Bankların əməliyyat mənfəətində xüsusi ehtiyatlara ayırmaların payı azalır
2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycan bankları əldə etdikləri 934,5 milyon manat məbləğində əməliyyat mənfəətinin 316,8 milyon manatını və yaxud 33,9%-ni aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırıblar.
Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, bu, nisbət yanvar-oktyabr aylarının yekununda 35,1%, yanvar-sentyabr aylarının yekununda isə 39,1% təşkil edib. Başqa sözlə, bankların əməliyyat mənfəətində xüsusi ehtiyatlara ayırmaların payı azalmaqdadır.
Ötən il sözügedən göstəricinin ən yüksək həddi yanvar-fevral aylarının yekununda qeydə alınıb. Azərbaycan bankları 2 ay ərzində 197,3 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bunun da 143,6 milyon manatını və yaxud 72,8%-ni xüsusi ehtiyatlara yönəldiblər. Növbəti aylarda ehtiyat ayırmalarının payı gah artıb, gah da azalıb və nəhayət ki, son 3 ayın - sentyabr, oktyabr və noyabr aylarının yekununda azalan xətt üzrə davam edib.
2017-ci ildə, yalnız yanvar ayında banklar xüsusi ehtiyatlar yaratmaq üçün kapitallarından istifadə ediblər. Buna səbəb kredit təşkilatlarının ilin ilk ayını 282,4 milyon manat məbləğində əməliyyat zərəri ilə başa vurmasıdır. Son nəticədə onların ehtiyatlara ayırdığı 212 milyon manat vəsait əməliyyat mənfəətinin hesabına formalaşmayıb.
Hesabat dövrü | Əməliyyat mənfəəti (milyon manatla) | Xüsusi ehtiyatlara ayırmalar (milyon manatı) | Əməliyyat mənfəətində xüsusi ehtiyatlara ayırmaların payı |
Yanvar | -282,4 | 212,0 | - |
Yanvar-fevral | 197,3 | 143,6 | 72,8% |
Yanvar-mart | 310,2 | 180,7 | 58,3% |
Yanvar-aprel | 399,8 | 243,7 | 61,0% |
Yanvar-may | 436,7 | 248,6 | 56,9% |
Yanvar-iyun | 508,8 | 408,9 | 80,4% |
Yanvar-iyul | 530,4 | 297,3 | 56,1% |
Yanvar-avqust | 565,8 | 196,8 | 34,8% |
Yanvar-sentyabr | 820,8 | 321,3 | 39,1% |
Yanvar-oktyabr | 880,9 | 309,6 | 35,1% |
Yanvar-noyabr | 934,5 | 316,8 | 33,9% |
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 8 saat sonra
-
5 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















