Şirkətlərin media aktivliyinin reytinqi hesablanıb - İLK 3-LÜKLƏR
MEDİA MONİTORINQİN NƏTİCƏLƏRİNƏ DAİR AYLIQ HESABAT
“Media Consulting and Services” 01-31 Dekabr 2017-ci il dövrü üzrə məlumatların ilkin hesabatını başa çatdırıb. Medianın əhatəsinə daxil olan məlumatlar media qrupu tərəfindən kəmiyyət, keyfiyyət, xarakter (tonallıq) və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media aktivliyinin reytinqi hesablanıb.
Şirkətin məlumatında qeyd edilir ki, media monitorinq qrupu 10 Televiziya, 55 çap və 550 on-line media daxil olmaqla 615-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Monitorinq qrupu 22 sektorun, o cümlədən Enerji-yanacaq, İKT, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.
Məşhur 5 sektorda ad hallanması üzrə məlumatların ümumi dinamikası aşağıdakı kimidir:
1. Banklar 27890
2. Universitetlər 15174
3. Mobil Rabitə 2321
4. Sığorta şirkətləri 1443
5. Otellər 863
Aparıcı 5 sektor üzrə adı mediada ən çox hallanan qurumları təqdim edirik:
Banklar: 27890 ədəd ad hallanan yazı
1.ABB -1753
2.Dəmir Bank -1444
3.Kapital Bank - 969
Bankların media aktivliyi dekabr ayında noyabr ayı ilə müqayisədə daha çox olub. Belə ki, 2017-cı ilin noyabr ayında 25059 bank adı hallanan yazı müşahidə edilib. Hesabat ayında əvvəlki aylardan fərqli olaraq Dəmir Bankın adının kəskin hallanmasını qeyd edə bilərik. Dəmir Bank haqqında dərc olunan məlumatların əksəriyyəti bankın lisenziyasının ləğv edilməsi ətrafında cərəyan edir. Hesabat dövründə bank sektorunun əsas mövzuları bankların bağlanması (və ya bağlanacağı), əmanətlərin və kreditlərin qaytarılmaması ilə bağlıdı.
Universitetlər: 15174 ədəd ad hallanan yazı
1. BDU - 1601
2. UNEC - 1130
3. BANM- 929
Qeyd edək ki, hazırda 22 universitet və ya ali məktəbin ölkə mediasında yer alan məlumatlarının statistikasını aparırıq.
Mobil Rabitə: 2321 ədəd ad hallanan yazı
1.Azercell -1047
2.Nar Mobile - 664
3.Bakcell - 610
Dekabr ayında bank sektorunda müşahidə edilən tendensiyanın oxşarı mobil rabitə sektorunda da baş verib. Cari hesabat ayında mobil rabitə şirkətlərinin media aktivliyi noyabr ayı ilə müqayisədə çox olub. Belə ki, 2017-ci ilin noyabr ayında 1435 mobil rabitə şirkətlərinin adı çəkilən yazı monitorinqin əhatəsinə düşüb. Cari hesabat dövründə mobil rabitə sektorunun əsas mövzusu BakuTel-2017 olub. Məlumatların əvvəlki ayla müqayisədə sayının daha çox olmasını şərtləndirən amil də məhz BakuTel-2017-dir.
Sığorta şirkətləri: 1443 ədəd ad hallanan yazı
1.Azərsığorta - 136
2.Paşa sığorta -121
3.Azsığorta – 115
İlin yekun ayı olduğunu nəzərə alaraq şirkətlər adətən dekabrda mediada daha aktiv olmağa çalışırlar. Amma maraqlıdır ki, şığorta sektorunda əksinə dekabr ayı ilə müqayisədə noyabrda məlumatlar daha çox olub. Belə ki, 2017-ci ilin noyabr ayında sığorta şirkətləri haqqında ölkə mətbuatında 1563 yazı yer alıb. Bütövlükdə sığorta şirkətlərinin media passivliyi başa düşülən deyil. İri həcmli bank kreditləri dayandırıldığı üçün sığorta şirkətləri əmlak sığortasından məhrum olub. Yeni avtomobilllərin bahalaşması və onların kredit şərtlərinin sərtləşdirilməsi nəticəsində bu seqmentdə işləyən sığorta şirkətlərinə ciddi zərbə dəyib. 2018-ci ilin yanvarında avtomobillərin idxal və aksiz rüsumlarının qaldırılması bu seqmentdə mübarizə aparan sığorta şirkətlərinin işlərini bir az da çətinləşdirəcək. Kredit bazarı, deməli girov qoyulan əmlakın sığortası da yaxın vaxtda bərpa olunmayacaq. Buna baxmayaraq sığorta şirkətlərinin öz xidmətlərini diversifikasiya etmək təşəbbüsləri mediada gözə dəymir.
Otellər: 863 ədəd ad hallanan yazı
1. Hilton Baku - 265
2. Excelsior Baku - 171
3. Fairmont Baku - 100
"Cari hesabat dövründə Hilton Baku haqqında dərc olunan məlumatların kəskin artması bu ayda iki məşhurun, - Braziliya futbolçusu Dani Alveş və 100 kiloqram çəki atması ilə gündəmə gələn Faruk Sabancı Yeni il bayramını bu oteldə qeyd edəcəyinə dair məlumatlar mediada dərc edilib. Hesabat dövründə otelçilik sektorunda əsas mövzu yeni il proqramları olub. Qeyd edək ki, hazırda 21 otelin monitorinqini aparırıq. Məlumatların sayından göründüyü kimi bu sektor çox passivdir və demək olar ki, onlar yerli media ilə işləməyə həvəs göstərmir. Bunu şərtləndirən amillərdən biri onların əsas müştərilərinin əcnəbilərin olması göstərilə bilər",- Media Consulting and Services-in məlumatında deyilir.
2017-ci ilin Dekabr ayının statistikasından göründüyü kimi, banklar arasında Azərbaycan Beynəlxalq Bankı, ali məktəblər arasında BDU, mobil rabitə şirkətləri arasında Azercell, sığorta şirkətləri arasında Azərsığorta, otel və biznes mərkəzləri arasında Hilton Baku haqqında daha çox ad hallanması olub.
Qeyd edək ki, nəticələr www.mcs.az və facebook səhifəsində də yerləşdirilib:
https://www.facebook.com/MediaConsultingServices/
Əlavə etmək istərdik ki, elan olunan statistika ilkin nəticələrdir və yalnız say göstəricilərini ifadə edir. Media Consulting and Services reklam haqqında qanunvericiliyi və biznes etikasını nəzərə alaraq qurumlar haqqında dərc olunan məlumatların keyfiyyət və tonallıq (pozitiv, neytral və neqativ) üzrə statistikasını mətbuata açıqlamır. Ətraflı məlumat əldə etmək və media monitorinq qrupu tərəfindən hazırlanan geniş hesabata abunə olmaq istəyən şəxslər [email protected] ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 4 saat əvvəl
-
-
6 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
8 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
8 saat əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
9 saat əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
Ən çox oxunanlar
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib





















