faiz gəlirlərini 1,2 milyon manat üstələyib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, 11 ay ərzində banklar qeyri-faiz əməliyyatlarından 872,7 milyon manat gəlir əldə edib, əvəzində bu əməliyyatlara 873,9 milyon manat xərc çəkib. Bu, 2 aylıq fasilədən sonra ilk mənfi saldodur.
Ötən il bankların qeyri-faiz əməliyyatlarından ən böyük zərəri yanvar ayının yekununda qeydə alınıb - 371,2 milyon manat. Buna səbəb bankların ay ərzində nəinki qeyri-faiz gəlirləri əldə etməsi, əksinə qeyri-faiz əməliyyatlarından 303,8 milyon manat zərərə düşməsi, üstəlik bu əməliyyatlara 67,4 milyon manat xərc çəkməsidir.
Növbəti aylarda isə kredit təşkilatlarının qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini üstələyib. Bu tendensiya 4 ay - fevral, mart, aprel və may aylarının yekununda davam edib. İyun, iyul və avqust aylarının yekununda qeyri-faiz əməliyyatları zərərli, sentyabr və oktyabr aylarının yekununda isə yenidən mənfəətli olub.
Hesabat dövrü | Qeyri-faiz gəlirləri (milyon manat) | Qeyri-faiz xərcləri (milyon manatla) | Saldo (milyon manatla) |
Yanvar | -303,8 | -67,4 | -371,2 |
Yanvar-fevral | 163,8 | -144,7 | 19,1 |
Yanvar-mart | 272,0 | -221,0 | 51,0 |
Yanvar-aprel | 364,0 | -306,8 | 57,2 |
Yanvar-may | 408,3 | -403,8 | 4,5 |
Yanvar-iyun | 460,3 | -476,0 | -15,7 |
Yanvar-iyul | 497,3 | -553,4 | -56,1 |
Yanvar-avqust | 537,4 | -630,3 | -92,9 |
Yanvar-sentyabr | 779,7 | -708,5 | 71,2 |
Yanvar-oktyabr | 828,9 | -789,5 | 39,4 |
Yanvar-noyabr | 872,7 | -873,9 | -1,2 |
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 9 saat sonra
-
5 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















